Azərbaycan
Respublikasının Dövlət himni haqqında
Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan
Respublikasının Dövlət himni haqqında
Əsasnamə (əlavə olunur) təsdiq edilsin.[1]
2. Azərbaycan
SSR Ali Soveti Rəyasət heyətinin 1984-cü il 12 sentyabr
tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin
Məlumatı, 1984-cü il, ¹ 17, maddə 152) ilə təsdiq
edilmiş Azərbaycan Sovet Sosialist Respublikasının
Dövlət himni haqqında Əsasnamə qüvvədən
düşmüş sayılsın.
3. Bu
Qanun imzalandığı andan qüvvəyə minir.
Azərbaycan
Respublikasının Prezidenti
Əbülfəz
ELÇİBƏY.
Bakı şəhəri, 2 mart 1993-cü
il
¹ 525.
|
Azərbaycan
Respublikasının Dövlət himni haqqında
ƏSASNAMƏ
1. Azərbaycan
Respublikasının Dövlət himni Azərbaycan
dövlətinin, onun müstəqilliyinin və birliyinin
müqəddəs rəmzidir.
Azərbaycan
Respublikasının Dövlət himninə dərin ehtiram
bəsləmək onun hər bir vətəndaşının
vətənpərvərlik borcudur.
2. Azərbaycan
Respublikasının Dövlət himni aşağıdakı
hallarda ifa olunur:
a)
Azərbaycan Respublikası Milli Məclisinin
sessiyalarının başlanması və qurtarması
zamanı;
b) Azərbaycan Respublikasının
Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin
iclaslarına gəldiyi zaman; [2]
v) dövlət
bayramlarına həsr olunmuş təntənəli
yığıncaqların və iclasların
açılışı və bağlanışı
zamanı;
q) hər
gün Azərbaycan Respublikası milli televiziya və radio
verilişlərinin əvvəlində və axırında;
ğ) Azərbaycan
xalqının və dövlətinin həyatında çox
mühüm tarixi hadisələr münasibətilə,
Azərbaycanın görkəmli siyasi, dövlət, hərbi
xadimlərinin, milli qəhrəmanlarının, elm,
ədəbiyyat və incəsənət xadimlərinin
şərəfinə abidələrin və
lövhələrin açılışı zamanı;
d) dövlət
və ictimai orqanlar, müəssisələr, idarələr
və təşkilatlar tərəfindən keçirilən
mərasimlər və digər təntənəli
tədbirlər zamanı Azərbaycan Respublikasının
Dövlət bayrağı qaldırılarkən;
e) Azərbaycan Respublikasına
rəsmi görüşə kələn xarici
ölkələrin dövlət və hökumət
başçıları qarşılanarkən və yola
salınarkən müvafiq ölkənin Dövlət himni
ifa olunduqdan sonra.
Azərbaycan
Respublikasının qanunvericiliyində Azərbaycan
Respublikası Dövlət himni hökmən ifa olunduğu
başqa hallar da nəzərdə tutula bilər.
3. Azərbaycan
Respublikasının Dövlət himni orkestr, xor, orkestr-xor
tərəfindən, yaxud başqa vokal üsulla və
alətlər vasitəsilə ifa olunur. Bunun üçün
səsyazma vasitələrindən də istifadə edilə
bilər.
Bütün hallarda Azərbaycan
Respublikasının Dövlət himni tam ifa olunur.
4. Azərbaycan
Respublikasının Dövlət himni Azərbaycan
Respublikasının Dövlət himni haqqında Azərbaycan
Respublikasının 1992-ci il 27 may tarixli Qanunu ilə təsdiq
edilmiş mətnə və musiqi redaksiyasına tam müvafiq
surətdə ifa olunmalıdır.
5. Azərbaycan
Respublikasının Dövlət himni camaat
qarşısında ifa olunarkən oradakılar himni ayaq
üstə dinləməli və ya oxumalıdırlar.
6. Hərbi
hissələrdə, hərbi gəmilərdə, daxili
işlər, sərhəd xidməti, dövlət
təhlükəsizliyi və xarici kəşfiyyat
orqanlarında Azərbaycan Respublikası Dövlət himninin
ifa olunması, habelə himn ifa edilərkən hərbi
qulluqçuların, daxili işlər, dövlət
təhlükəsizliyi və xarici kəşfiyyat
orqanlarının sıravi və rəis heyətinə aid
şəxslərin əsgəri rəsm-təzim etməsi
hərbi nizamnamələrlə və müvafiq icra
hakimiyyəti orqanları tərəfindən
müəyyən edilən qaydalarla tənzimlənir. [3]
7. Azərbaycan
Respublikası Dövlət himninin musiqisi və mətni
əlifba kitabının birinci səhifəsində dərc
olunur.
Ümumtəhsil
məktəblərində, texniki peşə, orta ixtisas
məktəblərində, ali məktəblərdə və
başqa tədris müəssisələrində yeni dərs
ilinin birinci dərsi Azərbaycan Respublikasının
Dövlət himninin öyrənilməsinə və
ifasına həsr edilir.
8. Respublika
və beynəlxalq idman yarışları
keçirilərkən Azərbaycan Respublikası
Dövlət himninin ifa olunması qaydası respublika və
beynəlxalq idman təşkilatlarının mövcud
praktikası nəzərə alınmaqla müəyyən
edilir.
9. Respublika
idarələri və təşkilatları xarici
dövlətlərin ərazisində təntənəli
tədbirlər keçirərkən Azərbaycan
Respublikasının Dövlət himni müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydalara müvafiq
surətdə, onların olduqları ölkənin
praktikası və yerli adətləri nəzərə almaqla
ifa edilir. [4]
10. Azərbaycan
Respublikası Dövlət himninin daxili işlər,
sərhəd xidməti, dövlət təhlükəsizliyi və
xarici kəşfiyyat orqanlarında, tədris
müəssisələrində, idman yarışları
zamanı, habelə Azərbaycan Respublikasının
idarələri və təşkilatları
tərəfindən xarici dövlətlərin
ərazisində tədbirlər keçirilərkən ifa
olunması qaydaları bu Əsasnamənin tələbləri
əsas götürülməklə müəyyən edilir. [5]
11. Bu
Əsasnamənin dəqiq yerinə yetirilməsinə
nəzarət etmək dövlət orqanlarının,
müəssisələrin, idarələrin,
təşkilatların, siyasi partiyaların, ictimai
birliklərin, həmkarlar ittifaqlarının və digər
ictimai qurumların rəhbərlərinə həvalə
olunur.
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1. 7 mart 2000-ci il tarixli 818-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 6, maddə 380)
2. 5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 4, maddə 199)
3. 7 aprel 2017-ci il tarixli 556-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 19 may 2017-ci il, ¹ 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə 687)
4. 19 fevral 2019-cu il tarixli 1512-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 16 aprel 2019-cu il, ¹ 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 4, maddə 575)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 19
fevral 2019-cu il tarixli 1512-VQ
nömrəli
Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan qəzeti, 16 aprel
2019-cu il, ¹ 81,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
4, maddə 575) ilə 1-ci maddə ləğv edilmişdir.
[2] 7 mart 2000-ci il tarixli 818-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 6, maddə 380) ilə 2-ci maddəyə a və b bəndləri əlavə edilmişdir. «a», «b», «v», «q» və «ğ» bəndləri müvafiq olaraq «v», «q», «ğ», «d» və «e» bəndləri hesab edilməlidir.
[3] 5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 4, maddə 199) ilə 6-cı bənddə "Azərbaycan Respublikasının müdafiə naziri, daxili işlər naziri və milli təhlükəsizlik naziri" sözləri "müvafiq icra hakimiyyəti orqanları" sözləri ilə əvəz edilmişdir.
5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 4, maddə 199) ilə 6-cı bənddə "daxili işlər" sözlərindən sonra ", sərhəd xidməti" sözləri əlavə edilmişdir.
7 aprel 2017-ci il tarixli 556-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 19 may 2017-ci il, ¹ 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə 687) ilə Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamənin 6-cı maddəsində hər iki halda və 10-cu maddəsində və milli təhlükəsizlik sözləri , dövlət təhlükəsizliyi və xarici kəşfiyyat sözləri ilə əvəz edilmişdir.
[4] 5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 4, maddə 199) ilə 9-cu bənddə
"Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin" sözləri "müvafiq icra hakimiyyəti
orqanının" sözləri ilə əvəz edilmişdir.
[5] 5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 4, maddə 199) ilə 10-cu bənddə "daxili işlər" sözlərindən sonra ", sərhəd xidməti" sözləri əlavə edilmişdir.