Dövlət qulluğuna qəbul ilə bağlı nələri bilməlisiniz? Əl kitabçasını endirərək oxuya bilərsiniz.

25 avqust 2017-ci il tarixdə elan edilmiş ümumi müsahibə elanları (bitib)

2017-08-25

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 25 avqust 2017-ci il tarixdən 5 dövlət orqanında 86 vakant vəzifənin tutulması üçün ümumi müsahibəelan edilmişdir. Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 85-i mərkəzi icra hakimiyyəti orqanlarının (Kənd Təsərrüfati Nazirliyi, Dövlət Statistika Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi) mərkəzi aparatları və yerli təşkilatlarında, 1-i isə məhkəmə orqanlarının (Gəncə Apellyasiya Məhkəməsii) aparatındadır.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Ümumi müsahibədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları sənədlərini 25 avqust 2017-ci il tarixdən 14 sentyabr 2017-ci il tarixi saat 18:00-dək Dövlət İmtahan Mərkəzinə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən və ya poçt xidməti vasitəsilə təqdim etməlidirlər.

25 avqust 2017-ci il tarixdə elan edilmiş ümumi müsahibə elanları
(Sənəd qəbulu 14 sentyabr 2017-ci il tarixinədək davam edəcəkdir)

Qeydiyyatdan keç
elektron xidmətlər
anroid app
Maaş kalkulyatoru

- Müsabiqə nədir?

Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Dövlət İmtahan Mərkəzi (DİM) inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Sertifikatın qüvvədəolma müddəti beş ildir. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.

- Ümumi müsahibə nədir?

Ümumi müsahibə - dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslərin iştirakını nəzərdə tutan müsahibə növüdür. Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.

- Daxili müsahibə nədir?

Daxili müsahibə-inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçəninzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının iştirakını nəzərdə tutan müsahibə növüdür. Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar. Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.

Copy Right © 2017

www.dovletqullugu.com saytı rəsmi sayt deyil və DİM - ilə heçbir əlaqəsi yoxdur. Dövlət qulluğuna hazırlaşan namizədlərə köməklik məqsədi ilə açılmışdır.

Yandex.Metrica