Dövlət orqanlarında dövlət
qulluqçularına ixtisas dərəcələrinin
verilməsi Qaydalarının təsdiq edilməsi
barədə
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN FƏRMANI
Dövlət qulluğu haqqında Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə əlaqədar qərara
alıram:
1. Dövlət
orqanlarında dövlət qulluqçularına ixtisas
dərəcələrinin verilməsi Qaydaları təsdiq
edilsin (əlavə olunur).[1]
2. Bu Fərman 2001-ci il
sentyabrın 1-dən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 sentyabr 2001-ci il
¹ 569
|
Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il
3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR |
Dövlət orqanlarında dövlət
qulluqçularına ixtisas dərəcələrinin
verilməsi
QAYDALARI
1. Bu Qaydalar dövlət orqanlarında
dövlət qulluqçularına ixtisas
dərəcələrinin verilməsi, artırılması,
saxlanılması, rəsmiləşdirilməsi
qaydalarını və ixtisas dərəcələrinə
görə ödənilən əlavə haqların
məbləğlərini müəyyən edir.[2]
2. Dövlət qulluqçusuna
ixtisas dərəcəsi Azərbaycan Respublikasının Konstitusiyası,
Dövlət qulluğu haqqında Azərbaycan
Respublikasının Qanunu və digər qanunvericilik aktları
ilə müəyyənləşdirilmiş
şərtlər nəzərə alınmaqla, bu Qaydalara
uyğun olaraq verilir.
3. Dövlət qulluqçusunun
ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir,
vəzifə maaşına əlavə haqq almaq və sosial
təminatlardan istifadə etmək, habelə Dövlət
qulluğu haqqında Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş hallarda dövlət
qulluqçusuna inzibati vəzifə tutmaq hüququ verir.[3]
4. Dövlət qulluğunda inzibati vəzifəni tutan
dövlət qulluqçularına inzibati vəzifələrin
təsnifatına uyğun olaraq ixtisas dərəcələri
verilir. İxtisas
dərəcələri dövlət qulluqçusunun
tutduğu vəzifəyə, qulluq stajına və ixtisas
dərəcəsində qulluq müddətinə uyğun
olaraq, habelə əvvəllər verilmiş ixtisas
dərəcəsi nəzərə alınmaqla ardıcıl
verilir. Dövlət
qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək
dövlət, sovet və partiya orqanlarında iş
müddəti də daxil edilir.[4]
5. Dövlət qulluqçusuna ixtisas
dərəcələri aşağıdakı
səlahiyyətli şəxslər tərəfindən
verilir:
5.1. 3-cü dərəcə dövlət
müşaviri və ondan yuxarı olan ixtisas
dərəcələri
Azərbaycan Respublikasının Prezidenti;
5.2. dövlət qulluğunun baş müşaviri
və ondan aşağı olan ixtisas dərəcələri müvafiq dövlət
orqanının rəhbəri.[5]
6. Dövlət qulluqçusuna ixtisas
dərəcəsi onun peşəkarlığı və
idarəçilik təcrübəsi nəzərə
alınaraq verilir.[6]
6-1. İnzibati vəzifələrin ali
təsnifatı istisna olmaqla, birinci ikinci təsnifat inzibati
vəzifələri tutan dövlət qulluqçusunun
həmin təsnifat üzrə ixtisas dərəcəsi
alması üçün dövlət qulluğunda azı 5
il qulluq stajı, həmin təsnifatlara daxil olan
vəzifələrdə azı 3 il qulluq stajı
olmalıdır.
[7]
6-2. Bu Qaydaların 6-1-ci hissəsi
ilə müəyyən edilmiş tələblərə
cavab verməyən dövlət qulluqçusuna, habelə
təyin olunduğu inzibati vəzifənin təsnifatına
uyğun ixtisas dərəcəsinə malik olmayan
dövlət qulluqçusuna tutduğu vəzifənin inzibati
təsnifatı üçün müəyyən edilmiş
ən kiçik ixtisas dərəcəsi verilir.
6-3. Dövlət qulluqçusuna daha
yüksək (növbəti) ixtisas dərəcəsi bu
Qaydalara əsasən onun ixtisas dərəcəsi tutduğu
vəzifəyə uyğun gəldikdə və ixtisas
dərəcəsində qulluq müddəti nəzərə
alınmaqla verilir.
6-4. Müvafiq inzibati və
yardımçı vəzifələr üçün
müəyyən edilmiş ixtisas dərəcələri
çərçivəsində növbəti ixtisas dərəcəsi
almaq üçün aşağıdakılar tələb
olunur:
6-4.1. üçüncü beşinci
təsnifat inzibati vəzifələr üçün ixtisas
dərəcəsində qulluq müddəti 3 il təşkil
etməlidir;
6-4.2. altıncı yeddinci təsnifat
inzibati vəzifələr üçün ixtisas
dərəcəsində qulluq müddəti 2 il təşkil
etməlidir;
6-4.3. birinci ikinci təsnifat
yardımçı vəzifələr üçün
ixtisas dərəcəsində qulluq müddəti
ardıcıl olaraq 2 il təşkil etməlidir;
6-4.4. üçüncü dördüncü
təsnifat yardımçı vəzifələr
üçün ixtisas dərəcəsində qulluq
müddəti ardıcıl olaraq 1 il təşkil
etməlidir.
7. Dövlət qulluqçusuna ilk dəfə ixtisas
dərəcəsi inzibati vəzifələrin ali dördüncü
təsnifatına uyğun olan müvafiq
vəzifələrə təyin edildikdə və beşinci yeddinci
təsnifatına uyğun olan vəzifələrə sınaq
müddəti bitdikdən sonra daimi dövlət qulluğuna qəbul edildikdə yardımçı vəzifə
iddiasında olanlar isə müvafiq vəzifəyə
təyin edildikdə verilir.[8]
8. Dövlət qulluqçusuna bu
Qaydaların 6-1 6-4-cü hissələrində
müəyyən edilmiş tələblər
nəzərə alınmadan daha yüksək (növbəti)
ixtisas dərəcəsi aşağıdakı hallarda
verilə bilər:
[9]
8.1. xidməti fəaliyyətin
qiymətləndirilməsinin nəticəsinə uyğun
olaraq qulluq funksiyalarını nümunəvi icra etdiyinə
və işindəki yüksək nailiyyətlərinə
görə;
8.2. yuxarı təsnifat dövlət
qulluğu vəzifəsinə təyin edildikdə.
8-1. Bu Qaydaların 8-ci hissəsində
nəzərdə tutulmuş qaydada dövlət
qulluqçusuna vaxtından əvvəl ixtisas
dərəcəsi onun malik olduğu ixtisas
dərəcəsində qulluq müddətinin ən azı
yarısı keçdikdən sonra verilə bilər. [10]
8-2. Xidməti fəaliyyətin
qiymətləndirilməsinin nəticəsinə əsasən
vaxtından əvvəl daha yüksək (növbəti)
ixtisas dərəcəsinin verilməsinə dövlət
qulluqçusunun dövlət qulluğunda qulluq etdiyi
müddətdə yalnız bir dəfə yol verilir.
8-3. Yuxarı təsnifat dövlət
qulluğu vəzifəsinə təyin edildiyi halda
dövlət qulluqçusuna vaxtından əvvəl daha
yüksək (növbəti) ixtisas dərəcəsi
dövlət qulluqçusunun tutduğu inzibati
vəzifədən bir təsnifat yuxarı inzibati
vəzifəyə təyin edildiyi hallarda verilə bilər.
8-4. Dövlət qulluqçularına ixtisas
dərəcələri verilərkən onların xüsusi,
hərbi və diplomatik rütbələri nəzərə
alınır.
9. Dövlət qulluğunun kiçik
referentindən dövlət
qulluğunun baş müşavirinədək ixtisas
dərəcələri dövlət qulluqçusunun
şəxsi ərizəsi əsasında verilir.
Ərizəyə ixtisas dərəcəsi xahiş edilən
ixtisas dərəcəsindən aşağı olmayan iki
dövlət qulluqçusunun zəmanətləri, habelə
iddiaçıların təhsilini təsdiq edən
sənədlər və onun xidməti vərəqəsi
əlavə edilir.[11]
10. Dövlət qulluqçusuna bu Qaydaların 5.2-ci
bəndində nəzərdə tutulan ixtisas
dərəcəsinin verilməsi dövlət
orqanının rəhbərinin əmri ilə
rəsmiləşdirilir və bu barədə dövlət
qulluqçusunun əmək kitabçasında, şəxsi
işində və xidməti vəsiqəsində müvafiq qeydlər
edilir.[12]
11. 3-cü dərəcə dövlət
müşaviri və ondan yuxarı olan ixtisas
dərəcələri Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq verilir. Bu ixtisas dərəcələrini alan dövlət
qulluqçusuna müvafiq hüquqi akt və vəsiqə
verilir. [13]
12. İxtisas
dərəcələrinin verildiyi gündən başlayaraq
dövlət qulluqçusuna hər ay aşağıdakı
məbləğdə (manatla) vəzifə maaşına
ixtisas dərəcələrinə görə əlavə
haqq ödənilir:[14]
1. |
Həqiqi dövlət müşaviri |
200 |
2. |
1-ci dərəcə dövlət
müşaviri |
180 |
3. |
2-ci dərəcə dövlət
müşaviri |
160 |
4. |
3-cü dərəcə dövlət
müşaviri |
145 |
5. |
Dövlət qulluğunun baş
müşaviri |
130 |
6. |
Dövlət qulluğunun
müşaviri |
115 |
7. |
Dövlət qulluğunun kiçik
müşaviri |
100 |
8. |
1-ci dərəcə dövlət
qulluqçusu |
80 |
9. |
2-ci dərəcə dövlət
qulluqçusu |
65 |
10. |
3-cü dərəcə dövlət
qulluqçusu |
55 |
11. |
Kiçik dövlət qulluqçusu |
45 |
12. |
Dövlət qulluğunun baş
referenti |
40 |
13. |
Dövlət qulluğunun böyük
referenti |
35 |
14. |
Dövlət qulluğunun 1-ci
dərəcə referenti |
30 |
15. |
Dövlət qulluğunun 2-ci
dərəcə referenti |
25 |
16. |
Dövlət qulluğunun 3-cü
dərəcə referenti |
20 |
17. |
Dövlət qulluğunun kiçik
referenti |
15. |
13. Dövlət qulluqçusuna ixtisas
dərəcəsinə görə əlavə haqqın
ödənişi onun qulluq
keçdiyi dövlət orqanı üçün
dövlət büdcəsində nəzərdə tutulmuş
əmək ödənişi fondu hesabına həyata
keçirilir. Bu məqsədlə hər il növbəti il
üçün dövlət büdcəsinin layihəsi
hazırlanarkən, bu orqanlarda dövlət
qulluqçuları üçün müəyyən
olunmuş aylıq əmək haqqı fondunun (vəzifə
maaşına əlavələr istisna olunmaqla) 2 misli
həcmində əlavə vəsaitlər nəzərdə
tutulur.[15]
13-1. Dövlət qulluqçusunun Azərbaycan
Respublikası vətəndaşlığına xitam
verildikdə dövlət qulluqçusu ona verilmiş ixtisas
dərəcəsindən məhrum edilir.[16]
14. Bu Qaydaların 13-1-ci hissəsində
nəzərdə tutulan hal istisna olmaqla, dövlət
qulluğuna xitam verildiyi digər hallarda dövlət
qulluqçusu ona verilmiş ixtisas dərəcəsini
saxlayır.[17]
15. Dövlət qulluğu haqqında Azərbaycan
Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən
intizam tənbehi qaydasında dövlət qulluqçusunun
ixtisas dərəcəsi (bu Qaydaların 11-ci hissəsinə
uyğun olaraq verilmiş ixtisas dərəcələri istisna
olmaqla) bir pillə aşağı salına bilər.
İntizam tənbehinin tətbiqi qaydasında dövlət
qulluqçusunun ixtisas dərəcəsi təqvim ili
ərzində yalnız bir dəfə aşağı salına
bilər. Bu qaydada aşağı salınmış ixtisas
dərəcəsində qulluq müddəti həmin intizam
tənbehinin verilməsi haqqında əmrin
imzalandığı gündən hesablanır.[18]
15-1. İxtisas dərəcəsinin verilməsi,
aşağı salınması və ixtisas
dərəcəsindən məhrumetmə tətbiq
olunarkən dövlət qulluqçusunun əmək kitabçasında
və şəxsi işində müvafiq qeydlər edilir.[19]
16. Dövlət
qulluqçularına bu Qaydaların 5.2-ci bəndində
nəzərdə tutulan ixtisas dərəcələrinin verilməsi ilə
əlaqədar mübahisələrə, ilk
növbədə, ixtisas dərəcəsini verən
müvafiq dövlət
orqanında, həmin orqanın və ya dövlət
qulluqçusunun müraciəti əsasında Azərbaycan
Respublikasının Dövlət Qulluğunu
İdarəetmə Şurasında və ya bilavasitə
məhkəmədə baxılır.[20]
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 4 avqust 2003-cü il tarixli 912
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 8,
maddə 441)
2. 16 noyabr 2005-ci il tarixli 314 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 11, maddə 1009)
3. 24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
qəzeti, 26 iyun 2009-cu il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 06, maddə
419)
4. 15 mart 2010-cu il tarixli 232 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (Azərbaycan
qəzeti 17 mart 2010-cu il, ¹ 60, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 3, maddə
183)
5. 2 dekabr 2013-cü il tarixli 39 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2013-cü il, ¹ 12, maddə 1506)
6. 11 fevral 2015-ci il tarixli 458 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 12 fevral 2015-ci il, ¹ 33, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə
120)
7. 26 dekabr 2020-ci il tarixli 1218 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 30 dekabr 2020-ci il, ¹ 276)
FƏRMANA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1]
4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 8, maddə 441) ilə Fərmanın
adında və 1-ci bəndində "İcra hakimiyyəti" sözləri "Dövlət" sözü
ilə əvəz edilmişdir.
[2] 4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 8, maddə 441) ilə Dövlət orqanlarında dövlət
qulluqçularına ixtisas dərəcələrinin
verilməsi qaydalarının adında, 1-ci bəndində "İcra
hakimiyyəti" sözləri "Dövlət" sözü ilə əvəz edilmişdir.
[3] 24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 26 iyun 2009-cu il, ¹ 137,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹
06, maddə 419) ilə Dövlət orqanlarında
dövlət qulluqçularına ixtisas
dərəcələrinin verilməsi Qaydalarının
3-cü bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3. Dövlət qulluqçusunun ixtisas
dərəcəsi onun ixtisas səviyyəsini göstərir,
onun tuta bildiyi dövlət qulluğu növlərinin və
dövlət vəzifələrinin təsnifat
siyahısını müəyyənləşdirir,
dövlət qulluqçusuna vəzifə maaşına
əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək
hüququ verir.
[4] 4 avqust 2003-cü il
tarixli 912 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 8, maddə 441) ilə Dövlət orqanlarında
dövlət qulluqçularına ixtisas
dərəcələrinin verilməsi qaydalarının 4-cü
bəndindən "inzibati"
sözü çıxarılmış və bəndə
üçüncü cümlə əlavə edilmişdir.
24 iyun 2009-cu il tarixli 107 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 26 iyun
2009-cu il, ¹ 137, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹ 06, maddə 419) ilə Dövlət
orqanlarında dövlət qulluqçularına ixtisas
dərəcələrinin verilməsi Qaydalarının ilə 4-cü bəndin ikinci
cümləsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
İxtisas dərəcəsi
dövlət qulluqçusunun ixtisasına, tutduğu
vəzifəyə və qulluq stajına uyğun olaraq,
habelə əvvəllər verilmiş dərəcə nəzərə
alınmaqla ardıcıl qaydada verilir.
[5] 4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 8, maddə 441) ilə Dövlət orqanlarında dövlət
qulluqçularına ixtisas dərəcələrinin
verilməsi qaydalarının 5.2-ci bəndində "İcra hakimiyyəti"
sözləri "Dövlət" sözü
ilə əvəz edilmişdir.
[6] 2 dekabr 2013-cü il tarixli
39 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 12, maddə 1506) ilə 6-cı
hissənin birinci bəndində birinci
təsnifatı istisna olmaqla, ikinci üçüncü sözləri "ali təsnifatı istisna olmaqla, birinci
ikinci sözləri
ilə əvəz edilmişdir.
2 dekabr 2013-cü il tarixli 39 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 12, maddə 1506) ilə 6-cı
hissənin ikinci bəndində dördüncü
yeddinci"
sözləri "üçüncü
altıncı
sözləri ilə əvəz
edilmişdir.
2 dekabr 2013-cü il tarixli 39 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 12, maddə 1506) ilə 6-cı
hissənin altıncı bəndinin birinci
yarımbəndində dördüncü
altıncı
sözləri üçüncü
beşinci"
sözləri ilə əvəz
edilmişdir.
2 dekabr 2013-cü il tarixli 39 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 12, maddə 1506) ilə 6-cı
hissənin altıncı bəndinin ikinci
yarımbəndində yeddinci
doqquzuncu sözləri altıncı yeddinci sözləri ilə
əvəz edilmişdir.
2 dekabr 2013-cü il tarixli 39 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 12, maddə 1506) ilə 6-cı
hissənin yeddinci bəndinin birinci yarımbəndində birinci üçüncü sözləri birinci ikinci sözləri ilə əvəz edilmişdir.
2 dekabr 2013-cü il tarixli 39
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2013-cü il, ¹ 12, maddə 1506) ilə 6-cı hissənin yeddinci
bəndinin ikinci yarımbəndində "dördüncü
altıncı" sözləri "üçüncü
dördüncü" sözləri ilə əvəz edilmişdir.
26 dekabr 2020-ci il tarixli 1218
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
qəzeti, 30 dekabr 2020-ci il, ¹ 276) ilə 6-cı
hissə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada
deyilirdi:
6. İnzibati vəzifələrin ali təsnifatı
istisna olmaqla, birinci ikinci təsnifat inzibati
vəzifələri tutan dövlət qulluqçusunun
həmin təsnifat üzrə ixtisas dərəcəsi
alması üçün dövlət qulluğunda azı 10
il qulluq stajı, həmin təsnifatlara daxil olan vəzifələrdə
azı 3 il qulluq stajı olmalıdır.
İnzibati vəzifələrin üçüncü
altıncı təsnifat vəzifələri tutan
dövlət qulluqçusunun həmin təsnifat üzrə
daha yüksək (növbəti) ixtisas dərəcəsi
alması üçün müvafiq vəzifə də daxil
olmaqla, həmin təsnifata daxil olan vəzifələrdə
azı 4 il qulluq stajı olmalıdır.
Bu bəndin birinci və ikinci abzaslarında
müəyyən edilmiş hər hansı tələbə
cavab verməyən dövlət qulluqçusuna tutduğu
vəzifənin inzibati təsnifatı üçün
müəyyən edilmiş ən kiçik ixtisas
dərəcəsi verilir.
İxtisas dərəcəsi verilərkən
dövlət qulluqçusunun peşəkarlığı
və idarəçilik təcrübəsi nəzərə
alınır.
Bu bəndin ikinci abzasında müvafiq vəzifə
dedikdə, dövlət qulluqçusunun hazırda
dövlət qulluğu keçdiyi dövlət orqanında
tutduğu dövlət qulluğu vəzifəsi
nəzərdə tutulur.
Müvafiq inzibati vəzifələr üçün
müəyyən edilmiş ixtisas dərəcələri
çərçivəsində növbəti ixtisas
dərəcəsi almaq üçün
aşağıdakılar vacibdir:
üçüncü beşinci təsnifat
vəzifələri üçün ixtisas
dərəcəsində qulluq müddəti 3 il təşkil
etməlidir;
altıncı yeddinci təsnifat vəzifələri
üçün ixtisas dərəcəsində qulluq
müddəti 2 il təşkil etməlidir.
Müvafiq yardımçı vəzifələr
üçün müəyyən edilmiş ixtisas
dərəcələri çərçivəsində
növbəti ixtisas dərəcəsi almaq üçün
aşağıdakılar vacibdir:
birinci ikinci təsnifat vəzifələri
üçün ixtisas dərəcəsində qulluq
müddəti ardıcıl olaraq 2 il təşkil
etməlidir;
üçüncü dördüncü təsnifat
vəzifələri üçün ixtisas
dərəcəsində qulluq müddəti ardıcıl
olaraq 1 il təşkil etməlidir.
[7] 26 dekabr 2020-ci il tarixli 1218
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
qəzeti, 30 dekabr 2020-ci il, ¹ 276) ilə yeni
məzmunda 6-1 6-4-cü hissələr əlavə
edilmişdir.
[8] 4 avqust 2003-cü il tarixli 912
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 8,
maddə 441) ilə
Dövlət orqanlarında dövlət qulluqçularına
ixtisas dərəcələrinin verilməsi
qaydalarının 7-ci bəndində "1-9" rəqəmləri "1-5" rəqəmləri, "10-14" rəqəmləri "6-9" rəqəmləri ilə əvəz edilsin
və "qulluğuna
götürüldükdə" sözlərindən
sonra "yardımçı
vəzifə iddiasında olanlar isə müvafiq
vəzifəyə təyin edildikdə" sözləri
əlavə edilmişdir.
[9] 4 avqust 2003-cü il tarixli 912
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 8,
maddə 441) ilə
Dövlət orqanlarında dövlət qulluqçularına
ixtisas dərəcələrinin verilməsi
qaydalarının 8-ci bəndində "Qaydaların 4-cü və 5-ci bəndlərində
müəyyən edilən qaydada" sözləri "Qaydalara əsasən"
sözləri ilə əvəz edilmişdir.
24 iyun 2009-cu il tarixli 107 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 26 iyun
2009-cu il, ¹ 137, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹ 06, maddə 419) ilə Dövlət
orqanlarında dövlət qulluqçularına ixtisas
dərəcələrinin verilməsi Qaydalarının 7-ci
bənddə götürüldükdə
sözü qəbul
edildikdə sözləri ilə əvəz edilmişdir.
2 dekabr 2013-cü il tarixli 39
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 12, maddə
1506) ilə 7-ci
hissədə "1 5-ci"
sözləri ali
dördüncü sözləri ilə, 6 9-cu sözləri beşinci
yeddinci sözləri ilə əvəz edilmişdir.
26 dekabr 2020-ci il tarixli 1218
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
qəzeti, 30 dekabr 2020-ci il, ¹ 276) ilə 8-ci
hissə yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
8. Dövlət
qulluqçusuna növbəti ixtisas dərəcəsi bu Qaydalara əsasən ixtisas
dərəcəsi tutduğu vəzifəyə uyğun
gəldikdə və ixtisas dərəcəsində qulluq müddəti
nəzərə alınmaqla verilir.
İxtisas
dərəcəsinin vaxtından əvvəl verilməsi
dövlət qulluqçusu daha yüksək təsnifat
üzrə vəzifəyə təyin edildikdə
mümkündür.
[10] 26 dekabr 2020-ci il tarixli 1218
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
qəzeti, 30 dekabr 2020-ci il, ¹ 276) ilə yeni
məzmunda 8-1 8-4-cü hissələr əlavə
edilmişdir.
[11] 4 avqust 2003-cü il tarixli 912
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 8,
maddə 441) ilə
Dövlət orqanlarında dövlət qulluqçularına
ixtisas dərəcələrinin verilməsi
qaydalarının 9-cu bəndində "dövlət qulluğu" sözləri "dövlət qulluğunun baş"
sözləri ilə əvəz edilmişdir.
24 iyun 2009-cu il tarixli 107 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 26 iyun
2009-cu il, ¹ 137, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹ 06, maddə 419) ilə Dövlət
orqanlarında dövlət qulluqçularına ixtisas
dərəcələrinin verilməsi Qaydalarının 9-cu
bənd çıxarılmışdır.
[12] 4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 8, maddə 441) ilə Dövlət orqanlarında dövlət
qulluqçularına ixtisas dərəcələrinin
verilməsi qaydalarının 10-cu bəndində "İcra
hakimiyyəti" sözləri "Dövlət" sözü ilə əvəz edilmişdir.
26 dekabr 2020-ci il tarixli 1218
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
qəzeti, 30 dekabr 2020-ci il, ¹ 276) ilə 10-cu
hissədən və bu
barədə dövlət qulluqçusunun əmək
kitabçasında, şəxsi işində və xidməti
vəsiqəsində müvafiq qeydlər edilir
sözləri çıxarılmışdır.
[13] 26 dekabr 2020-ci il tarixli 1218
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
qəzeti, 30 dekabr 2020-ci il, ¹ 276) ilə 11-ci
hissənin birinci cümlədə 24-cü və 32-ci bəndlərində
nəzərdə tutulmuş qaydada sözləri 32-ci bəndinə uyğun olaraq
sözləri ilə əvəz edilmişdir ikinci
cümlədə dərəcələri
sözü dərəcələrini
sözü ilə əvəz edilmişdir.
[14] 16 noyabr 2005-ci il tarixli 314 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005-ci il, ¹ 11, maddə 1009) ilə "Dövlət orqanlarında dövlət
qulluqçularına ixtisas
dərəcələrinin verilməsi Qaydaları"nın 12-ci bəndi yeni redaksiyada
verilmişdir.
4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 8, maddə 441) ilə Dövlət orqanlarında dövlət
qulluqçularına ixtisas dərəcələrinin
verilməsi qaydalarının 12-ci bəndi yeni redaksiyada
verilmişdir.
2 dekabr 2013-cü il tarixli 39 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2013-cü il, ¹ 12, maddə 1506) ilə 12-ci hissə yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
12.
İxtisas dərəcələrinin verildiyi gündən
başlayaraq dövlət qulluqçularına hər ay aşağıdakı
məbləğdə (manatla) vəzifə maaşına
ixtisas dərəcələrinə görə əlavə haqq ödənilir:
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
[15] 24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 26 iyun 2009-cu il, ¹ 137,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹
06, maddə 419) ilə Dövlət orqanlarında
dövlət qulluqçularına ixtisas
dərəcələrinin verilməsi Qaydalarının
13-cü bəndin birinci cümləsində işlədiyi sözü qulluq keçdiyi sözləri ilə əvəz
edilmişdir.
[16] 26 dekabr 2020-ci il tarixli 1218
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
qəzeti, 30 dekabr 2020-ci il, ¹ 276) ilə yeni
məzmunda 13-1-ci hissə əlavə edilmişdir.
[17] 4 avqust 2003-cü il tarixli 912
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 8,
maddə 441) ilə
Dövlət orqanlarında dövlət qulluqçularına
ixtisas dərəcələrinin verilməsi
qaydalarının 14-cü bəndi yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
14.
Başqa hakimiyyət qolunda dövlət qulluğunu
keçən dövlət qulluqçuları icra
hakimiyyəti orqanlarına dövlət qulluğuna
keçdikdə onlara əvvəllər verilmiş müvafiq
ixtisas dərəcəsi saxlanılır. Dövlət
qulluqçusu digər dövlət orqanına və ya
digər inzibati vəzifəyə keçirilərkən ona
əvvəllər verilmiş ixtisas dərəcəsi
saxlanılır. İstefada olan dövlət qulluqçusuna
ona verilmiş ixtisas dərəcəsini saxlayır.
24 iyun 2009-cu il tarixli 107 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 26 iyun
2009-cu il, ¹ 137, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹ 06, maddə 419) ilə Dövlət
orqanlarında dövlət qulluqçularına ixtisas
dərəcələrinin verilməsi Qaydalarının
14-cü bənddən ixtisas
dərəcəsindən məhrum edilməsi və
sözləri çıxarılsın, işdən azad edilməsi sözləri dövlət qulluğuna xitam
verilməsi sözləri ilə əvəz edilmişdir.
11 fevral 2015-ci il tarixli 458
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan qəzeti, 12 fevral 2015-ci il, ¹
33, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə
120) ilə Dövlət orqanlarında dövlət
qulluqçularına ixtisas dərəcələrinin
verilməsi Qaydalarının 14-cü bəndində vətəndaşlığından
çıxması sözləri vətəndaşlığına xitam verilməsi
sözləri ilə əvəz edilmişdir.
26 dekabr 2020-ci il tarixli 1218
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
qəzeti, 30 dekabr 2020-ci il, ¹ 276) ilə 14-cü
hissə yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
14. Dövlət qulluqçusunun ixtisas
dərəcəsindən məhrum edilməsi və
Azərbaycan Respublikası vətəndaşlığına
xitam verilməsi ilə əlaqədar dövlət
qulluğuna xitam verilməsi halları istisna olmaqla,
dövlət qulluğuna xitam verildiyi bütün hallarda dövlət
qulluqçusu ona verilmiş ixtisas dərəcəsini
saxlayır.
[18] 26 dekabr 2020-ci il tarixli 1218
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
qəzeti, 30 dekabr 2020-ci il, ¹ 276) ilə 15-ci
hissə yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
15.
Dövlət qulluqçusunun ixtisas dərəcəsinin
aşağı salınması və ixtisas
dərəcəsindən məhrum edilməsi
qanunvericiliklə nəzərdə tutulmuş hallarda həyata
keçirilir.
[19] 26 dekabr 2020-ci il tarixli 1218
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
qəzeti, 30 dekabr 2020-ci il, ¹ 276) ilə yeni
məzmunda 15-1-ci hissə əlavə edilmişdir.
[20] 4 avqust 2003-cü il tarixli 912 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 8,
maddə 441) ilə Dövlət orqanlarında dövlət
qulluqçularına ixtisas dərəcələrinin
verilməsi qaydalarının 16-cı bəndində
"İcra hakimiyyəti" sözləri
"Dövlət" sözü ilə əvəz
edilmişdir.
26 dekabr 2020-ci il tarixli 1218
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
qəzeti, 30 dekabr 2020-ci il, ¹ 276) ilə 16-cı
hissəyə Dövlət
qulluqçularına sözlərindən sonra bu Qaydaların 5.2-ci
bəndində nəzərdə tutulan sözləri
əlavə edilmişdir və həmin hissədən ilk növbədə sözləri
çıxarılmışdır.