Azərbaycan Respublikası Dövlət
bayrağının istifadəsi qaydaları haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Maddə 1. Azərbaycan
Respublikasının Dövlət bayrağına hörmət
göstərilməsi ilə bağlı vəzifələr
1.1. Azərbaycan Respublikasının
vətəndaşları, habelə Azərbaycan
Respublikasının ərazisində olan əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasının Dövlət bayrağına
hörmətlə yanaşmalıdırlar.
1.2. Azərbaycan Respublikası onun ərazisindən
kənarda Azərbaycan Respublikasının Dövlət
bayrağı barədə təhqiredici
hərəkətlərin qarşısının alınması
məqsədilə beynəlxalq hüquq normalarına uyğun
olaraq tədbirlər görür.
1.3. Azərbaycan
Respublikası əhali arasında Azərbaycan Respublikası
Dövlət bayrağının mahiyyətinin və
əhəmiyyətinin geniş təbliğ olunması,
gənc nəslin Azərbaycan Respublikasının
Dövlət bayrağına hörmət ruhunda tərbiyə
edilməsi məqsədilə tədbirlər görür.
1.4. Azərbaycan
Respublikasının Dövlət Bayrağı qaldırılarkən
və ya asılarkən, Azərbaycan Respublikasının
Dövlət Himninin mütləq ifa edildiyi hallar Azərbaycan
Respublikasının Dövlət Himnindən istifadə qaydaları
haqqında Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilir.[1]
Maddə 2. Azərbaycan
Respublikası Dövlət bayrağının
qaldırılmalı olduğu yerlər
2.1.
Azərbaycan
Respublikasının Dövlət bayrağı Azərbaycan
Respublikasının Prezident sarayının və
dövlət iqamətgahlarının üzərində,
Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali
Məhkəməsinin, Məhkəmə-Hüquq
Şurasının, mərkəzi icra
hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası
Prokurorluğunun, Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının, Azərbaycan Respublikası
Hesablama Palatasının, Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali
Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası
mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra
hakimiyyəti orqanlarının binaları, Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkilinin yerləşdiyi binanın
üzərində daimi qaldırılır.[2]
2.2. Azərbaycan Respublikasının Dövlət
bayrağı Azərbaycan Respublikasının diplomatik
nümayəndəlikləri və konsulluqlarının binalan
üzərində, habelə Azərbaycan Respublikasının
diplomatik nümayəndəlikləri və
konsulluqlarının başçılarının
iqamətgahları üzərində beynəlxalq hüquq
normalarına və diplomatik protokol qaydalarına uyğun olaraq
qaldırılır.
2.3. Azərbaycan Respublikasının Dövlət bayrağı
Azərbaycan Respublikasına Ticarət Gəmiçiliyi
Məcəlləsinə uyğun olaraq Azərbaycan
Respublikasının gəmi reyestrlərindən birində
qeydiyyata alınmış gəmilərin üzərində
qaldırılır.
2.4. Azərbaycan Respublikasının Dövlət
bayrağı Azərbaycan Respublikasının sərhəd nəzarət-buraxılış
məntəqələrinin və sərhəd
zastavalarının binaları üzərində daimi
qaldırılır.
2.5. Azərbaycan Respublikasının Dövlət
bayrağı Azərbaycan Respublikasının Silahlı
Qüvvələrinin və başqa silahlı
birləşmələrinin hərbi hissə və hərbi
gəmilərində aşağıdakı hallarda
qaldırılır:
2.5.1.Azərbaycan Respublikasının bayram
günlərində;
2.5.2.hərbi andiçmə mərasimində;
2.5.3.hərbi hissələrə və ya hərbi
gəmilərə dövlət mükafatları təqdim
edildikdə;
2.5.4.hərbi hissələr (bölmələr) və ya
hərbi gəmilər xarici dövlətin ərazisində
(ərazi sularında) olduqda.
2.6.
Azərbaycan
Respublikasının Dövlət bayrağı Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin və başqa
silahlı birləşmələrinin hərbi
hissələrində onların qərargahlarının
binalarında, hərbi gəmilərində isə Hərbi
Dəniz Qüvvələrinin gəmi nizamnamələrinə
uyğun olaraq qaldırılır.
2.7. Xarici dövlətin bayrağı altında
üzən gəmi Azərbaycan Respublikasının daxili
sularında üzərkən və ya Azərbaycan
Respublikasının limanında dayanarkən öz
bayrağı ilə yanaşı, beynəlxalq dəniz
adətlərinə uyğun olaraq Azərbaycan
Respublikasının Dövlət bayrağını da
qaldırmalıdır.
Maddə 3. Azərbaycan
Respublikası Dövlət bayrağının
yerləşdirilməli olduğu yerlər
3.1.
Azərbaycan
Respublikasının Dövlət bayrağı Azərbaycan
Respublikası Milli Məclisinin iclas salonunda, Azərbaycan
Respublikası Prezidentinin iş otağında, habelə
Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə
rəsmi tədbirlərin keçirilməsi üçün
nəzərdə tutulan salonlarda və otaqlarda, Azərbaycan
Respublikası məhkəmələrinin iclas salonunda,
Azərbaycan Respublikası Milli Məclisi sədrinin,
Azərbaycan Respublikası Baş nazirinin, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi sədrinin,
Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin,
Azərbaycan Respublikası Baş prokurorunun, mərkəzi icra
hakimiyyəti orqanları rəhbərlərinin, Azərbaycan
Respublikasının diplomatik nümayəndəlikləri
və konsulluqları başçılarının,
Azərbaycan Respublikası Mərkəzi
Bankı sədrinin, Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyası
sədrinin, Azərbaycan Respublikası Hesablama Palatası
sədrinin, Azərbaycan Respublikası İnsan hüquqları
üzrə müvəkkilinin, Naxçıvan Muxtar
Respublikası Ali Məclisi sədrinin, Naxçıvan Muxtar
Respublikası Baş nazirinin, Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsi sədrinin, Məhkəmə-Hüquq
Şurası sədrinin, Naxçıvan
Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti
orqanları rəhbərlərinin, Azərbaycan
Respublikasının diplomatik nümayəndəlikləri
və konsulluqlarının başçılarının iş
otaqlarında daimi yerləşdirilir.[3]
3.2. Azərbaycan Respublikasının Dövlət
bayrağı Azərbaycan Respublikası Prezidentinin,
dövlət nümayəndə heyəti
rəhbərlərinin, xidməti vəzifələrini yerinə
yetirərkən diplomatik nümayəndəliklərin və
konsulluqların rəhbərlərinin nəqliyyat
vasitələri üzərində yerləşdirilir.
3.3. Azərbaycan Respublikasının Dövlət
bayrağı qanunvericiliklə
müəyyənləşdirilmiş hallarda və qaydada
andiçmə mərasimi keçirilən yerlərdə yerləşdirilir.
Maddə 4. Azərbaycan
Respublikası Dövlət bayrağının təsvirinin
istifadəsi
4.1.
Azərbaycan Respublikası
Dövlət bayrağının təsviri beynəlxalq
uçuşları həyata keçirən Azərbaycan
Respublikası mülki hava gəmilərinin və Azərbaycan
Respublikasının hüdudlarından kənara
uçuşlar üçün istifadə olunan hərbi
nəqliyyat hava gəmilərinin üzərində vurulur.
4.2.
Azərbaycan Respublikası
Dövlət bayrağının təsviri Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidməti
sərhəd gəmilərinin və qayıqlarının
fərqləndirici nişanı kimi istifadə olunur.
4.3.
Azərbaycan Respublikası
Dövlət bayrağının təsviri Azərbaycan
Respublikasının dövlət mükafatlarının,
habelə qanunvericiliklə nəzərdə tutulmuş hallarda
rəsmi döş nişanlarının elementi kimi
istifadə edilir.
Maddə 5. Azərbaycan
Respublikası Dövlət bayrağının digər yerlərdə
istifadəsi
5.1.
Azərbaycan
Respublikasının Dövlət bayrağı yerli
özünüidarə orqanlarının, qeyri-hökumət
təşkilatlarının, müəssisələrin və
idarələrin binaları, habelə yaşayış
evləri üzərində qaldırıla (asıla)
bilər.
5.2.
Azərbaycan
Respublikasının Dövlət bayrağı yerli
özünüidarə orqanları, qeyri-hökumət
təşkilatları, siyasi partiyalar, müəssisə və
idarələr tərəfindən keçirilən
tədbirlər zamanı qaldırıla (asıla) və ya
yerləşdirilə bilər.
5.3.
Dərs ilinin birinci
günü təhsil müəssisələrində
Azərbaycan Respublikasının Dövlət bayrağı
qaldırılır (asılır) və ya
yerləşdirilir.
Maddə 6. Azərbaycan
Respublikası Dövlət bayrağının rəsmi
tədbirlər zamanı istifadəsi
6.1. Azərbaycan Respublikasının Dövlət
bayrağı dövlət hakimiyyət orqanları
tərəfindən keçirilən rəsmi tədbirlər
və mərasimlər zamanı qaldırılır
(asılır) və ya yerləşdirilir.
Maddə 7. Azərbaycan
Respublikası Dövlət bayrağının matəm
günlərində və matəm mərasimlərində
istifadəsi
7.1.Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş və ya müvafiq icra
hakimiyyəti orqanı tərəfindən elan olunmuş
matəm günlərində Azərbaycan Respublikası
Dövlət bayrağının dəstəyinin və ya
dirəyinin yuxarı hissəsinə eni 10 santimetr olan qara lent
bərkidilir və (və ya) Dövlət bayrağı bayraq
dirəyinin yarısına qədər endirilir.
7.2.Azərbaycan Respublikasının vəfat etmiş
(həlak olmuş) vətəndaşlarına hərbi ehtiram
göstərilməsi ilə bağlı Azərbaycan
Respublikası Dövlət bayrağının istifadəsi
qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Maddə 8. Azərbaycan
Respublikası Dövlət bayrağının digər
bayraqlarla birgə qaldırılması (asılması) və
ya yerləşdirilməsi
8.1.
Azərbaycan
Respublikasının Dövlət bayrağı
qeyri-hökumət təşkilatlarının, siyasi
partiyaların, müəssisə və idarələrin
bayraqları ilə birgə qaldırılırsa
(asılırsa) və ya yerləşdirilirsə, həmin
bayraqların ölçüsü Azərbaycan Respublikası
Dövlət bayrağının
ölçüsündən böyük ola bilməz.
8.2.
Azərbaycan
Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası
Silahlı Qüvvələri Ali Baş Komandanının
bayrağı, digər dövlətlərin dövlət
bayraqları, habelə beynəlxalq təşkilatların,
siyasi partiyaların, qeyri-hökumət
təşkilatlarının, müəssisə və idarələrin
bayraqları ilə birgə qaldırılırsa (asılırsa)
və ya yerləşdirilirsə, qarşıdan
baxıldıqda, Azərbaycan Respublikasının
Dövlət bayrağı həmin bayraqlardan solda
olmalıdır.[4]
Maddə 9. Azərbaycan
Respublikası Dövlət bayrağının
istifadəsinə dair tələblər
9.1. Azərbaycan Respublikasının Dövlət
bayrağı və onun təsviri, onların
ölçülərindən asılı olmayaraq,
Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikası
Dövlət Bayrağının təsvirinin təsdiq
edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya
Qanununda müəyyən edilmiş
tələblərə uyğun olmalıdır.[5]
9.2. Azərbaycan
Respublikası Dövlət bayrağının sənaye
üsulu ilə hazırlanması, düzəldilməsi,
rəngli təsvirinin çapı zamanı onun mavi
rənginin Panton rənglər kataloqunun Pantone .[6]
9.3. Azərbaycan Respublikasının Dövlət
bayrağı bütöv olmalı və solğun
görünməməlidir.
9.4. Azərbaycan Respublikasının Dövlət
bayrağı ya bayraq dirəyi, ya da xüsusi tutqaclara
bərkidilən dəstək üzərində
qaldırılır.
9.5. Azərbaycan Respublikasının Dövlət
bayrağı elə qaldırılmalıdır ki, onun
parçasının aşağı tərəfi yerdən
azı üç metr hündürlükdə olsun.
Maddə 10. Azərbaycan
Respublikası Dövlət bayrağının
istifadəsinə dair məhdudiyyətlər
Azərbaycan Respublikasının Dövlət
bayrağı masaların və ya kürsülərin
üstünə örtük kimi sərilə bilməz,
oturulan və ayaq basılan yerlərə qoyula bilməz.
Maddə 11. Azərbaycan
Respublikasının Dövlət bayrağı haqqında
qanunvericiliyin pozulmasına görə məsuliyyət
Azərbaycan Respublikası Dövlət
bayrağının bu Qanunun tələblərinə zidd
istifadəsi, habelə Azərbaycan Respublikasının
Dövlət bayrağı barədə təhqiredici
hərəkətlər Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq məsuliyyətə
səbəb olur.
Maddə 12. Yekun
müddəalar
12.1.Bu Qanun dərc edildiyi gündən
qüvvəyə minir.
12.2.Bu Qanun qüvvəyə mindiyi gündən 1991-ci
il 5 fevral tarixli Azərbaycan Respublikasının Qanunu ilə
təsdiq edilmiş Azərbaycan Respublikasının
Dövlət bayrağı haqqında Əsasnamənin
3-cü, 4-cü, 6-cı və 7-ci bəndləri
qüvvədən düşmüş hesab edilsin.
12.3.Azərbaycan Respublikası Dövlət
bayrağının qaldırılması (asılması),
endirilməsi, saxlanılması və istehsalı qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 8 iyun 2004-cü il
¹ 683-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
1
sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 25 oktyabr
2005-ci il, ¹ 247)
2.
5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 17 aprel 2010-cu il, ¹ 81, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 04, maddə
276)
3.
22 oktyabr 2013-cü
il tarixli 788-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 29 noyabr 2013-cü
il, ¹ 262; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 11, maddə 1303)
4.
8 oktyabr 2019-cu il tarixli 1674-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan qəzeti, 15 noyabr
2019-cu il, ¹ 253,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
11, maddə 1683)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 8 may 2020-ci il tarixli 95-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan qəzeti, 2 iyun 2020-ci
il, ¹ 103,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
6, maddə 673) ilə yeni məzmunda 1.4-cü maddə
əlavə edilmişdir.
[2] 1 sentyabr 2005-ci il tarixli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu,
2005-ci il, ¹ 10, maddə 874) ilə 2.1-ci maddədə "Azərbaycan Respublikası Ali
Məhkəməsinin," sözlərindən sonra "Məhkəmə-Hüquq
Şurasının," sözləri əlavə
edilmişdir.
5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(Azərbaycan qəzeti, 17 aprel 2010-cu il, ¹ 81, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 04, maddə
276) ilə 2.1-ci maddəsində Milli Bankının
sözləri Mərkəzi Bankının
sözləri ilə, 3.1-ci maddəsində Milli Bankı
İdarə Heyəti sədrinin sözləri Mərkəzi
Bankı sədrinin sözləri ilə əvəz
edilmişdir.
[3] 1 sentyabr 2005-ci il tarixli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu,
2005-ci il, ¹ 10, maddə 874) 3.1-ci maddədə "Azərbaycan Respublikası Ali
Məhkəməsi sədrinin," sözlərindən
sonra "Məhkəmə-Hüquq
Şurası sədrinin," sözləri əlavə
edilmişdir.
[4] 3 dekabr 2019-cu il tarixli 1730-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 26 dekabr 2019-cu il, ¹ 288, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə
1916) ilə
8.2-ci maddəsinə digər dövlətlərin sözlərindən
əvvəl Azərbaycan
Respublikası Silahlı Qüvvələri Ali Baş
Komandanının bayrağı, sözləri
əlavə edilmişdir.
[5] 8 oktyabr 2019-cu il tarixli 1674-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan qəzeti, 15 noyabr
2019-cu il, ¹ 253,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
11, maddə 1683) ilə 9.1-ci maddədə Azərbaycan Respublikasının
Konstitusiyasında sözlərindən sonra və Azərbaycan Respublikası
Dövlət Bayrağının təsvirinin təsdiq
edilməsi haqqında Azərbaycan Respublikasının
Konstitusiya Qanununda sözləri əlavə edilmişdir.
[6] 22 oktyabr 2013-cü il tarixli 788-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 29 noyabr 2013-cü
il, ¹ 262; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 11, maddə 1303) ilə 9.2-ci
maddə yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
9.2. Azərbaycan
Respublikası Dövlət bayrağının sənaye
üsulu ilə hazırlanması, düzəldilməsi,
rəngli təsvirinin çapı zamanı onun mavi
rənginin "Panton" rənglər kataloqunun Blue
8 oktyabr 2019-cu il tarixli 1674-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan qəzeti, 15 noyabr
2019-cu il, ¹ 253,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
11, maddə 1683) ilə 9.2-ci maddə ləğv
edilmişdir.