Azərbaycan
Respublikasının Dövlət gerbi haqqında
Əsasnamənin təsdiq edilməsi barəsində
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli
Məclisi qərara alır:
1. Azərbaycan Respublikasının
Dövlət gerbi haqqında Əsasnamə (əlavə olunur)
təsdiq edilsin. [1]
2. Azərbaycan SSR Ali Soveti Rəyasət
heyətinin 1981-ci il 16 mart tarixli Fərmanı (Azərbaycan SSR
Ali Sovetinin Məlumatı, 1981-ci il, ¹ 56, maddə 70) ilə
təsdiq edilmiş Azərbaycan SSR-in Dövlət gerbi
haqqında Əsasnamə qüvvəsini itirmiş hesab
edilsin.
3. Bu Qanun imzalandığı andan
qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz ELÇİBƏY.
Bakı
şəhəri, 23 fevral 1993-cü il.
¹ 516.
|
Azərbaycan
Respublikasının Dövlət gerbi haqqında
ƏSASNAMƏ
1. Azərbaycan Respublikasının
Dövlət gerbi Azərbaycan dövlətinin
müstəqilliyi rəmzidir.
2. Azərbaycan Respublikasının
Dövlət gerbi palıd budaqlarından və
sünbüllərdən ibarət qövsün
üzərində yerləşən şərq
qalxanının təsvirindən ibarətdir. Qalxanın
üstündə Azərbaycan Respublikası Dövlət
bayrağının rəngləri fonunda
səkkizguşəli ulduz, ulduzun mərkəzində alov
təsviri vardır.
Azərbaycan Respublikası Dövlət
gerbinin rəngli təsvirində ulduz ağ, alov
qırmızı, palıd budaqları yaşıl,
sünbüllər sarı rəngdədir. Qalxanın və
ulduzun sağanaqları, habelə qalxanın
düymələri və palıd qozaları
qızılıdır.
3. Azərbaycan Respublikası
Dövlət gerbinin qabarıq təsviri vurulur:
a) Azərbaycan Respublikası parlamentinin
binasına, iclas salonuna və parlament sədrinin xidməti
kabinetinə;
b)Azərbaycan Respublikası Prezidentinin
iqamətgahına və xidməti kabinetinə;
v) Azərbaycan Respublikasının
bütün məhkəmələrinin, hərbi
tribunallarının binalarına, məhkəmə
iclaslarının salonlarına, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi və Ali
Arbitraj Məhkəməsi sədrlərinin xidməti
kabinetlərinə;
q) yerli nümayəndəli
dövlət orqanlarının binalarına və iclas
salonlarına;
ğ) Azərbaycan Respublikası
qanunvericiliyində nəzərdə tutulmuş hallarda
dövlət orqanlarının binalarına;
d) Azərbaycan Respublikasının
diplomatik və ticarət nümayəndəliklərinin,
konsulluq idarələrinin binalarına.
4. Azərbaycan Respublikası
Dövlət gerbinin təsvirindən istifadə olunur:
a) Azərbaycan Respublikası
Dövlət möhüründə, bütün
dövlət orqanlarının möhürlərində;
b) Azərbaycan Respublikası
qanunlarının, parlamentin qərarlarının, prezidentin
fərman və sərəncamlarının blanklarında;
v) bu Əsasnamənin 3-cü
maddəsində göstərilən dövlət
orqanlarının sənədlərinin blanklarında
(binalarının lövhələrində);
q) Azərbaycan Respublikası Mərkəzi Bankının buraxıldığı
kağız və
metal pul nişanlarında, Azərbaycan
Respublikasının qiymətli kağızlarında,
dövlət istiqraz vərəqələrində;[2]
ğ) Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət
vəsiqəsində və pasportunda;[3]
d) Azərbaycan Respublikası parlamentinin
rəsmi nəşrlərində;
e) Azərbaycan Respublikasının
qanunvericiliyində müəyyən edilmiş hallarda
Dövlət sərhəd nişanlarında;
ə) Azərbaycan Respublikasının
İnsan hüquqları üzrə müvəkkilinin
(ombudsmanın) aparatının möhür və
blanklarında. [4]
5. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə Azərbaycan Respublikası Dövlət
gerbinin təsvirinin mütləq vurulmalı olduğu başqa
hallar da nəzərdə tutula bilər.
6. Bu Əsasnamədə
göstərilən hallardan başqa Azərbaycan
Respublikası Dövlət gerbinin təsvirindən istifadə
etmək hüququ Azərbaycan Respublikasının parlamenti
tərəfindən verilə bilər.
7. Azərbaycan Respublikası
Dövlət gerbinin təsviri olan möhürlərin və
sənəd blanklarının hazırlanması, istifadə
olunması, saxlanılması və məhv edilməsi
qaydası Azərbaycan Respublikası Nazirlər Kabineti
tərəfindən müəyyən edilir.
8. Azərbaycan Respublikası
Dövlət gerbinin verilən təsviri
ölçüsündən asılı olmayaraq
həmişə dəqiq surətdə bu Əsasnaməyə
əlavə edilən rəngli və ya ağ-qara
təsvirə uyğun gəlməlidir.*
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
2 iyul 2002-ci il tarixli 356-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 8, maddə 463)
2.
24 dekabr 2004-cü il tarixli 815-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 2, maddə 61)
3.
3 mart 2006-cı il tarixli 82-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il. ¹ 3, maddə 225)
4.
5
mart 2010-cu il tarixli 972-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 17 aprel 2010-cu il,
¹ 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, ¹ 04, maddə 276)
5.
19 aprel 2013-cü il tarixli 614-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 19 may 2013-cü il, ¹ 108,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü
il, ¹ 05, maddə 463)
6.
19
fevral 2019-cu il tarixli 1511-VQ nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 16 aprel 2019-cu il, ¹ 81,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
4, maddə 574)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
* Bax: Azərbaycan
Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, ¹ 1,
maddə 23 («Azərbaycan Respublikasının Dövlət gerbi haqqında»
Azərbaycan Respublikasının Konstitusiya Qanunu).
[1]
19
fevral 2019-cu il tarixli 1511-VQ nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 16 aprel 2019-cu il, ¹ 81,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
4, maddə 574) ilə 1-ci maddə
ləğv edilmişdir.
[2]
24 dekabr 2004-cü il tarixli 815-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 2, maddə
61) ilə 4-cü
maddəsinin "q)" bəndindən "və lotereya biletlərində"
sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada
deyilirdi:
q)Azərbaycan
Respublikası Milli Bankının biletlərində və metal
pul vahidlərində, Azərbaycan Respublikasının
qiymətli kağızlarında, dövlət istiqraz
vərəqələrində və lotereya biletlərində;
3
mart 2006-cı il tarixli 82-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il. ¹ 3, maddə 225) ilə 4-cü maddəsinin
"q)" bəndində
"biletlərində və
metal pul vahidlərində " sözləri "buraxıldığı
kağız və metal pul
nişanlarında"
sözləri ilə əvəz edilmişdir.
5 mart 2010-cu il
tarixli 972-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 17 aprel 2010-cu il,
¹ 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, ¹ 04, maddə 276) ilə təsdiq edilmiş
Azərbaycan Respublikasının Dövlət gerbi haqqında
Əsasnamənin 4-cü maddəsinin q) bəndində Milli
Bankının sözləri Mərkəzi
Bankının sözləri ilə əvəz
edilmişdir.
[3]
19 aprel 2013-cü il tarixli 614-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 19 may
2013-cü il, ¹ 108, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 05, maddə 463) ilə
təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət
gerbi haqqında Əsasnamənin 4-cü maddəsinin ğ
bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
ğ)
Azərbaycan Respublikası vətəndaşının
pasportunda; Azərbaycan Respublikası vətəndaşına
verilən diplomatik və başqa xarici pasportlarda;
[4] 2 iyul 2002-ci il tarixli 356-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 8, maddə 463) ilə 4-cü
maddəyə "ə)"
bəndi əlavə edilmişdir.