Dövlət
sirri haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan
Respublikasının təhlükəsizliyini təmin etmək
məqsədilə məlumatların dövlət sirrinə
aid edilməsi, mühafizəsi və istifadə edilməsi,
onların məxfiləşdirilməsi və ya məxfiliyinin
açılması ilə əlaqədar yaranan
münasibətləri tənzimləyir.
I fəsil
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1. Əsas
anlayışlar
1.0. Bu Qanunda
aşağıdakı əsas anlayışlardan istifadə
olunur:
1.0.1. dövlət sirri -
dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat,
əks-kəşfiyyat və əməliyyat-axtarış
fəaliyyəti ilə bağlı olub, dövlət
tərəfindən mühafizə edilən və
yayılması Azərbaycan Respublikasının
təhlükəsizliyinə ziyan vura bilən
məlumatlardır;
1.0.2. dövlət sirri
təşkil edən məlumatların
daşıyıcıları - dövlət sirri
təşkil edən məlumatların rəmzlər, obrazlar,
siqnallar, texniki qərarlar və proseslər şəklində
əks olunduğu maddi obyektlər, o cümlədən fiziki
sahələrdir;
1.0.3. dövlət sirrinin
mühafizəsi sistemi - dövlət sirrini mühafizə
orqanlarının, dövlət sirri təşkil edən
məlumatların və həmin məlumatların
daşıyıcılarının mühafizəsi üçün
bu orqanların istifadə etdikləri vasitə və
metodların, habelə bu məqsədlə həyata
keçirilən tədbirlərin məcmusudur;
1.0.4. dövlət sirri
ilə işləməyə buraxılma -
vətəndaşların dövlət sirri təşkil
edən məlumatlarla tanış olmağa,
müəssisə, idarə və təşkilatların
isə belə məlumatlardan istifadə etməklə
işlərin icrasına buraxılması hüququnun
rəsmiləşdirilməsi qaydasıdır;
1.0.5. dövlət sirri
təşkil edən məlumatlarla tanış olmağa
buraxılma səlahiyyətli vəzifəli şəxsin
icazəsi ilə konkret şəxsin dövlət sirri
təşkil edən məlumatlarla tanış olması
qaydasıdır;
1.0.6. məxfilik qrifi -
məlumat daşıyıcısının özündə
və ya ona qoşulan sənədlərdə qoyulan,
daşıyıcısı olduğu məlumatın
məxfilik dərəcəsini göstərən
rekvizitlərdir;
1.0.7. informasiyam
mühafizə vasitələri - dövlət sirri
təşkil edən məlumatların mühafizəsi
üçün nəzərdə tutulan texniki, kriptoqrafik,
proqramlı və başqa vasitələr, onların əks
olunduğu vasitələr, habelə məlumatın
mühafizəsinin səmərəliliyinə nəzarət
vasitələridir;
1.0.8. dövlət sirri
təşkil edən məlumatların siyahısı -
müvafiqliyinə görə məlumatların
qanunvericiliklə müəyyən olunmuş əsaslarla
və qaydada dövlət sirrinə aid edildiyi və
məxfiləşdirildiyi məlumat qruplarının
məcmusudur.
M a d d ə 2. Dövlət
sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Dövlət sirri haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, bu Qanundan və
Azərbaycan Respublikasının digər normativ hüquqi
aktlarından ibarətdir.
M a d d ə 3. Qanunun təsir
dairəsi
3.1. Bu Qanunun
müddəaları Azərbaycan Respublikasının
ərazisində və onun hüdudlarından kənarda
Azərbaycan Respublikasının dövlət hakimiyyəti
və yerli özünüidarə orqanları,
təşkilati-hüquqi formasından və mülkiyyət
növündən asılı olmayaraq bütün
müəssisə, idarə və təşkilatları,
dövlət sirri haqqında Azərbaycan Respublikası
qanunvericiliyinin tələblərini yerinə yetirmək
öhdəliyi götürmüş və ya statusuna
görə buna borclu olan Azərbaycan Respublikasının
vəzifəli şəxsləri və
vətəndaşları, əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər tərəfindən hökmən icra
edilməlidir.
3.2. Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrində
başqa hal nəzərdə tutulmadıqda, digər
dövlətlər tərəfindən Azərbaycan
Respublikasına verilmiş dövlət sirri təşkil
edən məlumatlar bu Qanuna müvafiq mühafizə edilir.
M a d d ə 4. Dövlət
hakimiyyəti orqanlarının və vəzifəli
şəxslərin məlumatların dövlət sirrinə aid
edilməsi və mühafizəsi sahəsində
səlahiyyətləri
4.1. Azərbaycan Respublikası Milli
Məclisinin məlumatların dövlət sirrinə aid
edilməsi və mühafizəsi sahəsində
vəzifələri aşağıdakılardır:
4.1.1. dövlət sirrinin
mühafizəsi sahəsində dövlət
proqramlarının həyata keçirilməsi üzrə
dövlət büdcəsindən yönəldilən
vəsaitə baxır;
4.1.2. dövlət sirrinin
mühafizəsi üzrə Milli Məclis Aparatının
vəzifəli şəxslərinin səlahiyyətlərini
müəyyən edir.
4.2. Müvafiq icra hakimiyyəti
orqanının məlumatların dövlət sirrinə aid
edilməsi və mühafizəsi sahəsində
səlahiyyətləri aşağıdakılardır:
4.2.1. dövlət sirrinin
mühafizəsi sahəsində dövlət proqramlarmı
təsdiq edir;
4.2.2. dövlət sirrinin
mühafizəsi üzrə müvafiq icra hakimiyyəti
orqanının tərkibini, strukturunu və əsasnaməsini
təsdiq edir;
4.2.3. dövlət sirrinə
aid edilən məlumatların siyahısını təsdiq
edir;
4.2.4. dövlət sirri
təşkil edən məlumatların birgə istifadəsi
və mühafizəsi
haqqında Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrini bağlayır;
4.2.5. müvafiq icra
hakimiyyəti orqanı aparatının vəzifəli
şəxslərinin dövlət sirrinin mühafizəsi
üzrə səlahiyyətlərini müəyyən edir;
4.2.6. öz
səlahiyyətləri daxilində məlumatların
dövlət sirrinə aid edilməsi, onların
məxfiləşdirilməsi və ya məxfiliyinin
açılması və mühafizəsi ilə
əlaqədar yaranmış digər məsələləri
həll edir.
4.3. Müvafiq icra hakimiyyəti
orqanının məlumatların dövlət sirrinə aid
edilməsi və mühafizəsi sahəsində
səlahiyyətləri aşağıdakılardır:
4.3.1. bu Qanunun icrasını
təşkil edir;
4.3.2. dövlət sirrinin
mühafizəsi sahəsində dövlət
proqramlarının işlənib
hazırlanmasını və yerinə yetirilməsini
təşkil edir;
4.3.3. beynəlxalq
müqavilələrin bağlanması haqqında müvafiq
təkliflər verir, dövlət sirri təşkil edən
məlumatların birgə istifadəsi və mühafizəsi
haqqında Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrin
yerinə yetirilməsi üzrə tədbirlər
görür, dövlət sirri təşkil edən
məlumatların digər dövlətlərə
və beynəlxalq təşkilatlara verilməsinin
mümkünlüyü barədə qərar qəbul edir; [1]
4.3.4. öz
səlahiyyətləri daxilində məlumatların
dövlət sirrinə aid edilməsi, onların
məxfiləşdirilməsi və ya məxfiliyinin
açılması və mühafizəsi ilə
əlaqədar yaranmış digər məsələləri
həll edir. [2]
4.4. Dövlət sirrini
mühafizə orqanları ilə qarşılıqlı
fəaliyyətdə müvafiq icra hakimiyyəti
orqanlarının məlumatların dövlət sirrinə aid
edilməsi və mühafizəsi sahəsində
səlahiyyətləri aşağıdakılardır:
4.4.1. digər dövlət
hakimiyyəti və yerli özünüidarə orqanları,
müəssisə, idarə və təşkilatlar
tərəfindən onlara verilmiş dövlət sirri
təşkil edən məlumatların, həmçinin onlar
tərəfindən məxfiləşdirilmiş
məlumatların mühafizəsini təmin edirlər;
4.4.2. onların tabeliyində
olan müəssisə, idarə və təşkilatlarda
dövlət sirrinin mühafizəsini Azərbaycan
Respublikası qanunvericiliyinin tələblərinə
müvafiq təmin edirlər;
4.4.3. dövlət sirri ilə
işləməyə buraxılan vətəndaşlar
barədə öz səlahiyyətləri daxilində yoxlama
tədbirlərinin keçirilməsini təmin edirlər;
4.4.4. dövlət sirri
təşkil edən məlumatlarla tanış olmağa
buraxılan və ya buraxılmış şəxslərin
hüquqlarının məhdudlaşdırılması
üzrə qanunvericiliklə nəzərdə tutulmuş
tədbirləri həyata keçirirlər; [3]
4.4.5. dövlət sirrinin
mühafizəsi sisteminin təkmilləşdirilməsinə
dair müvafiq dövlət hakimiyyəti orqanlarına
təkliflər verirlər.
4.5. Məhkəmə
hakimiyyəti orqanlarının məlumatların dövlət
sirrinə aid edilməsi və mühafizəsi sahəsində
səlahiyyətləri aşağıdakılardır:
4.5.1. dövlət sirri
haqqında Azərbaycan Respublikası qanunvericiliyinin
pozulması üzrə işlərə baxırlar;
4.5.2. göstərilən
işlərə baxılması prosesində dövlət
sirrinin mühafizəsini təmin edirlər;
4.5.3. məhkəmə
hakimiyyəti orqanlarında vəzifəli şəxslərin
dövlət sirrinin mühafizəsi üzrə
səlahiyyətlərini müəyyən edirlər.
M a d d ə 5. Dövlət
sirri təşkil edən məlumatların siyahısı
5.1. Hərbi sahədə
aşağıdakı məlumatlar dövlət sirrini
təşkil edir:
5.1.1. Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin, başqa
silahlı birləşmələrinin, qanunvericiliklə
nəzərdə tutulmuş digər qoşunlarının
strateji, operativ və səfərbərlik üzrə
yerləşdirilməsinə dair əməliyyatların
hazırlanması və keçirilməsi üzrə strateji və
əməliyyat planlarının, döyüşü
idarəetməyə dair sənədlərinin məzmunu,
onların döyüş və səfərbərlik
hazırlığı, səfərbərlik
ehtiyatlarının yaradılması və istifadəsi
haqqında;
5.1.2. Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin və
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq yaradılmış digər silahlı
birləşmələrinin quruculuq planları, silahların
və hərbi texnikanın inkişafının
istiqamətləri, silah və hərbi texnika
nümunələrinin yaradılması və
modernləşdirilməsi üzrə məqsədli
proqramların, elmi tədqiqat və təcrübi-konstruktor
işlərinin məzmunu və yerinə yetirilməsinin
nəticələri haqqında;
5.1.3. silah və hərbi texnika
nümunələrinin taktiki-texniki xarakteristikaları və
döyüşdə tətbiqi imkanları, hərbi
təyinatlı yeni növ maddələrin xüsusiyyətləri,
resepturaları və ya texnologiyaları haqqında;
5.1.4. milli
təhlükəsizlik və müdafiə
mülahizələrinə görə xüsusi
əhəmiyyət kəsb edən obyektlərin
dislokasiyası, təyinatı, hazırlıq və
müdafiə olunma dərəcəsi, tikintisi və
istismarı, habelə bu obyektlər üçün torpaq, yer
təki və akvatoriyalar ayrılması haqqında;
5.1.5. qoşunların
dislokasiyası, həqiqi adları, təşkilati strukturu,
şəxsi heyətinin sayı və onların
döyüş təminatı haqqında, həmçinin
hərbi-siyasi və ya əməliyyat şəraiti
haqqında;
5.1.6. Azərbaycan Respublikası
ərazisinin müdafiə və mühüm iqtisadi
əhəmiyyətli geodeziya məntəqələrinin və
coğrafi obyektlərinin koordinatları haqqında.
5.2. İqtisadi sahədə
aşağıdakı məlumatlar dövlət sirrini
təşkil edir:
5.2.1. Azərbaycan
Respublikasının və onun ayrı-ayrı bölgələrinin
mümkün hərbi əməliyyatlara hazırlıq
planlarının məzmunu, silah və hərbi texnikanın
istehsalı və təmiri üzrə sənayenin
səfərbərlik gücü, hərbi sahədə
istifadə edilən xammal və materialların strateji
növlərinin göndərilməsi həcmi, ehtiyatları,
həmçinin dövlət material ehtiyatlarının
yerləşdirilməsi, faktik həcmi və istifadəsi
haqqında;
5.2.2. Azərbaycan
Respublikasının müdafiə qabiliyyətinin və
təhlükəsizliyinin təmin olunması
məqsədilə onun infrastrukturundan istifadə olunması
haqqında;
5.2.3. mülki müdafiə
qüvvələri və vasitələri, inzibati
idarəetmə obyektlərinin dislokasiyası, təyinatı
və müdafiə olunma dərəcəsi, əhalinin
təhlükəsizliyinin təmin olunma dərəcəsi,
dövlətin təhlükəsizliyinin təmin olunması
üçün nəzərdə tutulan nəqliyyat və
rabitənin fəaliyyəti haqqında;
5.2.4. dövlət
müdafiə sifarişlərinin həcmləri, planları
(tapşırıqları), silah, hərbi texnika və
digər hərbi məhsulların buraxılması və
göndərilməsi (pul və ya natura ifadəsində),
onların buraxılışı üzrə mövcud güc
və bu gücün artırılması haqqında,
göstərilən silah, hərbi texnika və digər
hərbi məhsulları işləyib hazırlayan və ya
istehsal edən müəssisələr, onların kooperasiya üzrə
əlaqələri haqqında;
5.2.5. dövlətin
təhlükəsizliyinə təsir edən mühüm
müdafiə və ya iqtisadi əhəmiyyəti olan elmi
və texniki nailiyyətlər, elmi tədqiqat,
təcrübi-konstruktor, layihə işləri və
texnologiyaları haqqında;
5.2.6. siyahısı
qanunvericiliklə müəyyənləşdirilən strateji
növlü faydalı qazıntıların
ehtiyatlarının, istehsalının, idxalı və
ixracının, satışının həcmi, dövlət
ehtiyatlan haqqında, pul əskinaslarının, qiymətli
kağızların hazırlanması, saxtalaşdırmadan qorunması,
həmçinin dövlətin maliyyə fəaliyyətinin
digər xüsusi tədbirləri haqqında.
5.3. Xarici siyasət
sahəsində aşağıdakı məlumatlar
dövlət sirrini təşkil edir:
5.3.1. Azərbaycan
Respublikasının xarici-siyasi və xarici-iqtisadi
fəaliyyəti haqqında, əgər onların vaxtından
əvvəl açıqlanması dövlətin
təhlükəsizliyinə ziyan vura bilərsə;
5.3.2. Azərbaycan
Respublikasının digər dövlətlərlə
hərbi, elmi-texniki və başqa sahələrdə
əməkdaşlığı haqqında, əgər
onların vaxtından əvvəl açıqlanması
tərəflərdən heç olmasa biri üçün
diplomatik fəaliyyətinin həyata keçirilməsində
çətinlik yaranmasına səbəb ola bilərsə.
5.4. Kəşfiyyat,
əks-kəşfiyyat və əməliyyat-axtarış
fəaliyyəti sahəsində məlumatlar:
5.4.1. kəşfiyyat,
əks-kəşfiyyat və əməliyyat-axtarış
fəaliyyətinin qüvvə və vasitələri,
mənbələri, metodları, planları və
nəticələri haqqında, habelə bu fəaliyyətin
maliyyələşdirilməsinin göstəriciləri
haqqında, əgər bu göstəricilər sadalanan
məlumatları açıqlayırsa;
5.4.2. kəşfiyyat,
əks-kəşfiyyat və əməliyyat-axtarış
fəaliyyətini həyata keçirən orqanlarla konfidensial
əsaslarla əməkdaşlıq edən və
əməkdaşlıq etmiş şəxslər haqqında;
5.4.3. dövlət
mühafizəsi obyektlərinin təhlükəsizliyinin
təmin olunmasının təşkili, qüvvə və
vasitələri, metodları haqqında, habelə bu fəaliyyətin
maliyyələşdirilməsinin göstəriciləri
haqqında, əgər bu göstəricilər sadalanan
məlumatlan açıqlayırsa;
5.4.4.
şifrlənmiş, o cümlədən
kodlaşdırılmış və
məxfiləşdirilmiş rabitə sistemləri haqqında,
şifrlər, şifrlərin işlənməsi və
hazırlanması, onlarla təminat, şifrləmə və
xüsusi mühafizə vasitələri haqqında, xüsusi
təyinatlı informasiya-analitik sistemləri haqqında;
5.4.5. məxfi
məlumatların mühafizəsi metodları və
vasitələri haqqında;
5.4.6. dövlət sirrinin
mühafizəsinin təşkili və faktiki vəziyyəti
haqqında;
5.4.7. Azərbaycan
Respublikasının dövlət sərhədinin
mühafizəsi haqqında;
5.4.8. Azərbaycan
Respublikasında dövlətin müdafiəsinin,
təhlükəsizliyinin və hüquq mühafizə
fəaliyyətinin təmin olunması ilə əlaqədar
dövlət büdcəsinin xərcləri haqqında;
5.4.9. dövlətin
təhlükəsizliyinin təmin olunması
məqsədilə keçirilən tədbirləri
açıqlayan kadr hazırlığı haqqında.
II
fəsil
MƏLUMATLARIN
DÖVLƏT SİRRİNƏ AİD EDİLMƏSİ,
ONLARIN MƏXFİLƏŞDİRİLMƏSİ VƏ
MƏXFİLİYİNİN AÇILMASI
M a d d ə 6. Məlumatların dövlət sirrinə aid
edilməsinin və məxfiləşdirilməsinin
prinsipləri
6.1. Məlumatların dövlət
sirrinə aid edilməsi və onların
məxfiləşdirilməsi - dövlət sirri təşkil
edən məlumatların yayılmasına və onların daşıyıcıları
ilə tanış olmağa buraxılmağa bu Qanunla
nəzərdə tutulmuş qaydada məhdudiyyətlərin
qoyulmasıdır.
6.2. Məlumatların dövlət
sirrinə aid edilməsi və onların
məxfiləşdirilməsi
qanunilik, əsaslılıq və vaxtında həyata
keçirilməsi prinsipləri ilə tənzimlənir.
6.3. Məlumatların dövlət
sirrinə aid edilməsinin və onların
məxfiləşdirilməsinin qanuniliyi - dövlət
sirrinə aid edilən və məxfiləşdirilən
məlumatların bu Qanunun 5-ci və 7-ci maddələrinin müddəalarına
və Azərbaycan Respublikasının dövlət sirri
haqqında qanunvericiliyinə müvafiqliyidir.
6.4. Məlumatların dövlət
sirrinə aid edilməsinin və onların
məxfiləşdirilməsinin əsaslılığı -
dövlətin, cəmiyyətin və
vətəndaşların həyati maraqlarının
balansı nəzərə alınmaqla, konkret məlumatın
dövlət sirrinə aid edilməsinin və
məxfiləşdirilməsinin mümkün iqtisadi, siyasi,
hərbi və digər nəticələrinin ekspertlər
tərəfindən qiymətləndirilməsi yolu ilə
məqsədəuyğunluğunun
müəyyənləşdirilməsidir.
6.5. Məlumatların vaxtında
dövlət sirrinə aid edilməsi və onların
məxfiləşdirilməsi - bu məlumatların
yayılmasına və onların daşıyıcıları
ilə tanış olmağa buraxılmağa qabaqcadan və
ya onların əldə edildiyi (hazırlandığı)
andan məhdudiyyət qoyulmasıdır.
6.6. Məlumatların dövlət
sirrinə aid edilməsi qaydalarını müvafiq icra
hakimiyyəti orqanın müəyyən edir.
M a d d ə 7. Dövlət
sirrinə aid edilməyən və
məxfiləşdirilməyən məlumatlar
7.0. Aşağıdakı
məlumatlar dövlət sirrinə aid edilmir və
məxfiləşdirilmir:
7.0.1. insanların həyat
və sağlamlığı üçün
təhlükə törədən fövqəladə
hadisələr və qəzalar, onların
nəticələri, habelə təbii fəlakətlər,
onların rəsmi proqnozları və nəticələri
haqqında;
7.0.2. ekologiya, səhiyyə,
sanitariya, demoqrafiya, təhsil, mədəniyyət və
kənd təsərrüfatının, habelə
cinayətkarlığın vəziyyəti haqqında;
7.0.3. dövlətin
vətəndaşlara, vəzifəli şəxslərə,
müəssisə, idarə və təşkilatlara verdiyi
imtiyazlar, güzəştlər və kompensasiyalar haqqında;
7.0.4. insan və
vətəndaş hüquqlarının və
azadlıqlarının pozulması faktları haqqında;
7.0.5. Azərbaycan
Respublikasının ali vəzifəli şəxslərinin
səhhəti haqqında;
7.0.6. dövlət
hakimiyyəti orqanları və onların vəzifəli
şəxsləri tərəfindən qanunvericiliyin
pozulması faktları haqqında.
M a d d ə 8. Məlumatların
məxfilik dərəcələri və b u məlumatların
daşıyıcılarının məxfilik qrifləri
8.1. Dövlət sirri təşkil
edən məlumatların məxfilik dərəcəsi, bu
məlumatların yayılması nəticəsində
Azərbaycan Respublikasının təhlükəsizliyinə
vurula bilən ziyanın ağırlıq
dərəcəsinə uyğun gəlməlidir.
8.2. Dövlət sirri təşkil
edən məlumatların üç məxfilik
dərəcəsi və müvafiq olaraq, bu məlumatların
daşıyıcıları üçün üç
məxfilik qrifi müəyyənləşdirilir:
"xüsusi əhəmiyyətli", "tam məxfi"
və "məxfi".
M a d d ə 9. Məlumatların
dövlət sirrinə aid edilməsi qaydası
9.1. Məlumatlar onların sahə,
idarə və ya məqsədli proqram mənsubiyyətinə,
habelə bu Qanuna uyğun olaraq dövlət sirrinə aid
edilir.
9.2. Məlumatların
məxfiləşdirilməsi sahəsində vahid
dövlət siyasətini həyata keçirmək
üçün müvafiq icra hakimiyyəti orqanı bu Qanunla
müəyyən olunmuş dövlət sirri təşkil
edən məlumatlar siyahısına və məlumatların
dövlət sirrinə aid edilməsi və
məxfiləşdirilməsi prinsipinə uyğun olaraq,
habelə dövlət hakimiyyəti orqanlarının
təklifləri nəzərə alınmaqla, dövlət
sirrinə aid edilən məlumatların siyahısını
tərtib edir. Siyahıda həmin məlumatlar barəsində
sərəncam vermək səlahiyyətinə malik olan
dövlət hakimiyyəti orqanları göstərilir.
Siyahı onu təsdiq edən müvafiq icra hakimiyyəti
orqanının qərarı ilə dərc edilir və
zəruri hallarda siyahıya yenidən baxılır.
9.3. Dövlət sirrinə aid
edilən məlumatlar barəsində sərəncam vermək
səlahiyyətinə malik olan dövlət hakimiyyəti
orqanları dövlət sirrinə aid edilən məlumatlar
siyahısına uyğun olaraq məxfiləşdirilməli
məlumatların geniş siyahılarını tərtib edir
və bu siyahılara daxil edilmiş məlumatların
məxfilik dərəcələrini
müəyyənləşdirir.
9.4. Silah və hərbi texnika
nümunələrinin hazırlanmasına və
modernləşdirilməsinə dair məqsədli proqramlar,
elmi tədqiqat və təcrübi-konstruktor işləri
çərçivəsində işlərin
sifarişçilərinin qərarı ilə
məxfiləşdirilməli məlumatların ayrıca
siyahıları tərtib edilə bilər. Bu siyahıları
müvafiq dövlət hakimiyyəti orqanlarının rəhbərləri
təsdiq edirlər. Siyahıların
məxfiləşdirilməsinin
məqsədəuyğunluğu onların məzmunu ilə
müəyyənləşdirilir.
M a d d ə 10. Məlumatların
və onların daşıyıcılarının
məxfiləşdirilməsi qaydası
10.1. Dövlət hakimiyyəti
orqanlarının, müəssisə, idarə və
təşkilatların idarəetmə, istehsal, elmi və
başqa fəaliyyəti nəticəsində əldə
edilmiş (hazırlanmış) məlumatların və onların
daşıyıcılarının
məxfiləşdirilməsi üçün əsas
onların həmin orqan, müəssisə, idarə və ya
təşkilatda qüvvədə olan məxfiləşdirilməli
məlumatlar siyahısına və
ya dövlət sirrinə aid edilən məlumatların
siyahısına uyğun gəlməsidir. Bu məlumatlar
məxfiləşdirilərkən onların
daşıyıcılarına müvafiq məxfilik qrifi
verilir.[4]
10.2. Əldə edilmiş
(hazırlanmış) məlumatların qüvvədə olan
siyahıdakı məlumatlarla eyniləşdirilməsi
mümkün olmadıqda dövlət hakimiyyəti orqanlarının,
müəssisə, idarə və təşkilatların
vəzifəli şəxsləri əldə edilmiş
(hazırlanmış) məlumatların ehtimal olunan
məxfilik dərəcəsinə müvafiq surətdə
ilkin qaydada məxfiləşdirilməsini təmin etməli
və siyahını təsdiq etmiş dövlət
hakimiyyəti orqanına həmin siyahıya əlavə
(dəyişiklik) etmək haqqında bir ay
ərzində təklif göndərməlidir.
10.3. Qüvvədə olan
siyahını təsdiq etmiş dövlət hakimiyyəti
orqanı daxil olmuş təkliflərin üç ay
ərzində ekspertizasını təşkil etməli və
qüvvədə olan siyahıya əlavə
(dəyişiklik) edilməsi və ya məlumatlara ilkin qaydada
verilmiş məxfiliyin götürülməsi barədə
qərar qəbul etməlidir.
10.4. Məlumatın
daşıyıcısına məxfilik qrifinin verilməsi
ilə əlaqədar bu Qanunun 10.1-ci və 10.2-ci
maddələrində nəzərdə tutulmuş
tələblərə riayət edilməsinə görə
onu hazırlamış struktur bölmənin rəhbəri
məsuldur.[5]
M a d d ə 11. Məlumatın
məxfiləşdirilməsi ilə əlaqədar olaraq
Azərbaycan Respublikası vətəndaşlarının,
müəssisə, idarə və təşkilatlarının
həmin məlumat üzərində mülkiyyət
hüququnun məhdudlaşdırılması
11.1. Vətəndaşların,
müəssisə, idarə və təşkilatların
(bundan sonra "məlumat mülkiyyətçisi")
mülkiyyətində olan məlumat dövlət sirrinə
aid edilən məlumatlar siyahısında sadalanmış
olduqda bu Qanunun 9-cu maddəsində nəzərdə
tutulmuş qaydada dövlət sirrinə aid edilən
məlumatlar barəsində sərəncam vermək
səlahiyyətinə malik olan dövlət hakimiyyəti
orqanı həmin məlumatın
məxfiləşdirilməsi haqqında qərar qəbul
edə bilər. Göstərilən məlumat onun
mülkiyyətçisinin və ya müvafiq dövlət
hakimiyyəti orqanlarının təqdimatı əsasında
məxfiləşdirilir.
11.2. Məlumatın
məxfiləşdirilməsi ilə əlaqədar onun
mülkiyyətçisinə dəyən ziyanın
əvəzi məlumatın sərəncamına keçdiyi
dövlət hakimiyyəti orqanı ilə məlumat
mülkiyyətçisi arasında bağlanan
müqavilədə müəyyənləşdirilmiş
məbləğdə dövlət tərəfindən
ödənilir. Müqavilədə məlumat
mülkiyyətçisinin onu yaymayacağı haqqında
öhdəliyi də nəzərdə tutulur. Məlumat
mülkiyyətçisi müqaviləni imzalamaqdan imtina etdikdə
ona dövlət sirri təşkil edən məlumatları
icazəsiz yaymağa görə qüvvədə olan
qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət
barəsində xəbərdarlıq edilir.
11.3. Xarici təşkilatların
və əcnəbilərin məlumat üzərində
mülkiyyət hüququ məhdudlaşdırıla
bilməz, bu şərtlə ki, həmin məlumatı onlar Azərbaycan
Respublikasının qanunvericiliyini pozmadan əldə etmiş
(hazırlamış) olsunlar.
M a d d ə 12. Dövlət
sirri təşkil edən məlumat
daşıyıcılarının rekvizitləri
12.1. Dövlət sirri
təşkil edən məlumat daşıyıcılarına
rekvizitlər verilir. Rekvizitlərdə
aşağıdakılar göstərilir:
12.1.1.müvafiq dövlət
hakimiyyəti orqanında, müəssisə, idarə və ya
təşkilatda qüvvədə olan
məxfiləşdirilməli məlumatlar siyahısının və ya
dövlət sirrinə aid edilən məlumatların
siyahısının siyahısının
müvafiq bəndinə istinadla, daşıyıcıdakı
məlumatların məxfilik dərəcəsi; [6]
12.1.2.daşıyıcını
məxfiləşdirən dövlət hakimiyyəti
orqanı, müəssisə, idarə, təşkilatın
adı;
12.1.3.qeydiyyat nömrəsi;
12.1.4.məlumatların
məxfiliyinin açılması tarixi və ya şərti,
yaxud buna səbəb ola biləcək hadisə.
12.2.Bu rekvizitləri məlumat
daşıyıcısında əks etdirmək mümkün
olmadıqda onlar daşıyıcıya qoşulan
sənədlərdə göstərilir.
12.3.Daşıyıcı
məxfilik dərəcəsi müxtəlif olan tərkib
hissələrindən ibarətdirsə, onların hər
birinə müvafiq məxfilik qrifi, bütövlükdə daşıyıcıya
isə bu daşıyıcıda ən yüksək
məxfilik dərəcəsi olan tərkib hissəsinin
məxfilik qrifi verilir.
12.4.Bu Qanunun 12.1-ci maddəsində
göstərilən rekvizitlərdən başqa,
daşıyıcıya və (və ya) ona qoşulan
sənədlərə vəzifəli şəxslərin
onunla tanış olmaq səlahiyyəti barədə
əlavə qeydləri də qoyula bilər. Belə
qeydlərin növləri və qoyulması bu Qanunun 26-cı
maddəsində nəzərdə tutulmuş vəzifəli
şəxslərin və vətəndaşların
dövlət sirri təşkil edən məlumatlarla
tanış olmağa buraxılması qaydası ilə
müəyyənləşdirilir.
M a d d ə 13. Məlumatların
məxfiliyinin açılması qaydası
13.1.Məlumatların və
məlumat daşıyıcılarının məxfiliyinin
açılması dövlət sirri təşkil edən
məlumatların yayılmasına və onların daşıyıcıları
ilə tanış olmağa buraxılmağa bu Qanunla
nəzərdə tutulmuş qaydada qoyulmuş
məhdudiyyətlərin götürülməsidir.
13.2.Məlumatların məxfiliyinin
açılması üçün əsaslar
aşağıdakılardır:
13.2.1.məxfilik müddətinin
bitməsi;
13.2.2.Azərbaycan Respublikasında
dövlət sirri təşkil edən məlumatların
açıq mübadiləsi sahəsində Azərbaycan
Respublikasının beynəlxalq öhdəliklər götürməsi;
13.2.3.obyektiv halların dəyişməsi
nəticəsində dövlət sirri təşkil edən
məlumatların mühafizəsinin
məqsədəuyğunluğunun aradan qalxması.
13.3.Məlumatın
məxfilik müddəti onun məxfiləşdirildiyi
gündən hesablanır. Bu müddət məxfi
məlumatlar üçün 10 ildən, tam məxfi
məlumatlar üçün 20 ildən, xüsusi
əhəmiyyətli məlumatlar üçün 30 ildən,
məxfilik dərəcəsindən asılı olmayaraq
şəxsin kəşfiyyat, əks-kəşfiyyat,
əməliyyat-axtarış fəaliyyətini həyata
keçirən orqanların əməkdaşı
olmasını və ya bu orqanlarla konfidensial əsaslarla
əməkdaşlıq edən, yaxud əməkdaşlıq
etmiş şəxslərin şəxsiyyətini
müəyyən etməyə imkan verən məlumatlar
üçün 75 ildən çox olmamalıdır.
Həmin müddətlər müvafiq icra hakimiyyəti
orqanının rəyi ilə uzadıla bilər.[7]
13.4.Dövlət sirrinə aid
edilən məlumatlar barəsində sərəncam vermək
səlahiyyətinə malik olan dövlət hakimiyyəti
orqanları vaxtaşırı, lakin 5 ildə azı bir
dəfə dövlət hakimiyyəti orqanlarında,
müəssisə, idarə və təşkilatlarda
qüvvədə olan məxfiləşdirilməli məlumatların
siyahılarına yenidən baxaraq məlumatların
məxfiləşdirilməsinin
əsaslılığını və onların
əvvəllər müəyyənləşdirilmiş
məxfilik dərəcəsinə uyğunluğunu
yoxlamalıdırlar.
13.5.Dövlət hakimiyyəti
orqanlarında, müəssisə, idarə və
təşkilatlarda qüvvədə olan məxfiləşdirilməli
məlumatlar siyahısına dəyişiklik etmək
hüququ həmin siyahıları təsdiq edən
dövlət hakimiyyəti orqanlarının
rəhbərlərinə verilir. Göstərilən
rəhbərlərin məxfiləşdirilməli
məlumatlar siyahısı üzrə qəbul etdikləri
qərarlar dövlət sirrinə aid edilən məlumatlar
siyahısına dəyişiklik edilməsi ilə
bağlı olduqda belə qərarlar müvafiq icra
hakimiyyəti orqanı ilə
razılaşdırılmalıdır. Həmin orqanın bu
qərarların icrasını dayandırmaq və onlara etiraz
etmək hüququ vardır.
M a d d ə 14. Dövlət
sirri təşkil edən məlumat
daşıyıcılarının məxfiliyinin
açılması qaydası
14.1. Dövlət
sirri təşkil edən məlumatların məxfilik
müddətinin uzadıldığı hal istisna olmaqla,
dövlət sirri təşkil edən məlumat
daşıyıcılarının məxfiliyi məlumat
məxfiləşdirildiyi zaman müəyyən edilmiş
müddətdən gec olmayaraq götürülməlidir.[8]
14.2. Müvafiq dövlət
hakimiyyəti orqanında, müəssisə, idarə və
təşkilatlarda məlumat daşıyıcıları
məxfiləşdirilərkən əsas götürülmüş
siyahının müddəaları dəyişərsə,
daşıyıcıların məxfiliyi həmin
müddət bitənədək açılmalıdır.
14.3. Müstəsna hallarda
dövlət sirri təşkil edən məlumat
daşıyıcılarının əvvəl
müəyyənləşdirilmiş məxfilik
müddətini uzatmaq hüququ dövlət sirrinə aid
edilən məlumatlar barəsində sərəncam vermək
səlahiyyətinə malik olan müvafiq dövlət
hakimiyyəti orqanlarının rəhbərlərinə
verilir. Belə qərarları həmin rəhbərlər
müəyyənləşdirilmiş qaydada təyin
etdikləri ekspert komissiyasının rəyi əsasında
qəbul edirlər.
14.4. Dövlət hakimiyyəti
orqanlarının, müəssisə, idarə və
təşkilatların rəhbərlərinə onların
tabeliyində olan vəzifəli şəxslərin əsassız
məxfiləşdirdikləri məlumatların məxfiliyini
açmaq səlahiyyəti verilir.
14.5. Azərbaycan Respublikası
dövlət arxivlərinin rəhbərlərinə fond
yaradıcı təşkilat və ya onun hüquqi varisi
tərəfindən həmin arxivlərin qapalı fondlarında
mühafizə edilən dövlət sirri təşkil
edən məlumat daşıyıcılarının
məxfiliyini açmaq səlahiyyəti verilə bilər.
Fondyaradıcı təşkilat ləğv edildikdə və
onun hüquqi varisi olmadıqda, dövlət sirri təşkil
edən məlumat daşıyıcılarının
məxfiliyinin açılması qaydasına dair
qərarı müvafiq icra hakimiyyəti orqanı qəbul
edir.
M a d d ə 15. Azərbaycan
Respublikası vətəndaşlarının,
müəssisə, idarə və
təşkilatlarının, dövlət hakimiyyəti
orqanlarının məlumatların məxfiliyini açmaq
haqqında sorğularının icrası
15.1. Azərbaycan
Respublikasının vətəndaşları,
müəssisələri, idarələri,
təşkilatları və dövlət hakimiyyəti orqanları
məxfiləşdirilmiş məlumatların məxfiliyinin
açılması haqqında sorğu ilə dövlət
hakimiyyəti orqanlarına, müəssisələrə,
idarələrə və təşkilatlara, o
cümlədən dövlət arxivlərinə
müraciət edə bilərlər.
15.2.Bu Qanunun 15.1-ci maddəsində nəzərdə
tutulan sorğunu almış dövlət hakimiyyəti
orqanı, müəssisə, idarə və təşkilat, o
cümlədən dövlət arxivi sorğuya üç ay
ərzində baxıb mahiyyəti üzrə
əsaslandırılmış cavab verməlidir.
15.3.Əgər dövlət hakimiyyəti orqanı,
müəssisə, idarə və təşkilat, o
cümlədən dövlət arxivi sorğulanmış
məlumatın məxfiliyini açmaq səlahiyyətinə
malik deyilsə, onda sorğunu vermiş vətəndaşa,
müəssisəyə, idarəyə, təşkilata,
dövlət hakimiyyəti orqanına bildiriş
verməklə sorğu daxil olduğu gündən ən geci
bir ay müddətində bu cür səlahiyyəti olan
dövlət orqanına, yaxud müvafiq icra hakimiyyəti
orqanına göndərilir.
15.4. Vəzifəli
şəxsin sorğuya mahiyyəti üzrə baxmaqdan boyun
qaçırması qüvvədə olan qanunvericiliyə
müvafiq olaraq inzibati və ya intizam məsuliyyətinə səbəb
olur.
III
fəsil
DÖVLƏT
SİRRİ TƏŞKİL EDƏN MƏLUMATLAR
BARƏSİNDƏ SƏRƏNCAM VERİLMƏSİ
M a d d ə 16. Dövlət hakimiyyəti orqanının,
müəssisə, idarə və təşkilatların
dövlət sirri təşkil edən məlumatları
bir-birinə verməsi
16.1. Tabelik
münasibətlərində olmayan və birgə işlər
aparmayan dövlət hakimiyyəti orqanları,
müəssisə, idarə və təşkilatlar
dövlət sirri təşkil edən məlumatları
bir-birinə bu Qanunun 9-cu maddəsinə uyğun olaraq
sərəncamında müvafiq məlumatlar olan dövlət
hakimiyyəti orqanının icazəsi ilə verirlər.
16.2. Dövlət sirri təşkil
edən məlumatları sorğulayan dövlət
hakimiyyəti orqanları, müəssisə, idarə və
təşkilatlar onların mühafizəsini təmin edən
şəraiti yaratmağa borcludurlar. Onların
rəhbərləri dövlət sirri təşkil edən məlumatlarla
tanış olmağa buraxılması üzrə
müəyyənləşdirilmiş qaydalara əməl
olunmamasına görə fərdi məsuliyyət
daşıyırlar.
16.3. Dövlət sirri təşkil
edən məlumatların müəssisə, idarə və
təşkilatlara verilməsinin məcburi şərti
onların bu Qanunun 27-ci maddəsində nəzərdə
tutulmuş tələbləri yerinə yetirməsidir.
M a d d ə 17. Dövlət
sirri təşkil edən məlumatların birgə və
başqa işlərin görülməsi ilə
əlaqədar verilməsi
17.1.Dövlət sirri təşkil
edən məlumatları birgə və başqa işlərin
görülməsi ilə əlaqədar müəssisə,
idarə, təşkilatlara və ya vətəndaşlara bu
işlərin sifarişçisi, bu Qanunun 9-cu maddəsinə
uyğun olaraq sərəncamında müvafiq məlumatlar olan
dövlət hakimiyyəti orqanının icazəsi ilə,
yalnız həmin işlərin görülməsi
üçün zəruri olan həcmdə verir.
17.2.Dövlət sirri təşkil
edən məlumatları verənədək sifarişçi
müəssisə, idarə və ya təşkilatda
dövlət sirri təşkil edən məlumatlardan
istifadə edilməklə bağlı işlərin
icrasına buraxılması üçün icazənin,
vətəndaşlarda isə müvafiq
buraxılışın olduğunu yəqin etməlidir.
17.3.Müəssisə, idarə
və ya təşkilatlar birgə və başqa işlər
gördükdə (dövlət sifarişləri aldıqda)
və bununla əlaqədar dövlət sirri təşkil
edən məlumatlardan istifadə zərurəti yarandıqda,
onlar dövlət müəssisələrinin,
idarələrinin və ya təşkilatlarının
dövlət sirrini mühafizə üzrə struktur
bölmələrinin xidmətlərindən istifadə
barəsində həmin müəssisə, idarə və ya
təşkilatlar ilə müqavilələr bağlaya bilərlər.
Razılığa gələn hər iki tərəfin
dövlət sirri təşkil edən məlumatlardan
istifadə edilməklə bağlı işlərin
icrasına buraxılması üçün
icazələrinin nömrəsi və etibarlılıq
müddəti müqavilədə göstərilməlidir.
17.4. Birgə və başqa
işlərin görülməsinə dair qanunla
müəyyənləşdirilmiş qaydada bağlanan
müqavilədə tərəflərin, həm işlərin
görülməsi prosesində, həm də işlər
başa çatdıqdan sonra dövlət sirri təşkil
edən məlumatların mühafizəsini təmin etmək
barəsində qarşılıqlı öhdəlikləri,
habelə dövlət sirri təşkil edən
məlumatların mühafizəsi ilə bağlı
işlərin (xidmətlərin)
maliyyələşdirilməsi şərtləri
nəzərdə tutulur.
17.5. Birgə və başqa
işlər görülərkən dövlət sirrinin
etibarlı mühafizəsinə nəzarətin təşkili
tərəflərin bağladığı müqavilənin
müddəalarına uyğun olaraq bu işlərin
sifarişçisinə həvalə edilir.
17.6. Birgə və başqa
işlərin gedişində icraçı dövlət
sirrinin mühafizəsi ilə əlaqədar
götürdüyü öhdəlikləri pozduqda,
sifarişçi sifarişin yerinə yetirilməsini pozuntular
aradan qaldırılanadək dayandıra bilər.
17.7. Təkrar pozuntu
törədildikdə isə, sifarişçi dövlət
sirri təşkil edən məlumatlardan istifadə
etməklə işlər görülməsi
üçün sifarişin və dövlət sirri
təşkil edən məlumatlardan istifadə edilməsi
ilə bağlı işlərin icrasına buraxılması
üçün icazənin ləğv edilməsi və
təqsirli şəxslərin məsuliyyətə cəlb
olunması məsələsini qaldıra bilər. Bu halda
icraçının sifarişçi qismində
dövlətə vurduğu maddi zərərin əvəzi
qüvvədə olan qanunvericiliyə müvafiq surətdə
ödənilməlidir.
M a d d ə 18. Dövlət
sirri təşkil edən məlumatların digər
dövlətlərə və beynəlxalq təşkilatlara verilməsi [9]
18.1.Dövlət sirri təşkil
edən məlumatların digər dövlətlərə və beynəlxalq təşkilatlara verilməsi haqqında qərarı müvafiq
icra hakimiyyəti orqanı belə məlumatların
verilməsinin mümkünlüyü haqqında müvafiq
icra hakimiyyəti orqanının ekspert rəyi olduqda qəbul
edir.
18.2.Dövlət sirri təşkil
edən məlumatların digər dövlətlərə və beynəlxalq təşkilatlara verilməsi qaydasını müvafiq icra
hakimiyyəti orqanı müəyyən edir. Qəbul edən
tərəfin ona verilən məlumatların mühafizəsi
üzrə öhdəlikləri onunla bağlanmış
beynəlxalq müqavilədə nəzərdə tutulur.
M a d d ə 19. Hüquq
münasibətləri subyektlərinin funksiyaları
dəyişdikdə dövlət sirri təşkil edən
məlumatların mühafizəsi
19.0. Dövlət sirri
təşkil edən məlumatlara malik olan dövlət
hakimiyyəti orqanları, müəssisə, idarə və
təşkilatlar ləğv edildikdə, təşkilati-hüquqi
forması və mülkiyyət növü
dəyişdikdə və ya dövlət sirri təşkil
edən məlumatlardan istifadə etməklə
görülən işlərə son qoyulduqda malik
olduqları məlumatların və onların
daşıyıcılarının mühafizəsini təmin
etmək üçün tədbirlər
görülməlidir. Bu zaman dövlət sirri təşkil
edən məlumat daşıyıcıları müəyyənləşdirilmiş
qaydada məhv edilir, arxivə və ya
aşağıdakılardan birinə verilir:
19.0.1. dövlət sirri
təşkil edən məlumatlara malik olan dövlət
hakimiyyəti orqanının, müəssisə, idarə
və təşkilatın hüquqi varisinin göstərilən
məlumatlardan istifadə etməklə iş görmək
icazəsi varsa, hüquqi varisə;
19.0.2. bu Qanunun 9-cu
maddəsinə uyğun olaraq sərəncamında müvafiq
məlumatlar olan dövlət hakimiyyəti orqanına;
19.0.3. müvafiq icra
hakimiyyəti orqanının göstərişi ilə
başqa dövlət hakimiyyəti orqanına,
müəssisə, idarə və ya təşkilata.
IV
fəsil
DÖVLƏT
SİRRİNİN MÜHAFİZƏSİ
M a d d ə 20. Dövlət
sirrini mühafizə orqanları
20.1. Dövlət
sirrini mühafizə orqanlarına aşağıdakılar
aiddir:
20.1.1. müvafiq mərkəzi icra
hakimiyyəti orqanları;
20.1.2. dövlət hakimiyyəti
orqanları, müəssisə, idarə, təşkilatlar
və onların dövlət sirrinin mühafizəsi
üzrə struktur bölmələri.
20.2. Bu Qanunun 20.1-ci maddəsində
nəzərdə tutulan orqanlar və onların
yerlərdəki orqanları dövlət sirrinin
mühafizəsini Azərbaycan Respublikasının
qanunvericiliyi ilə onlara həvalə olunmuş funksiyalara
müvafiq surətdə təşkil və təmin
edirlər.
20.3. Dövlət hakimiyyəti
orqanlarında, müəssisə, idarə və
təşkilatlarda dövlət sirri təşkil edən
məlumatların mühafizəsinin təşkili üçün
məsuliyyət onların rəhbərlərinin
üzərinə qoyulur.
20.4. Dövlət sirri təşkil
edən məlumatlardan istifadə etməklə
görülən işlərin həcmindən asılı
olaraq dövlət hakimiyyəti orqanlarının, müəssisə,
idarə və təşkilatların rəhbərləri
müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi normativ
hüquqi sənədlərə uyğun olaraq dövlət
sirrinin mühafizəsi üzrə struktur bölmələri
yaradır və görülən işlərin
xüsusiyyətlərini nəzərə almaqla onların
funksiyalarını müəyyənləşdirirlər.
20.5. Dövlət sirrinin
mühafizəsi dövlət hakimiyyəti orqanlarının,
müəssisə, idarə və təşkilatların
əsas fəaliyyət istiqamətlərindən biridir.
M a d d ə 21. Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə
işləməyə buraxılması
21.1. Vəzifəli
şəxslərin və vətəndaşların
dövlət sirri ilə işləməyə
buraxılması könüllülük qaydasında
həyata keçirilir.
21.2. Dövlət sirri ilə
işləməyə, bir qayda olaraq, Azərbaycan
Respublikasının vətəndaşları
buraxılırlar.
21.3. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
dövlət sirri ilə işləməyə
buraxılması müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi
qaydada həyata keçirilir.
21.4. Vəzifəli şəxsin
və vətəndaşın dövlət sirri ilə
işləməyə buraxılması
aşağıdakıları nəzərdə tutur:
21.4.1. ona
etibar ediləcək dövlət sirri təşkil edən məlumatları
yaymayacağı
barədə dövlət qarşısında öhdəlik
götürməsini; [10]
21.4.2. dövlət sirri haqqında
qanunvericiliyin pozulmasına görə məsuliyyət
nəzərdə tutan Azərbaycan Respublikasının
qanunvericiliyi ilə tanış olmasını;
21.4.3. bu Qanunun 25-ci maddəsində
nəzərdə tutulan qismən və müvəqqəti
məhdudiyyətlərə rəsmi yazılı
razılıq verilməsini; [11]
21.4.4. onun barəsində
səlahiyyətli orqanlar tərəfindən yoxlama
tədbirlərinin keçirilməsinə yazılı
razılıq verməsini;
21.4.5. dövlət hakimiyyəti
orqanının, müəssisə, idarə və
təşkilatın rəhbəri tərəfindən
dövlət sirri ilə işləməyə buraxılma
haqqında qərar qəbul edilməsini. [12]
21.5. Yoxlama tədbirlərinin
həcmi dövlət sirri
ilə işləməyə buraxılan şəxsin işləməyə
buraxılacağı məlumatların məxfilik
dərəcəsindən asılıdır. Yoxlama
tədbirləri Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq surətdə həyata
keçirilir. Yoxlama tədbirlərinin
keçirilməsində məqsəd bu Qanunun 23.1-ci
maddəsində nəzərdə tutulan əsasların
olub-olmamasının
müəyyənləşdirilməsidir. [13]\
21.5-1.
Vəzifəli şəxsin və vətəndaşın
xüsusi əhəmiyyətli, tam məxfi və məxfi
məlumatlarla işləməyə buraxılması ilə
bağlı yoxlama tədbirləri prokurorluq orqanlarında
Azərbaycan Respublikasının Baş Prokurorluğu,
digər dövlət hakimiyyəti orqanları, idarə,
müəssisə və təşkilatlarda müvafiq icra
hakimiyyəti orqanı tərəfindən keçirilir.
Yoxlama tədbirlərinin həcmi və keçirilməsi
qaydası yoxlama tədbirlərini keçirən orqanlar
tərəfindən hazırlanır və müvafiq icra
hakimiyyəti orqanı ilə razılaşdırılmaqla
təsdiq edilir.[14]
21.6. Vəzifəli
şəxsin və vətəndaşın ona etibar
ediləcək dövlət sirri təşkil edən
məlumatları yaymayacağı barədə dövlət
qarşısında götürdüyü öhdəliyi
onunla işəgötürən arasında bağlanan
əmək müqaviləsində, işə (xidmətə)
qəbul əmək müqaviləsi ilə həyata
keçirilmədikdə isə iltizamnamədə əks
olunur. Dövlət sirri ilə işləməyə
buraxılışı olmayan şəxsin dövlət
sirrindən istifadə ilə bağlı vəzifəyə
təyin edilməsinə yol verilmir. [15]
21.7. Vəzifəli
şəxslərin və vətəndaşların
dövlət sirri ilə işləməyə
buraxılmasının dövlət sirri təşkil edən
məlumatların məxfilik dərəcələrinə
uyğun üç forması müəyyən edilir:
xüsusi əhəmiyyətli, tam məxfi və məxfi
məlumatlarla işləməyə buraxılma.
21.8. Vəzifəli
şəxslərin və vətəndaşların məxfilik
dərəcəsi daha yüksək olan məlumatlarla
işləməyə buraxılışının
olması, onların məxfilik dərəcəsi daha
aşağı olan məlumatlarla işləməyə
buraxılmasına əsas verir.
21.9. Vəzifəli
şəxslərin və vətəndaşların
dövlət sirri ilə işləməyə
buraxılması və işləməyə
buraxılmasının yenidən
rəsmiləşdirilməsi qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. [16]
21.10. Hərbi və
fövqəladə vəziyyət şəraitində
vəzifəli şəxslərin və
vətəndaşların dövlət sirri ilə
işləməyə buraxılması qaydası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
dəyişdirilə bilər. [17]
M a d d ə 22. Dövlət
sirri ilə işləməyə buraxılmanın xüsusi
qaydaları
22.1. Azərbaycan Respublikası
Milli Məclisinin deputatları,
Azərbaycan Respublikası Hesablama Palatasının
üzvləri, Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinə əsasən
vəzifəyə təyin edilmiş şəxslər, öz
vəzifələrinin icrası zamanı hakimlər, habelə
dövlət sirri təşkil edən məlumatlarla
bağlı cinayət işləri üzrə cinayət
mühakimə icraatında müdafiəçi qismində
çıxış edən vəkillər dövlət sirri
ilə işləməyə bu Qanunla nəzərdə
tutulmuş yoxlama tədbirləri keçirilmədən
buraxılırlar. [18]
22.2. Bu Qanunun 22.1-ci
maddəsində göstərilən şəxslər,
qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa,
dövlət sirrinin yayılmasına görə məsuliyyətə
ümumi əsaslarla cəlb edilirlər.
M a d d ə 23. Vəzifəli
şəxsi və ya vətəndaşı dövlət sirri
ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsaslar[19]
23.1.
Vəzifəli şəxsi və ya vətəndaşı
dövlət sirri ilə işləməyə buraxmaqdan imtina
edilməsi üçün əsaslar
aşağıdakılardır:
23.1.1.
məhkəmə tərəfindən fəaliyyət
qabiliyyəti olmayan və ya məhdud fəaliyyət
qabiliyyətli hesab edilməsi;
23.1.2.
Azərbaycan Respublikasının Konstitusiya quruluşunun
əsasları və təhlükəsizliyi əleyhinə
olan cinayətlərə, eləcə də digər
xüsusilə ağır və ağır
cinayətlərə görə məhkum edilməsi
(məhkumluğun ödənilməsi və ya
götürülməsindən asılı olmayaraq);
23.1.3. bu Qanunun
23.1.2-ci maddəsində göstərilən
cinayətlərə görə Azərbaycan
Respublikasının Cinayət-Prosessual
Məcəlləsinə uyğun olaraq tutulması və ya
barəsində hər hansı qətimkan tədbirinin
seçilməsi (azad edilənədək, qətimkan
tədbirinin müddəti bitənədək və ya qətimkan
tədbiri ləğv edilənədək);
23.1.4.
müvafiq icra hakimiyyəti orqanının
müəyyənləşdirdiyi siyahıya uyğun olaraq,
dövlət sirri təşkil edən məlumatlarla
işləməyi istisna edən xəstəliklərinin
olması;
23.1.5. xarici
ölkədə daimi yaşaması;
23.1.6.
Azərbaycan Respublikasının
vətəndaşlığından çıxmaq
barədə müvafiq icra hakimiyyəti orqanına
müraciət etməsi və ya
barəsində Azərbaycan Respublikasının
vətəndaşlığı haqqında Azərbaycan
Respublikası Qanununun 18-ci maddəsinin
müddəalarının tətbiqi ilə bağlı icraata
başlanılması; [20]
23.1.7. yoxlama
tədbirləri nəticəsində dövlət sirri ilə
işləməyə buraxılacaq şəxsin Azərbaycan
Respublikasının təhlükəsizliyi üçün təhlükə
törədən hərəkətlərinin aşkara
çıxması;
23.1.8. yoxlama
tədbirlərindən boyun qaçırması və ya
qəsdən yalan anket məlumatları verməsi.
23.2.
Vəzifəli şəxsi və ya vətəndaşı
dövlət sirri ilə işləməyə buraxmaqdan imtina
edilməsi barədə qərarı dövlət
hakimiyyəti orqanının, müəssisə, idarə
və ya təşkilatın rəhbəri yoxlama
tədbirlərinin nəticələrini nəzərə
almaqla, fərdi qaydada qəbul edir. Vəzifəli
şəxsin və ya vətəndaşın həmin
qərardan şikayət vermək hüququ vardır.
23.3.
Dövlət sirri ilə işləməyə buraxmaqdan imtina
edilməsi üçün əsas verən məlumatların
aid olduğu hər hansı vəzifəli şəxs və
ya vətəndaşların mərkəzləşdirilmiş
uçotunun aparılması və məlumat bazasının
yaradılması müvafiq icra hakimiyyəti orqanları
tərəfindən təşkil edilir.
23.4. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə
tutulmuş əsasların aradan qalxdığı və ya
dövlət hakimiyyəti orqanının, müəssisə,
idarə və ya təşkilatın rəhbəri
yoxlamanın nəticəsi ilə razı olmadığı
hallarda onun təşəbbüsü ilə təkrar yoxlama
keçirilə bilər.[21]
M a d d ə 24. Vəzifəli
şəxsin və ya vətəndaşın dövlət
sirri ilə işləməyə buraxılmasına xitam
verilməsi şərtləri
24.1. Vəzifəli
şəxsin və ya vətəndaşın dövlət
sirri ilə işləməyə buraxılmasına
dövlət hakimiyyəti orqanı, müəssisə,
idarə və ya təşkilat rəhbərinin qərarı
ilə aşağıdakı hallarda xitam verilir:
24.1.1. təşkilati və (və
ya) ştat tədbirləri ilə əlaqədar onunla
bağlanmış əmək müqaviləsinə xitam
verildikdə;
24.1.2. əmək
müqaviləsinə əsasən dövlət sirrinin
mühafizəsi üzrə götürdüyü
öhdəlikləri bir dəfə pozduqda;
24.1.3. bu Qanunun 23.1-ci maddəsinə
uyğun olaraq vəzifəli şəxsi və ya
vətəndaşı dövlət sirri ilə
işləməyə buraxmaqdan imtina üçün əsas
verən hallar yarandıqda.
24.2. Dövlət sirri ilə
işləməyə buraxılmasına xitam verilməsi
vəzifəli şəxsi və ya vətəndaşı
dövlət sirri təşkil edən məlumatları
yaymamaq haqqında götürdüyü
öhdəliklərdən azad etmir.
M a d d ə 25. Dövlət
sirri ilə işləməyə buraxılan və ya
əvvəllər buraxılmış vəzifəli
şəxsin və ya vətəndaşın
hüquqlarının məhdudlaşdırılması
25.0. Dövlət sirri ilə
işləməyə buraxılan və ya əvvəllər
buraxılmış vəzifəli şəxsin və ya
vətəndaşın hüquqları müvəqqəti
məhdudlaşdırıla bilər. Məhdudiyyətlər aşağıdakılara
aid ola bilər:
25.0.1. dövlət sirri ilə
işləməyə buraxılmış şəxslərin
tanış olmağa buraxıldığı məlumatın
məxfilik müddəti bitənədək, lakin 5 ildən
çox olmamaq şərti ilə, xarici ölkəyə daimi
yaşamağa getmək hüququna;
25.0.2. dövlət sirri
təşkil edən məlumatları yaymaq və bu cür
məlumatları əks etdirən kəşflərdən
və ixtiralardan istifadə etmək hüququna;
25.0.3. dövlət sirri ilə
işləməyə buraxılmasının
rəsmiləşdirilməsi (yenidən
rəsmiləşdirilməsi) ilə əlaqədar yoxlama
tədbirlərinin keçirildiyi müddətdə
şəxsi toxunulmazlıq hüququna.
M a d d ə 26. Vəzifəli
şəxsin və ya vətəndaşın dövlət
sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılmasının
təşkili
26.1. Vəzifəli şəxsin
və ya vətəndaşın dövlət sirri
təşkil edən məlumatlarla tanış olmağa
buraxılmasının təşkili müvafiq dövlət
hakimiyyəti orqanının, müəssisə, idarə
və ya təşkilatın rəhbəri, habelə
onların dövlət sirrinin mühafizəsi üzrə
struktur bölmələri tərəfindən həyata
keçirilir.
26.2. Vəzifəli şəxsin
və ya vətəndaşın dövlət sirri
təşkil edən məlumatlarla tanış olmağa
buraxılması qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
26.3. Dövlət hakimiyyəti
orqanlarının, müəssisə, idarə və ya
təşkilatların rəhbərləri vəzifəli
şəxsin və ya vətəndaşın, yalnız öz
vəzifə borcunu yerinə yetirməsi üçün
zəruri olan dövlət sirri təşkil edən
məlumatlarla və yalnız lazımi həcmdə
tanış olması üçün müvafiq
şəraitin yaradılmasına görə fərdi
məsuliyyət daşıyırlar.
M a d d ə 27. Müəssisə,
idarə və təşkilatların dövlət sirri
təşkil edən məlumatlardan istifadə ilə
bağlı işlərin icrasına buraxılması
27.1. Müəssisə, idarə
və təşkilatlar müvafiq məxfilik
dərəcəsi olan məlumatlarla işləmək
üçün müvafiq icra hakimiyyəti orqanının
müəyyənləşdirdiyi qaydada icazə aldıqdan
sonra dövlət sirri təşkil edən məlumatlardan
istifadə edilməsi, informasiyanı mühafizə
vasitələrinin yaradılması, habelə dövlət
sirrinin mühafizəsi üzrə tədbirlər
görülməsi və (və ya) xidmətlər
göstərilməsi ilə bağlı işlərin
icrasına buraxılırlar.
Bu işlərin
görülməsi üçün icazələr
müəssisə, idarə və təşkilatın
xüsusi ekspertizasının və onların dövlət
sirri təşkil edən məlumatların mühafizəsi
üçün məsul rəhbərlərinin dövlət
attestasiyasının nəticələri əsasında
verilir. Ekspertizanın keçirilməsi və icazənin
verilməsi ilə bağlı xərclər həmin
müəssisə, idarə və təşkilatların
hesabına ödənilir.
27.3. Dövlət sirri
təşkil edən məlumatlardan istifadə ilə
bağlı işlərin görülməsi
üçün müəssisə, idarə və
təşkilatlara icazə onların aşağıdakı
şərtləri yerinə yetirdiyi hallarda verilir:
27.3.1.dövlət sirri təşkil
edən məlumatlardan istifadə ilə bağlı
işlərin görülməsi prosesində
məlumatların mühafizəsinin təmin olunmasına dair
müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi
normativ hüquqi sənədlərin tələblərini
yerinə yetirdikdə;
27.3.2.onların strukturlarında
dövlət sirrinin mühafizəsi üzrə struktur
bölmələri və məlumatın mühafizə
işi üçün xüsusi hazırlanmış, sayı
və ixtisas səviyyəsi dövlət sirrinin
mühafizəsinin təmin olunmasına kifayət edən
əməkdaşları olduqda;
27.3.3.onların
sertifikatlaşdırılmış informasiyanı
mühafizə vasitələri olduqda.
M a d d ə 28. İnformasiyanı
mühafizə vasitələrinin
sertifikatlaşdırılması
28.1. İnformasiyanı
mühafizə vasitələrinə onların müvafiq
məxfilik dərəcəsi olan məlumatların
mühafizəsi tələblərinə uyğunluğunu
təsdiq edən sertifikat verilməlidir.
28.1. İnformasiyanı
mühafizə vasitələrinin
sertifikatlaşdırılması müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təşkil
edilir.
V
fəsil
DÖVLƏT
SİRRİNİN MÜHAFİZƏSİ
TƏDBİRLƏRİNİN
MALİYYƏLƏŞDİRİLMƏSİ
M a d d ə 29. Dövlət sirrinin mühafizəsi tədbirlərinin
maliyyələşdirilməsi
29.1. Dövlət hakimiyyəti
orqanlarının, büdcə müəssisələrinin,
idarələrinin, təşkilatlarının və
onların struktur bölmələrinin dövlət sirrinin
mühafizəsi üzrə fəaliyyəti müvafiq
büdcələrin vəsaiti hesabına, qalan
müəssisə, idarə və təşkilatların
fəaliyyəti isə onların dövlət sirri
təşkil edən məlumatlardan istifadə etməklə
işləri görərkən əsas fəaliyyətdən
götürdükləri vəsait hesabına
maliyyələşdirilir.
29.2. Dövlət sirrinin
mühafizəsinə dair dövlət proqramlarının
maliyyələşdirilməsi üçün vəsait
Azərbaycan Respublikasının dövlət büdcəsində
nəzərdə tutulur.
29.3. Dövlət sirrinin
mühafizəsi tədbirlərinin görülməsi
üçün ayrılan vəsaitin xərclənməsinə
nəzarəti dövlət hakimiyyəti orqanlarının,
müəssisə, idarə və təşkilatların
rəhbərləri, işlərin sifarişçiləri,
habelə Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanının xüsusi səlahiyyət
verilmiş vəzifəli şəxsləri həyata
keçirirlər.
VI fəsil
DÖVLƏT
SİRRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI
QANUNVERİCİLİYİNİN POZULMASINA GÖRƏ
MƏSULİYYƏT
Maddə 30.
Dövlət sirri haqqında Azərbaycan Respublikası
qanunvericiliyinin pozulmasına görə məsuliyyət və
mübahisələrə baxılma qaydası
30.1. Dövlət sirri
haqqında Azərbaycan Respublikasının qanunvericiliyini pozan
hüquqi şəxslər, vəzifəli şəxslər və
vətəndaşlar qüvvədə olan qanunvericiliyə
müvafiq olaraq məsuliyyət daşıyırlar.[22]
30.2. Müvafiq dövlət
hakimiyyəti orqanları və onların vəzifəli
şəxsləri məlumatların qeyri-qanuni yayılması
üzrə qərar qəbul edərkən qeyri-qanuni
yayılmış məlumatın dövlət sirri
təşkil etməsi haqqında ekspert rəyinə
əsaslanırlar. Ekspert rəyinin hazırlanması və
təsdiqi qaydası müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
30.3. Dövlət sirri
təşkil edən məlumatların qeyri-qanuni
yayılması bütövlükdə Azərbaycan
Respublikası və ya mərkəzi icra hakimiyyəti
orqanı üzrə dövlətin
təhlükəsizliyinə ziyan vurulmaqla
nəticələndiyi hallarda məlumatların
yayılması faktı üzrə materiallara müvafiq icra
hakimiyyəti orqanı tərəfindən baxılır
və rəy verilir.
30.4.
Vətəndaşların, dövlət hakimiyyəti
orqanlarının, yerli özünüidarə orqanlarının,
müəssisə, idarə və təşkilatların bu
Qanunla bağlı qanuni maraqlarının və
hüquqlarının qorunması, mübahisələrə
baxılması məhkəmə qaydasında və ya
qanunvericiliklə müəyyən edilmiş qaydada həyata
keçirilir.
VII fəsil
DÖVLƏT
SİRRİNİN MÜHAFİZƏSİNİN TƏMİN OLUNMASINA
NƏZARƏT
M a d d ə 31. Dövlət sirrinin
mühafizəsinin təmin olunmasına nəzarət
31.1. Dövlət sirrinin
mühafizəsinin təmin olunmasına nəzarəti
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən olunmuş qaydada səlahiyyətləri
daxilində müvafiq icra hakimiyyəti orqanı həyata
keçirir.
31.2. Dövlət sirrinin
yayılmasının qarşısının alınması
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada həyata keçirilir.
M a d d ə 32. Dövlət
sirrinin mühafizəsinin təmin olunmasına idarələrarası
və idarə nəzarəti
32.1. Dövlət hakimiyyəti
orqanlarında, yerli özünüidarə orqanlarında,
müəssisə, idarə və təşkilatlarda
dövlət sirrinin mühafizəsinin təmin olunmasına
idarələrarası nəzarəti Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı
həyata keçirir.
32.2. Bu Qanunla müəyyən
olunmuş qaydada dövlət sirrinə aid edilən
məlumatlar barəsində sərəncam vermək
səlahiyyətinə malik dövlət hakimiyyəti
orqanları tabeliklərində olan müəssisə,
idarə və təşkilatlarda dövlət sirrinin
mühafizəsinin təmin olunmasına idarə nəzarətini
həyata keçirir.
32.3. Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti
orqanlarının aparatlarında və Azərbaycan
Respublikası Milli Məclisinin Aparatında dövlət
sirrinin mühafizəsinin təmin olunmasına nəzarət
onların rəhbərləri tərəfindən
təşkil edilir.
32.4. Məhkəmə və
prokurorluq orqanlarında,
habelə müvafiq icra hakimiyyəti orqanında
dövlət sirrinin mühafizəsinin təmin olunmasına
nəzarət bu orqanların rəhbərləri
tərəfindən təşkil edilir.[23]
32.5. İdarələrarası
nəzarətin həyata keçirilməsi qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 7 sentyabr 2004-cü il
¹ 733-IIQ
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
23 dekabr 2005-ci il tarixli 33-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 2, maddə 65)
2.
10 oktyabr 2006-cı il tarixli 157-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 11, maddə 925)
3.
13 iyun 2008-ci il tarixli 649-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 27 avqust 2008-ci il, ¹ 190, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə
699)
4.
30 aprel 2013-cü il tarixli 642-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 13 iyun 2013-cü il, ¹ 127;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü
il, ¹ 06, maddə 596)
5.
20
iyun 2014-cü il tarixli 984-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 10 iyul 2014-cü il, ¹ 145;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 07, maddə 762)
6.
03 aprel 2015-ci il tarixli 1245-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 06 may 2015-ci il, ¹ 96,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
5, maddə 492)
7.
12
iyun 2018-ci il tarixli 1179-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 14 iyul 2018-ci il, ¹ 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 7, I kitab maddə 1401)
8.
30
oktyabr 2018-ci il tarixli 1312-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 25 noyabr 2018-ci il, ¹ 266, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 11, maddə 2222)
QANUNA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 10
oktyabr 2006-cı il tarixli 157-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 925) ilə
4.3.3-cü maddədə dövlətlərə
sözü dövlətlərə
və beynəlxalq təşkilatlara sözləri ilə
əvəz edilmişdir.
[2]
10 oktyabr 2006-cı il tarixli 157-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 925) ilə
4.3.4-cü maddə çıxarılmışdır,
4.3.5-ci maddə 4.3.4-cü maddə hesab edilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
4.3.4. dövlət sirri təşkil edən
məlumatlarla işləməyə buraxılmış
şəxslərin və dövlət sirrinin mühafizəsi
üzrə struktur bölmələrin
əməkdaşlarının əmək haqqına
əlavələrin verilmə qaydasını və həcmini
müəyyən edir;
[3]
10 oktyabr 2006-cı il tarixli 157-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 925) ilə
4.4.4-cü maddədən əməkhaqqına
əlavələrin verilməsi və
vətəndaşların sözləri
çıxarılmışdır.
[4] 12
iyun 2018-ci il tarixli 1179-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 14 iyul 2018-ci il, ¹ 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 7, I kitab maddə 1401) ilə 10.1-ci maddənin birinci cümləsinə siyahısına
sözündən sonra və
ya dövlət sirrinə aid edilən məlumatların
siyahısına sözləri əlavə edilmişdir.
[5] 12
iyun 2018-ci il tarixli 1179-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 14 iyul 2018-ci il, ¹ 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 7, I kitab maddə 1401) ilə yeni məzmunda 10.4-cü maddə əlavə
edilmişdir.
[6] 12
iyun 2018-ci il tarixli 1179-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 14 iyul 2018-ci il, ¹ 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 7, I kitab maddə 1401) ilə 12.1.1-ci maddəyə siyahısının
sözündən sonra və
ya dövlət sirrinə aid edilən məlumatların
siyahısının sözləri əlavə edilmişdir.
[7] 12
iyun 2018-ci il tarixli 1179-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 14 iyul 2018-ci il, ¹ 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 7, I kitab maddə 1401) ilə 13.3-cü maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
13.3.
Dövlət sirri təşkil edən
məlumatların məxfilik müddəti 30 ildən artıq
olmamalıdır. Bu müddət müvafiq icra hakimiyyəti
orqanının rəyi ilə uzadıla bilər.
[8] 12
iyun 2018-ci il tarixli 1179-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 14 iyul 2018-ci il, ¹ 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 7, I kitab maddə 1401) ilə 14.1-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
14.1 Dövlət sirri təşkil edən məlumat
daşıyıcılarının məxfiliyi onların
məxfiləşdirildiyi zaman
müəyyənləşdirilmiş müddətdə (bu Qanunun
13-cü maddəsində göstərilən hallar istisna
olmaqla) götürülməlidir.
[9] 23
dekabr 2005-ci il tarixli 33-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 2,
maddə 65) ilə 18-ci maddəsinin adında, 18.1-ci və
18.2-ci maddələrində "dövlətlərə"
sözündən sonra "və
beynəlxalq təşkilatlara" sözləri
əlavə edilmişdir.
[10]
20
iyun 2014-cü il tarixli 984-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 10 iyul 2014-cü il, ¹ 145;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 07, maddə 762) ilə 21.4.1-ci maddədə edilmiş və məlumatların
yayılmaması sözləri müvafiq olaraq ediləcək və məlumatları yaymayacağı
sözləri ilə əvəz edilmişdir.
[11]
20
iyun 2014-cü il tarixli 984-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 10 iyul 2014-cü il, ¹ 145;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 07, maddə 762) ilə 21.4.3-cü maddədən rəsmi sözü
çıxarılmışdır.
[12]
10 oktyabr 2006-cı il tarixli 157-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 925) ilə
21.4.5-ci maddə çıxarılmışdır,
21.4.6-cı maddə 21.4.5-ci maddə hesab edilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
21.4.5. bu Qanunla
nəzərdə tutulmuş əmək haqqına
əlavələrin və onların verilməsi
qaydasının müəyyənləşdirilməsini;
[13]
20
iyun 2014-cü il tarixli 984-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 10 iyul 2014-cü il, ¹ 145;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 07, maddə 762) ilə 21.5-ci maddənin birinci
cümləsində rəsmiləşdirilən
sözü dövlət sirri
ilə işləməyə buraxılan sözləri
ilə əvəz edilmişdir.
[14]
20
iyun 2014-cü il tarixli 984-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 10 iyul 2014-cü il, ¹ 145;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 07, maddə 762) ilə yeni məzmunda 21.5-1-ci maddə
əlavə edilmişdir.
[15]
20
iyun 2014-cü il tarixli 984-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 10 iyul 2014-cü il, ¹ 145;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 07, maddə 762) ilə 21.6-cı maddə yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
21.6. İşəgötürənin və
dövlət sirri ilə işləməyə buraxılan
şəxsin qarşılıqlı öhdəlikləri
əmək müqaviləsində əks olunur.
Səlahiyyətli orqanlar müvafiq yoxlamanı başa
çatdırmayınca əmək müqaviləsinin
bağlanmasına yol verilmir.
[16]
20
iyun 2014-cü il tarixli 984-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 10 iyul 2014-cü il, ¹ 145;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 07, maddə 762) ilə 21.9-cu maddədən və işləməyə buraxılmasının
yenidən rəsmiləşdirilməsi sözləri
çıxarılmışdır.
[17]
10 oktyabr 2006-cı il tarixli 157-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11,
maddə 925) ilə 21.6-cı və 21.7-ci maddələr
çıxarılmışdır, 21.8-ci - 21.12-ci
maddələr müvafiq olaraq 21.6-cı - 21.10-cu
maddələr hesab edilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
21.6. Daimi əsasla
dövlət sirri ilə işləməyə buraxılan
vəzifəli şəxslər və vətəndaşlar
üçün tanış olmağa buraxıldıqları
məlumatların məxfilik dərəcə sindən
asılı olaraq əmək haqlarına əlavələr
müəyyən edilir.
21.7. Dövlət sirrinin
mühafizəsi üzrə struktur bölmələrinin
əməkdaşlarına daimi əsasla dövlət sirri
ilə işləməyə buraxılmış vəzifəli
şəxslər və vətəndaşlar üçün
müəyyənləşdirilmiş güzəştlə
yanaşı, həmin struktur bölmələrində iş stajına
görə əmək haqlarına əlavələr
müəyyən edilir.
[18] 13 iyun 2008-ci il tarixli 649-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 27 avqust 2008-ci il, ¹ 190, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə
699) ilə 22.1-ci
maddəsində Azərbaycan
Respublikası Milli Məclisinin deputatları,
sözlərindən sonra Azərbaycan
Respublikası Hesablama Palatasının üzvləri, sözləri
əlavə edilmişdir.
[19]
20
iyun 2014-cü il tarixli 984-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 10 iyul 2014-cü il, ¹ 145;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 07, maddə 762) ilə 23-cü maddənin mətni yeni
redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
23.1. Vəzifəli
şəxsi və ya vətəndaşı dövlət sirri
ilə işləməyə buraxmaqdan imtina edilməsi
üçün əsaslar aşağıdakılardır:
23.1.1. məhkəmə
tərəfindən onun fəaliyyət qabiliyyəti olmayan
və ya məhdud fəaliyyət qabiliyyətli hesab
edilməsi, Azərbaycan Respublikasının Konstitusiya
quruluşunun əsasları və təhlükəsizliyi
əleyhinə olan cinayətlərdə, eləcə də
digər ağır və xüsusilə ağır cinayətlərdə
təqsirləndirilərək istintaqa və ya
məhkəməyə cəlb edilməsi, bu cür
cinayətlərə görə onun məhkumluğunun
olması;
23.1.2. müvafiq icra
hakimiyyəti orqanının müəyyənləşdirdiyi
siyahıya uyğun olaraq dövlət sirri təşkil
edən məlumatlarla işləməyi istisna edən
xəstəliklərinin olması;
23.1.3. yoxlama tədbirləri
nəticəsində dövlət sirri ilə işləməyə
buraxılacaq şəxsin Azərbaycan Respublikasının
təhlükəsizliyi üçün qorxu
törədən hərəkətlərinin aşkara çıxması;
23.1.4. onun yoxlama
tədbirlərindən boyun qaçırması və ya
qəsdən yalan anket məlumatları verməsi.
23.2. Vəzifəli
şəxsi və ya vətəndaşı dövlət sirri
ilə işləməyə buraxmaqdan imtina edilməsi
barədə qərarı dövlət hakimiyyəti
orqanının, müəssisə, idarə və ya təşkilatın
rəhbəri yoxlama tədbirlərinin nəticələrini
nəzərə almaqla fərdi qaydada qəbul edir.
Vətəndaşın həmin qərardan şikayət vermək
hüququ vardır.
[20]
03 aprel 2015-ci il tarixli 1245-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 06 may 2015-ci il, ¹ 96,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
5, maddə 492) ilə 23.1.6-cı maddəsinə müraciət etməsi
sözlərindən sonra və
ya barəsində Azərbaycan Respublikasının
vətəndaşlığı haqqında Azərbaycan Respublikası
Qanununun 18-ci maddəsinin müddəalarının tətbiqi
ilə bağlı icraata başlanılması
sözləri əlavə edilmişdir.
[21] 12
iyun 2018-ci il tarixli 1179-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 14 iyul 2018-ci il, ¹ 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 7, I kitab maddə 1401) ilə yeni
məzmunda 23.4-cü maddə
əlavə edilmişdir.
[22] 30 aprel 2013-cü il tarixli 642-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Respublika
qəzeti, 13 iyun 2013-cü il, ¹ 127; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 06,
maddə 596) ilə 30.1-ci maddəsinə qanunvericiliyini pozan sözlərindən sonra hüquqi şəxslər, sözləri
əlavə edilmişdir.
[23] 30
oktyabr 2018-ci il tarixli 1312-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 25 noyabr 2018-ci il, ¹ 266, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 11, maddə 2222) ilə 32.4-cü
maddədə orqanlarında
sözündən sonra ,
habelə müvafiq icra hakimiyyəti orqanında
sözləri əlavə edilmişdir.