Naxçıvan
Muxtar Respublikasının Konstitusiyasının təsdiq
edilməsi haqqında
Azərbaycan
Respublİkasının Konstİtusİya Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi qərara alır:
I. Naxçıvan Muxtar
Respublikasının Konstitusiyası təsdiq edilsin.
II. Bu Konstitusiya qanunu imzalandığı
gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Prezidenti Heydər ƏLİYEV
Bakı
şəhəri, 29 dekabr 1998-ci il
¹ 603-IKQ
NaxçIvan Muxtar Respublİkasının
Konstİtusİyası
Naxçıvanın muxtariyyətinin əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə qoyulmuşdur. Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilmişdir.[1]
Naxçıvan 1921-ci il martın 16-dan
başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist
Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan
diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar
Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən
isə Naxçıvan Muxtar Respublikası
adlandırılmışdır.
1926-cı ildə Naxçıvan Muxtar
Sovet Sosialist Respublikasının ilk, 1937-ci ildə ikinci,
1978-ci ildə üçüncü Konstitusiyası qəbul
edilmişdir.
Naxçıvan Muxtar Respublikasının
bu Konstitusiyasının əsasını Azərbaycan
Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq
səsverməsində referendumda qəbul edilən
Konstitusiyası təşkil edir.
Naxçıvan Muxtar Respublikasının
Azərbaycan Respublikası Konstitusiyası ilə üzvi
surətdə bağlı olan bu Konstitusiyası qəbul
edilərkən təntənəli surətdə
aşağıdakı niyyətlər bəyan edilir:
Azərbaycan dövlətinin
müstəqilliyini, suverenliyini və ərazi
bütövlüyünü qorumaq;
haqq-ədalətə, qanuna əsaslanaraq
Naxçıvan Muxtar Respublikasının əhalisinin layiqli
həyat səviyyəsini təmin etmək, güzəranını
yaxşılaşdırmaq;
Naxçıvan Muxtar Respublikasında
Konstitusiya çərçivəsində demokratik, hüquqi,
dünyəvi dövlət quruluşuna təminat vermək,
qanunun aliliyini qorumaq.
Yuxarıda göstərilən ülvi
niyyətlərlə bu Konstitusiya qəbul edilir.
I fəsil
Ümumİ
müddəalar
Maddə 1. Naxçıvan Muxtar Respublikasının
statusu
I. Naxçıvan Muxtar dövləti
Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi,
dünyəvi muxtar respublikadır.
II. Naxçıvan Muxtar
Respublikasının statusunu Azərbaycan Respublikasının
Konstitusiyası, 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr
1921-ci il tarixli Qars beynəlxalq müqavilələri
müəyyən edir.
Maddə 2. Muxtariyyatın əsasları
I. Naxçıvan Muxtar Respublikası
Azərbaycan Respublikasının Konstitusiyası ilə onun
səlahiyyətlərinə aid edilən
məsələlərin həllində müstəqildir.
II. Naxçıvan Muxtar
Respublikasının mənafeləri ilə bağlı olan
bütün digər məsələlər Naxçıvan
Muxtar Respublikası tərəfindən həll edilir, o
şərtlə ki, bu məsələlərin həlli
Azərbaycan Respublikasının dövlət
orqanlarının səlahiyyətlərinə aid edilməyib.
III. Naxçıvan Muxtar
Respublikasının səlahiyyətlərinə aid edilən
məsələlərin həllində o, Azərbaycan
Respublikasının ümumi mənafeləri ilə
bağlıdır.
Maddə 3. Hakimiyyətlərin bölünməsi
I. Naxçıvan Muxtar Respublikasında
dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi
prinsipi əsasında təşkil edilir:
qanunvericilik hakimiyyətini Naxçıvan
Muxtar Respublikasının Ali Məclisi həyata keçirir;
icra hakimiyyətini Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabineti həyata keçirir;
məhkəmə hakimiyyətini
Naxçıvan Muxtar Respublikasının
məhkəmələri həyata keçirir.
II. Bu Konstitusiyanın
müddəalarına əsasən qanunvericilik, icra və
məhkəmə hakimiyyətləri qarşılıqlı
fəaliyyət göstərirlər.
III. Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi Azərbaycan
Respublikasının Konstitusiyası, qanunları və bu
Konstitusiya ilə onun səlahiyyətlərinə aid edilən
məsələlərin həllində, Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabineti Azərbaycan
Respublikasının Konstitusiyası, qanunları və
Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə
onun səlahiyyətlərinə aid edilən
məsələlərin həllində, Naxçıvan Muxtar
Respublikası məhkəmələri isə Azərbaycan
Respublikası Konstitusiyası və qanunları ilə onun
səlahiyyətlərinə aid edilən
məsələlərin həllində
müstəqildirlər.
Maddə 4. Dövlət hakimiyyətinin mənimsənilməsinə
yol verilməməsi
I. Naxçıvan Muxtar Respublikasında
vətəndaşların heç bir hissəsi, sosial qrup,
təşkilat və ya heç bir şəxs hakimiyyətin
həyata keçirilməsi səlahiyyətini
mənimsəyə bilməz.
II. Hakimiyyətin mənimsənilməsi
xalqa qarşı ən ağır cinayətdir.
Maddə 5. Naxçıvan Muxtar Respublikasının ali
vəzifəli şəxsi
I. Naxçıvan Muxtar
Respublikasının ali vəzifəli şəxsi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədridir.
II. Bu Konstitusiya ilə müəyyən
olunan hallarda və qaydada Naxçıvan Muxtar Respublikasının
ali vəzifəli şəxsi həm qanunvericilik, həm icra
hakimiyyəti sahələrində aşağıdakı
səlahiyyətləri həyata keçirir:
1) Naxçıvan Muxtar Respublikası Ali
Məclisinə seçkiləri təyin edir;
2) Naxçıvan Muxtar Respublikası
dövlət hakimiyyət orqanlarının qarşılıqlı
fəaliyyətini təmin edir;
3) Naxçıvan Muxtar
Respublikasının qanunlarını imzalayır və
dərc edir;
4) Naxçıvan Muxtar
Respublikasının dövlət və ictimai siyasi
həyatının mühüm məsələləri
barədə Naxçıvan Muxtar Respublikası Ali
Məclisinə məlumat verir;
5) Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul
edir;
6) Naxçıvan Muxtar
Respublikasının dövlət büdcəsində icra
hakimiyyəti üçün nəzərdə tutulmuş
xərclər çərçivəsində mərkəzi
icra hakimiyyəti orqanlarını yaradır;
7) Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sessiyaları arasındakı dövrdə
Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi
ilə Naxçıvan Muxtar Respublikası Nazirlər
Kabinetinin tərkibinin fəaliyyətini təmin edir;
8) Naxçıvan Muxtar
Respublikasını xarici dövlətlərlə və
beynəlxalq təşkilatlarla, habelə başqa fiziki və
hüquqi şəxslərlə münasibətdə təmsil
edir;
9) Naxçıvan Muxtar
Respublikasının Ali Məhkəməsi, Naxçıvan
Muxtar Respublikasının İqtisad Məhkəməsi,
Naxçıvan Muxtar Respublikası ümumi və ixtisaslaşdırılmış
məhkəmələrin hakimlərinin vəzifəyə
təyin və vəzifədən azad edilməsinə dair
təkliflər verir; [2]
10) Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdimat verir;[3]
11) Naxçıvan
Muxtar Respublikasının yerli icra hakimiyyətləri başçılarının
vəzifəyə təyin və vəzifədən azad
edilməsinə dair Azərbaycan Respublikasının
Prezidentinə təqdimat verir;
12) ali xüsusi rütbələrin verilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir; [4]
13) Naxçıvan Muxtar Respublikası
prokurorunun, rayon, şəhər və
ixtisaslaşdırılmış prokurorlarının
vəzifəyə təyin və vəzifədən azad
olunmasına dair təkliflər verir;
14) Naxçıvan Muxtar Respublikasında
Azərbaycan Respublikasının hərbi doktrinasını
həyata keçirir, Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Naxçıvan Muxtar Respublikası
ərazisində yerləşmiş
birləşmələrinin komandan heyətləri haqqında
təklif verir;
15) vətəndaşlıq
məsələlərinə dair təklif verir;
16) əfv edilmə məsələlərinə
dair təklif verir;
17) Təhlükəsizlik
Şurasını təsis edir və ona rəhbərlik edir;
18) ümumi və qismən
səfərbərliyin həyata keçirilməsini təmin
edir;
19) vətəndaşların
müddətli hərbi xidmətə
çağırılmasının və müddətli
hərbi xidmətdən tərxis olunmuş hərbi
qulluqçuların sosial müdafiəsinin təmin
olunması tədbirlərinin həyata
keçirilməsinə yardım edir;
20) Azərbaycan Respublikasının
Prezidenti tərəfindən elan edilmiş fövqəladə
və hərbi vəziyyət rejiminin həyata
keçirilməsinə yardım edir, Naxçıvan Muxtar Respublikasında
fövqəladə və hərbi vəziyyət elan
olunması məsələsinə dair təklif verir;
21) Naxçıvan Muxtar Respublikasının fəxri adlarını təsis edir, Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltif edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təklif verir;[5]
22) Azərbaycan Respublikasının
Prezidenti tərəfindən Naxçıvan Muxtar
Respublikası ali vəzifəli şəxsinin
səlahiyyətlərinə aid edilmiş digər
məsələləri icra qaydasında həll edir.
III. Naxçıvan Muxtar Respublikasının
ali vəzifəli şəxsi Naxçıvan Muxtar
Respublikasının mənafeləri ilə bağlı
iqtisadi və mədəni məsələlərdə,
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası
ilə müəyyən edilmiş həddə və
Azərbaycan Respublikasının qanunları ilə
müəyyən olunmuş qaydada Azərbaycan
Respublikasının beynəlxalq münasibətlərində
Naxçıvan Muxtar Respublikasını təmsil edir.
IV. Naxçıvan Muxtar
Respublikasının ali vəzifəli şəxsi
Naxçıvan Muxtar Respublikasının
dövlətçiliyinin varisliyini təmin edir.
V. Bu Konstitusiya ilə onun səlahiyyətinə
aid edilən məsələlər üzrə
Naxçıvan Muxtar Respublikasının ali vəzifəli
şəxsi fərmanlar, başqa məsələlər
barəsində isə sərəncamlar qəbul edir.
Maddə 6. Ərazi
Naxçıvan Muxtar Respublikasının
ərazisi Azərbaycan Respublikasının dövlət
sərhədləri hüdudunda vahiddir, toxunulmazdır və
bölünməzdir.
Maddə 7. Əsas insan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsi
Azərbaycan Respublikasının
Konstitusiyasında təsbit edilmiş əsas insan və
vətəndaş hüquq və azadlıqlarının
qorunması, gözlənilməsi və Azərbaycan
Respublikası vətəndaşlarının
vəzifələrinin icrasını təmin etmək
Naxçıvan Muxtar Respublikasının dövlət
orqanlarının əsas vəzifəsidir.
Maddə 8. Naxçıvan Muxtar Respublikasında
vətəndaşların seçki hüququ[6]
I. Naxçıvan Muxtar
Respublikasının ərazisində daimi yaşayan
Azərbaycan Respublikasının vətəndaşları
seçmək və seçilmək hüququna malikdirlər.
II. Məhkəmələr
tərəfindən fəaliyyət qabiliyyətsizliyi
təsdiq olunmuş şəxslərin seçkilərdə
iştirak etmək hüququ yoxdur.
III.
Hərbi qulluqçuların, hakimlərin, dövlət
məmurlarının, din xadimlərinin, məhkəmənin
qanuni qüvvəyə minmiş hökmü ilə
azadlıqdan məhrum edilmiş şəxslərin, bu
Konstitusiyada və qanunda nəzərdə tutulan digər
şəxslərin seçilmək hüququ qanunla
məhdudlaşdırıla bilər.
Maddə 9. Paytaxt
Naxçıvan Muxtar Respublikasının
paytaxtı Naxçıvan şəhəridir.
Maddə 10. Naxçıvan muxtar dövlətinin
rəmzləri
Naxçıvan Muxtar Respublikasının
dövlət rəmzləri Azərbaycan Respublikasının
dövlət bayrağı, gerbi və Azərbaycan
Respublikasının dövlət himnidir.
II fəsil
Qanunverİcİlİk
hakİmİyyətİ
Maddə 11. Qanunvericilik hakimiyyətinin həyata
keçirilməsi
Naxçıvan Muxtar Respublikasında
qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi həyata keçirir.
Maddə 12. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin say tərkibi
Naxçıvan Muxtar Respublikasının
Ali Məclisi 45 deputatdan ibarətdir.
Maddə 13. Naxçıvan Muxtar Respublikası Ali
Məclisi deputatlarının seçkilərinin
əsasları
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin deputatları majoritar seçki sistemi, ümumi,
bərabər və birbaşa seçki hüququ
əsasında sərbəst, şəxsi və gizli səs
vermə yolu ilə seçilirlər.
Maddə 14. Naxçıvan Muxtar Respublikası Ali
Məclisi çağırışının
səlahiyyət müddəti
I. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin hər çağırışının
səlahiyyət müddəti 5 ildir.
II. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin hər çağırışının
seçkiləri hər beş ildən bir noyabr ayının
birinci bazar günü keçirilir.
III. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin deputatlarının səlahiyyət müddəti
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
çağırışının səlahiyyət
müddəti ilə məhdudlaşır.
IV. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin deputatlığından çıxanların
yerinə yeni seçkilər keçirilərsə, yeni
seçilən deputatın səlahiyyət müddəti
deputatlıqdan çıxanın qalan səlahiyyət
müddəti ilə məhdudlaşır.
Maddə 15. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin deputatlığına namizədlərə aid
tələblər
I. Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan hər bir Azərbaycan Respublikası vətəndaşı qanunla müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilə bilər.[7]
II. İkili vətəndaşlığı
olan, başqa dövlətlər qarşısında
öhdəliyi olan, icra və ya məhkəmə
hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji
və yaradıcılıq fəaliyyəti istisna olmaqla,
başqa ödənişli fəaliyyətlə
məşğul olan şəxslər, din xadimləri,
fəaliyyət qabiliyyətsizliyi məhkəmə
tərəfindən təsdiq edilən, ağır
cinayətlərə görə məhkum olunmuş
şəxslər, məhkəmənin qanunu qüvvəyə
minmiş hökmü ilə azadlıqdan məhrumetmə
yerlərində cəza çəkən şəxslər
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat
seçilə bilməzlər.
Maddə
16. Naxçıvan Muxtar Respublikası Ali
Məclisi deputatlarının seçkilərinin
nəticələrinin yoxlanılması və
təsdiqi
Seçkilərin nəticələrinin
düzgünlüyü qanunla müəyyən edilmiş qaydada
Naxçıvan Muxtar Respublikasının Ali
Məhkəməsi tərəfindən yoxlanılır və
təsdiq edilir.
Maddə 17. Naxçıvan Muxtar Respublikası Ali
Məclisi deputatlarının səlahiyyətinin bitməsi
I. Naxçıvan Muxtar Respublikası Ali
Məclisi deputatlarının səlahiyyətləri
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni
çağırışının ilk iclas günü
bitir.
II. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin səlahiyyət müddətinin bitməsinə
120 gündən az müddət qalarsa, Naxçıvan Muxtar
Respublikası Ali Məclisi deputatlığından
çıxanların yerinə seçkilər keçirilmir.
III. Naxçıvan Muxtar Respublikası Ali
Məclisi 31 deputatın səlahiyyətləri təsdiq
olunduqda səlahiyyətlidir.
Maddə 18. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sessiyaları
I. Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi hər il iki növbəti
sessiyaya yığılır.
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin 31 deputatının səlahiyyətləri
təsdiq edildikdən sonra Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin ilk iclası həmin gündən başlayaraq
bir həftədən gec olmayaraq çağırılır.
II. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin növbədənkənar sessiyaları
Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Respublikası
Milli Məclisi tərəfindən, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin 16 deputatının tələbi
əsasında və ya öz təşəbbüsü
ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri tərəfindən çağırılır.
III. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin növbədənkənar sessiyasının
gündəliyini müvafiq olaraq onun
çağırılmasını tələb edənlər
müəyyənləşdirir. Bu gündəlikdəki
məsələlərə baxıldıqdan sonra
növbədənkənar sessiyanın işi bitir.
IV. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyalarının iclasları açıq keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 deputatının tələbi ilə və ya Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər.[8]
Maddə
19. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin deputatlığından məhrumetmə və Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin deputatlarının
səlahiyyətlərinin itirilməsi
I. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin deputatı aşağıdakı hallarda
mandatından məhrum edilir:
1) seçkilər zamanı səslərin
düzgün hesablanmadığı aşkar olunduqda;
2) Azərbaycan Respublikası
vətəndaşlığından çıxdıqda
və ya başqa dövlətin
vətəndaşlığını qəbul etdikdə;
3) cinayət törətdikdə və
məhkəmənin qanunu qüvvəyə minmiş
hökmü olduqda;
4) icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq etdikdə, din xadimi olduqda, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olduqda;[9]
5) özü imtina etdikdə;
6) bu Konstitusiyanın 23-cü
maddəsinin III hissəsinin tələbini pozduqda;
7)
deputat üçün qanunla müəyyən edilmiş etik
davranış qaydalarını kobud surətdə pozduqda.[10]
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin deputatlığından məhrumetmə
haqqında qərar qanunla müəyyən edilmiş qaydada
qəbul edilir.
II. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin deputatları öz səlahiyyətlərini daimi
icra edə bilmədikdə və qanunda nəzərdə
tutulmuş digər hallarda onların səlahiyyətləri
itirilir. Bu haqda müvafiq qərarın qəbul edilmə
qaydası qanunla müəyyən edilir.
Maddə 20. Naxçıvan Muxtar Respublikası Ali
Məclisi deputatlarının toxunulmazlığı
I. Səlahiyyət müddəti
ərzində Naxçıvan Muxtar Respublikası Ali
Məclisi deputatının şəxsiyyəti Naxçıvan
Muxtar Respublikasında toxunulmazdır. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin deputatı səlahiyyət
müddəti ərzində cinayət başında yaxalanma
hallarından başqa, cinayət məsuliyyətinə
cəlb edilə bilməz, tutula bilməz, onun barəsində
məhkəmə qaydasında inzibati tənbeh
tədbirləri tətbiq edilə bilməz, axtarışa
məruz qala bilməz, şəxsi müayinə edilə
bilməz. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
deputatı cinayət başında yaxalanarsa, tutula bilər.
Belə olduqda, Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin deputatını tutan orqan bu barədə
dərhal Naxçıvan Muxtar Respublikası prokuroruna
xəbər verməlidir.
II. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin deputatının toxunulmazlığına
yalnız Naxçıvan Muxtar Respublikası prokurorunun
təqdimatına əsasən Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sadə səs çoxluğu
ilə qəbul edilmiş qərarı ilə xitam verilə
bilər.
Maddə 21. Naxçıvan Muxtar Respublikası Ali
Məclisi deputatının məsuliyyətə cəlb
olunmasına qoyulan qadağanlar
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin deputatları Naxçıvan Muxtar Respublikası
Ali Məclisindəki fəaliyyətinə,
səsverməyə və söylədiyi fikrə görə
məsuliyyətə cəlb oluna bilməzlər.
Razılığı olmadan onlardan bu hallarla əlaqədar
izahat, ifadə tələb edilə bilməz.
Maddə 22. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin işinin təşkili
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi öz iş qaydasını müəyyən edir və Ali Məclisin müvafiq orqanlarını yaradır, o cümlədən öz sədrini və onun müavinlərini seçir, komitələr və komissiyalar təşkil edir.[11]
Maddə 23. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin aktları
I. Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi öz
səlahiyyətlərinə aid məsələlər
üzrə qanunlar və qərarlar qəbul edir.
II. Naxçıvan Muxtar
Respublikasının Ali Məclisində qanunlar və
qərarlar Azərbaycan Respublikasının Konstitusiyası
və bu Konstitusiya ilə müəyyən edilmiş qaydada qəbul
edilir.
III. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin deputatları səsvermə hüququnu şəxsən
həyata keçirirlər.
IV. Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi Azərbaycan
Respublikasının Konstitusiyası və qanunları ilə
onun səlahiyyətlərinə aid edilən
məsələlərin həllində müstəqildir.
Maddə 24. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin müəyyən etdiyi ümumi qaydalar
I. Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi aşağıdakı
məsələlərə dair ümumi qaydalar
müəyyən edir:
1) Naxçıvan Muxtar Respublikası Ali
Məclisinə seçkilər;
2) Naxçıvan Muxtar Respublikası Ali
Məclisi deputatlarının statusu;
3) Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin statusu;[12]
4) Azərbaycan Respublikasının iqtisadi
və vergi siyasətinə uyğun olaraq vergilər;
5) Naxçıvan Muxtar Respublikası
iqtisadiyyatının inkişafı istiqamətləri;
6) sosial təminat;
7) ətraf mühitin qorunması;
8) turizm;
9) səhiyyə, elm və
mədəniyyət;
10) Azərbaycan Respublikası
Konstitusiyası və qanunları ilə onun
səlahiyyətinə aid edilən digər
məsələlər.
II. Bu maddədə göstərilən
məsələlərə dair Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi qanunlar qəbul edir.
Maddə 25. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin həll etdiyi məsələlər
I. Naxçıvan Muxtar Respublikasının
Ali Məclisi aşağıdakı məsələləri
həll edir:
1) Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin işinin təşkili;
2) Naxçıvan Muxtar
Respublikasının büdcəsinin təsdiqi;
3) Naxçıvan Muxtar
Respublikasının iqtisadi və sosial proqramlarının
təsdiqi;
4) Naxçıvan Muxtar Respublikası
Baş nazirinin vəzifəyə təyin edilməsi və
vəzifədən azad edilməsi;
5) Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin tərkibinin təsdiqi;
6) Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinə etimad;
7) Naxçıvan Muxtar Respublikası
ali vəzifəli şəxsinin təqdimatı ilə
Naxçıvan Muxtar Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin
seçilməsi;[13]
8) Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin təyin edilməsi; [14]
9) bu Konstitusiyada nəzərdə
tutulmuş hallarda Naxçıvan Muxtar Respublikası ali
vəzifəli şəxsinin fərmanlarının
təsdiqi;
10) Azərbaycan Respublikası
Konstitusiyası və qanunları ilə onun
səlahiyyətinə aid edilən digər
məsələlər.
II. Bu maddənin I hissəsinin 1-ci və 2-ci bəndlərində göstərilən məsələlərə dair qanunlar, qalan məsələlərə dair isə eyni qaydada qərarlar qəbul edilir.[15]
Maddə 26. Qanunvericilik
təşəbbüsü hüququ
I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə və Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna mənsubdur.[16]
II. Naxçıvan Muxtar Respublikası Baş nazirinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun qanunvericilik təşəbbüsü qaydasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verdiyi qanun və qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur.[17]
III. Belə qanun və ya qərar
layihələrində dəyişikliklər qanunvericilik
təşəbbüsü hüququndan istifadə edən
orqanın razılığı ilə edilə bilər.
IV. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının Naxçıvan Muxtar Respublikası Baş nazirinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etdiyi qanun və qərar layihələri iki ay ərzində səsə qoyulur.[18]
V. Qanun və qərar layihəsini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan Muxtar Respublikasının Baş naziri, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Prokurorluğu təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.[19]
VI. Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir. [20]
Maddə 27. Qanunların və qərarların
imzalanması
I. Qanunlar və qərarlar qəbul edildiyi
gündən 10 gün müddətində Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri
tərəfindən imzalanır.
II. Təcili elan olunan qanun və qərar
layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri tərəfindən qəbul edildiyi gündən 24
saat ərzində imzalanır.
Maddə 28. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin aktlarının qüvvəyə minməsi
Qanunun və Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin qərarının
özündə başqa qayda nəzərdə
tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən
qüvvəyə minir.
Maddə 29. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədrinə aid tələblər
I. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədri Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi tərəfindən
seçilir, ona tabedir və ona hesabat verir. O, Naxçıvan
Muxtar Respublikası Ali Məclisi tərəfindən geri
çağırıla bilər.
II. Yaşı otuzdan aşağı
olmayan, Naxçıvan Muxtar Respublikasının ərazisində
beş ildən az olmayaraq daimi yaşayan, başqa
dövlətlər qarşısında öhdəliyi olmayan,
ali təhsilli, ikili vətəndaşlığı olmayan
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər bir
deputatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri seçilə bilər.[21]
III. Naxçıvan Muxtar Respublikası Ali
Məclisi sədrinin seçkisi qaydasını
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
müəyyən edir.
Maddə 30. Naxçıvan Muxtar Respublikası Ali
Məclisi sədrinin öz səlahiyyətlərini daimi icra
edə bilməməsi
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədri istefa verdikdə, səhhətinə
görə öz səlahiyyətlərini icra etmək
qabiliyyətini itirdikdə müəyyən edilmiş
müddətdə yeni sədr seçilənə
qədər onun səlahiyyətlərinin icrası
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin
birinci müavini, o da olmadıqda müavini
tərəfindən yerinə yetirilir.
Maddə 31. Naxçıvan Muxtar Respublikası Ali
Məclisi sədrinin vəzifədən
kənarlaşdırılması
Naxçıvan Muxtar Respublikası Ali
Məclisi sədrinin vəzifədən
kənarlaşdırılması qaydası Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi ilə
müəyyən edilir.
Maddə 32. Naxçıvan Muxtar Respublikası Ali
Məclisi sədrinin səlahiyyətləri
I. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədri:
1) Ali Məclisin növbədənkənar
sessiyalarını çağırır;
2) Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin iclaslarına sədrlik edir;
3) Naxçıvan Muxtar Respublikası
Baş nazirinin vəzifəyə təyin edilməsi
üçün Azərbaycan Respublikası Prezidenti
tərəfindən təqdim olunmuş şəxsin namizədliyini
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə
təqdim edir;
4) Naxçıvan Muxtar
Respublikasının Baş nazirinin təklifinə
əsasən Naxçıvan Muxtar Respublikasının
Nazirlər Kabinetinə üzvlüyə namizədləri
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə
təqdim edir;
5) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
deputatı öz mandatından imtina etdikdə və qanunla
müəyyən edilmiş digər hallarda onu deputat
mandatından məhrum edir;
6) Naxçıvan Muxtar Respublikası Ali
Məclisin sədri səlahiyyətlərinin həyata
keçirilməsi ilə əlaqədar qərar qəbul edir;
7) Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədr müavinliyinə namizədlərin
seçilməsi və Ali Məclisin sədr
müavinlərinin vəzifədən azad edilməsi
barədə Ali Məclisə təklif verir;
8) Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin müəyyən etdiyi qaydada Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin aparatını
təşkil edir və onun rəhbərliyini təyin edir;
9) bu Konstitusiya ilə onun
səlahiyyətlərinə aid edilən digər
məsələləri həll edir.
Maddə 33. Naxçıvan Muxtar Respublikası Ali
Məclisi sədrinin aktları
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədri qərarlar qəbul edir.
III fəsil
İcra
hakİmİyyətİ
Maddə 34. Naxçıvan Muxtar Respublikasında icra
hakimiyyəti
I. Naxçıvan Muxtar Respublikasında
icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının
Nazirlər Kabineti həyata keçirir.
II. Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar
Respublikasının yuxarı icra orqanıdır.
III. Naxçıvan Muxtar Respublikasının
Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının
Ali Məclisinə tabedir və onun qarşısında
müntəzəm hesabat verir.
Maddə 35. Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin statusu
Naxçıvan Muxtar Respublikasının
Nazirlər Kabineti Azərbaycan Respublikasının
Konstitusiyası, qanunları, Azərbaycan Respublikası
Prezidentinin fərmanları, Naxçıvan Muxtar
Respublikasının Konstitusiyası, qanunları ilə onun
səlahiyyətlərinə aid edilən
məsələlərin həllində müstəqildir.
Maddə 36. Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin tərkibi
I. Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin tərkibinə Naxçıvan Muxtar
Respublikasının Baş naziri, onun müavinləri,
Naxçıvan Muxtar Respublikasının nazirləri və
başqa mərkəzi icra hakimiyyəti orqanlarının
rəhbərləri daxildirlər.
II. Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar
Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan
Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.
Maddə 37. Naxçıvan Muxtar Respublikasının
Baş naziri
Naxçıvan Muxtar Respublikasının
Baş nazirini Azərbaycan Respublikasının prezidentinin
təqdimatına əsasən Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi təyin edir.
Maddə 38. Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin iclasları
Naxçıvan Muxtar Respublikası Nazirlər
Kabinetinin iclaslarına bir, qayda olaraq, Naxçıvan Muxtar
Respublikasının Baş naziri sədrlik edir.
Maddə 39. Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin səlahiyyətləri
I. Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabineti:
muxtar respublika büdcəsinin layihəsini
hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali
Məclisinə təqdim edir;
muxtar respublikanın büdcəsini icra
edir;
muxtar respublikanın iqtisadi
proqramlarının həyata keçirilməsini təmin edir;
muxtar respublikanın sosial
proqramlarının həyata keçirilməsini təmin edir;
nazirliklər və digər mərkəzi
icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların
aktlarını ləğv edir;
Azərbaycan Respublikası Prezidentinin onun
səlahiyyətlərinə aid etdiyi digər
məsələləri həll edir.
II. Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabineti iqtisadi və mədəni
sahələrdə Naxçıvan Muxtar Respublikasını
Azərbaycan Respublikasının Nazirlər Kabinetində təmsil
edir.
Maddə 40. Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin aktları
I. Ümumi qaydalar müəyyən
etdikdə Naxçıvan Muxtar Respublikası Nazirlər
Kabineti qərarlar, başqa məsələlər üzrə
sərəncamlar qəbul edir.
II. Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin aktları başqa qayda müəyyən
edilməmişsə, dərc edildiyi gündən
qüvvəyə minir.
Maddə 41. Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin üzvlüyünə
namizədlərə aid tələblər
Naxçıvan
Muxtar Respublikasının Baş naziri, Baş nazirin
müavini, nazir, digər mərkəzi icra hakimiyyəti
orqanının rəhbəri vəzifəsinə
seçkilərdə iştirak etmək hüququna malik olan,
ali təhsilli, başqa dövlətlər
qarşısında öhdəliyi olmayan Azərbaycan
Respublikasının vətəndaşı təyin edilir.[22]
Maddə 42. Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin üzvlərinə aid tələblər
Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin üzvləri heç bir başqa
seçkili və ya təyinatlı vəzifə tuta
bilməzlər, elmi-pedaqoji və yaradıcılıq fəaliyyətindən
başqa heç bir sahibkarlıq, kommersiya və digər
ödənişli fəaliyyətlə məşğul ola
bilməzlər, vəzifə maaşından, habelə elmi,
pedaqoji və yaradıcılıq fəaliyyətinə
görə aldığı vəsaitdən başqa
məvacib ala bilməzlər.
IV fəsil
Məhkəmə
hakİmİyyətİ
Maddə 43. Məhkəmə hakimiyyətinin həyata
keçirilməsi
I. Naxçıvan Muxtar Respublikasında
məhkəmə hakimiyyətini ədalət mühakiməsi
yolu ilə yalnız məhkəmələr həyata
keçirirlər.
II. Məhkəmə hakimiyyətini
Naxçıvan Muxtar Respublikasının Ali
Məhkəməsi, Naxçıvan Muxtar
Respublikasının İqtisad Məhkəməsi,
Naxçıvan Muxtar Respublikasının ümumi və
ixtisaslaşdırılmış məhkəmələri
həyata keçirirlər.
III. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsi ilə və qanunla nəzərdə tutulan digər vasitələr ilə həyata keçirilir.[23]
IV. Cinayət məhkəmə icraatında Naxçıvan Muxtar Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir.[24]
V. Məhkəmə quruluşu və
məhkəmə icraatı qaydası qanunla müəyyən
olunur.
VI. Məhkəmələrin
səlahiyyətlərinin dəyişdirilməsi
məqsədi ilə müəyyən olunmamış
hüquqi üsulların tətbiq edilməsi və
fövqəladə məhkəmələrin yaradılması
qadağandır.
VII. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. [25]
Maddə 44. Naxçıvan Muxtar Respublikasının Ali
Məhkəməsi
I. Naxçıvan Muxtar Respublikası Ali
Məhkəməsi ümumi və
ixtisaslaşdırılmış
məhkəmələrin icraatına aid edilən mülki,
cinayət və digər işlər üzrə ali
məhkəmə orqanıdır; o, Naxçıvan Muxtar
Respublikasının ərazisində apelyasiya qaydasında
ədalət mühakiməsini həyata keçirir. O, qanunla müəyyən edilmiş prosessual
qaydalarda ümumi məhkəmələrin işinə
nəzarəti həyata keçirir.[26]
II. Naxçıvan Muxtar Respublikasının
Ali Məhkəməsi Naxçıvan Muxtar Respublikasında
Konstitusiya nəzarətini təmin edir. O, Naxçıvan
Muxtar Respublikasının ali vəzifəli şəxsinin, Naxçıvan
Muxtar Respublikasının Ali Məclisinin, Naxçıvan
Muxtar Respublikasının Nazirlər Kabinetinin, Naxçıvan
Muxtar Respublikasının Ali Məhkəməsinin sədrinin
və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun
sorğusu əsasında aşağıdakı məsələləri
həll edir:
1) Naxçıvan Muxtar
Respublikasının qanunlarının, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin qərarlarının,
Naxçıvan Muxtar Respublikası ali vəzifəli
şəxsinin fərman və sərəncamlarının,
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin
qərarlarının, Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin qərar və
sərəncamlarının, Naxçıvan Muxtar
Respublikası mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına
uyğunluğu;
2) Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin qərarlarının, Naxçıvan Muxtar
Respublikası ali vəzifəli şəxsinin fərman və
sərəncamlarının, Naxçıvan Muxtar
Respublikası Ali Məclisi sədrinin qərarlarının,
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin
sərəncamlarının, Naxçıvan Muxtar Respublikası
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının Naxçıvan Muxtar Respublikasının
qanunlarına uyğunluğu;
3) Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin qərarlarının, Naxçıvan
Muxtar Respublikası mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının
Naxçıvan Muxtar Respublikası ali vəzifəli
şəxsinin fərman və sərəncamlarına
uyğunluğu.
III. Hər kəs onun hüquq
və azadlıqlarını pozan Naxçıvan Muxtar Respublikasının
qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarından bu
maddənin II hissəsinin 1-3-cü bəndlərində
göstərilən məsələlərin Naxçıvan
Muxtar Respublikasının Ali Məhkəməsi
tərəfindən həll edilməsi üçün,
habelə bələdiyyə və məhkəmə
aktlarından Naxçıvan Muxtar Respublikasının Ali
Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının
bərpa edilməsi
məqsədilə qanunla müəyyən edilmiş qaydada
şikayət verə bilər.
IV. Naxçıvan
Muxtar Respublikasında Konstitusiya nəzarətinin həyata
keçirilməsi ilə bağlı Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin aktlarından qanunla
müəyyən edilmiş qaydada Azərbaycan
Respublikasının Konstitusiya
Məhkəməsinə şikayət verilə bilər.
V. Naxçıvan
Muxtar Respublikasının məhkəmələri insan
hüquq və azadlıqlarının həyata
keçirilməsi məsələləri ilə bağlı
Naxçıvan Muxtar Respublikası
qanunlarının şərh edilməsi haqqında qanunla
müəyyən edilmiş qaydada Naxçıvan Muxtar
Respublikasının Ali Məhkəməsinə
müraciət edə bilər.
VI. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Azərbaycan Respublikasının Prezidentinə verilmiş təklifi və Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.[27]
VII. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarları dərc edilməlidir. [28]
Maddə 45. Naxçıvan Muxtar
Respublikasının ümumi və
ixtisaslaşdırılmış məhkəmələri
I. Naxçıvan
Muxtar Respublikasının ümumi və
ixtisaslaşdırılmış məhkəmələri
qanunla səlahiyyətlərinə aid edilmiş işlər
üzrə birinci instansiya məhkəmələridir.
II. Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələrinin hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifi ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.[29]
Maddə 46. Naxçıvan Muxtar Respublikası
Prokurorluğu
I. Naxçıvan Muxtar Respublikası
Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada eyni cür və dürüst və hallarda
qanunların icra və tətbiq olunmasına nəzarət
edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət
işləri başlayır və istintaq aparır,
məhkəmədə dövlət ittihamını
müdafiə edir, məhkəmədə iddia qaldırır,
məhkəmə qərarlarından protest verir.[30]
II. Naxçıvan Muxtar Respublikası
Prokurorluğu ərazi prokurorlarının Naxçıvan
Muxtar Respublikası prokuroruna və Azərbaycan
Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan
vahid mərkəzləşdirilmiş orqandır.
III. Naxçıvan Muxtar Respublikası
prokurorunu Naxçıvan Muxtar Respublikası Ali Məclisi
sədrinin təklifi əsasında Azərbaycan Respublikası
Baş prokurorunun təqdimatı ilə Azərbaycan
Respublikasının Prezidenti vəzifəyə təyin edir.
IV. Ərazi və
ixtisaslaşdırılmış prokurorları
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin
Azərbaycan Respublikası Prezidentinə verilmiş təklifi
və Azərbaycan Respublikası Prezidentinin
razılığı ilə Azərbaycan Respublikasının
Baş prokuroru vəzifəyə təyin və azad edir.
V fəsil
Qanunverİcİlİk
sİstemİ
Maddə
47. Naxçıvan Muxtar
Respublikası Konstitusiyasının hüquqi qüvvəsi
I. Naxçıvan Muxtar
Respublikasının Konstitusiyası Naxçıvan Muxtar
Respublikasının digər normativ hüquqi aktları
arasında ən yüksək hüquqi qüvvəyə
malikdir.
II. Naxçıvan Muxtar
Respublikasının Konstitusiyası birbaşa hüquqi
qüvvəyə malikdir.
III. Naxçıvan Muxtar
Respublikasının Konstitusiyası Naxçıvan Muxtar
Respublikası qanunvericilik sisteminin əsasıdır.
Maddə 48. Naxçıvan Muxtar Respublikasının
qanunvericilik sistemi
I. Naxçıvan Muxtar
Respublikasının qanunvericilik sistemi Azərbaycan
Respublikasının qanunvericilik sisteminin tərkib
hissəsidir.
II. Naxçıvan Muxtar
Respublikasının qanunvericilik sistemi Azərbaycan
Respublikası qanunvericilik sisteminə uyğundur.
III. Naxçıvan Muxtar
Respublikasının qanunvericilik sistemi Naxçıvan Muxtar
Respublikasının aşağıdakı normativ hüquqi
aktlarından ibarətdir:
1) Naxçıvan Muxtar
Respublikasının Konstitusiyası;
2) Naxçıvan Muxtar
Respublikasının qanunları;
3) Naxçıvan Muxtar
Respublikasının ali vəzifəli şəxsinin
fərmanları;
4) Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin qərarları;
5) Naxçıvan Muxtar
Respublikasının mərkəzi icra hakimiyyəti
orqanlarının normativ aktları.
Maddə 49. Naxçıvan Muxtar Respublikasının
normativ hüquqi aktları
I. Normativ hüquqi aktlar hüquqa və
haqq-ədalətə (bərabər mənafelərə,
bərabər münasibətə) əsaslanmalıdır.
II. Naxçıvan Muxtar
Respublikasının qanunları Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına, Naxçıvan Muxtar
Respublikasının Konstitusiyasına zidd olmamalıdır,
yalnız dərc edilmiş qanunların tətbiqi və
icrası Naxçıvan Muxtar Respublikasında bütün
vətəndaşlar, icra hakimiyyəti və
məhkəmə hakimiyyəti, hüquqi şəxslər
və bələdiyyələr üçün məcburidir.
III. Naxçıvan Muxtar
Respublikasının ali vəzifəli şəxsinin
fərmanları Azərbaycan Respublikası Konstitusiyasına
və qanunlarına, Naxçıvan Muxtar Respublikasının
Konstitusiyasına və qanunlarına, Azərbaycan
Respublikası Prezidentinin fərman və
sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamlarına zidd
olmamalıdır, Naxçıvan Muxtar Respublikasının
ali vəzifəli şəxsinin fərmanları yalnız
dərc edildikdə Naxçıvan Muxtar Respublikasında
onların tətbiqi və icrası vətəndaşlar,
mərkəzi və yerli icra hakimiyyəti orqanları,
hüquqi şəxslər üçün məcburidir.
IV. Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin qərarları Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına,
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına
və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarına, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarına, Naxçıvan Muxtar Respublikası ali
vəzifəli şəxsinin fərman və
sərəncamlarına zidd olmamalıdır. Naxçıvan
Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları
yalnız dərc edildikdə Naxçıvan Muxtar
Respublikasında onların tətbiqi və icrası
vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti
orqanları, hüquqi şəxslər üçün
məcburidir.
V. Naxçıvan Muxtar
Respublikasının mərkəzi icra hakimiyyəti
orqanlarının aktları Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına, Naxçıvan Muxtar
Respublikasının Konstitusiyasına və qanunlarına,
Azərbaycan Respublikası Prezidentinin fərman və
sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamlarına,
Naxçıvan Muxtar Respublikasının ali vəzifəli
şəxsinin fərman və sərəncamlarına,
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin
qərarlarına və sərəncamlarına, Azərbaycan
Respublikası mərkəzi icra hakimiyyəti
orqanlarının aktlarına zidd olmamalıdır.
VI fəsil
Naxçıvan
Muxtar Respublİkasının Konstİtusİyasına
dəyİşİklİklər və əlavələr
Maddə
50. Naxçıvan Muxtar Respublikasının
Konstitusiyasına dəyişikliklərin və
əlavələrin
qəbul edilmə qaydası
I. Naxçıvan Muxtar Respublikası Konstitusiyasına
dəyişikliklər və əlavələr
Naxçıvan Muxtar Respublikasının Ali Məclisində
35 səs çoxluğu ilə qəbul edildikdən sonra
təsdiq olunmaq üçün Azərbaycan
Respublikasının Milli Məclisinə təqdim edilir.
II. Naxçıvan Muxtar
Respublikasının Konstitusiyasına dəyişikliklər
və əlavələr haqqında təklif Naxçıvan
Muxtar Respublikasının Ali Məclisində 2 dəfə
səsə qoyulur. İkinci səsvermə birinci
səsvermədən 3 ay sonra keçirilir.
III. Naxçıvan Muxtar
Respublikasının Konstitusiyasına dəyişikliklər
və əlavələr haqqında Konstitusiya qanunları
həm birinci, həm də ikinci səsvermədən sonra
təklif, qanunlar üçün nəzərdə
tutulmuş qaydada, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədrinə imzalamaq üçün təqdim olunur.
IV. Naxçıvan Muxtar
Respublikasının Konstitusiyasına dəyişikliklər
və əlavələr Naxçıvan Muxtar Respublikası
Konstitusiyasının ayrılmaz hissəsidir və
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının
əsas mətninə zidd olmamalıdır.
Keçİd
müddəaları
I. Naxçıvan Muxtar
Respublikasının Konstitusiyası Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi tərəfindən qəbul
edildikdən və Azərbaycan Respublikası Milli Məclisi
tərəfindən təsdiq edildikdən sonra rəsmən
dərc olunduğu gündən qüvvəyə minir. Bu
Konstitusiyanın qüvvəyə mindiyi gündən 1978-ci il
mayın 30-da qəbul edilmiş Naxçıvan Muxtar
Respublikasının Konstitusiyası (Əsas Qanunu)
qüvvədən düşür.
II. Naxçıvan Muxtar
Respublikasının xalq deputatlarının
səlahiyyətləri yeni seçilmiş Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin ilk iclas günü başa
çatır.
Yeni seçilmiş Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin ilk iclası Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin azı 31 deputatının
seçildiyinin elan edildiyi gündən sonra bir ay
ərzində keçirilir.
III. 1995-ci il sentyabrın 12-də qəbul
edilmiş Naxçıvan Muxtar Respublikasının Ali
Məclisinə seçkilər haqqında Naxçıvan
Muxtar Respublikası Qanununun 79-cu maddəsi bu Qanun əsasında
seçilmiş Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin 1-ci çağırışının
səlahiyyətləri bitənədək
qüvvədədir.
IV. Bu Konstitusiyanın qəbul edildiyi
günədək Naxçıvan Muxtar Respublikasının
ərazisində qüvvədə olan Naxçıvan Muxtar
Respublikasının qanunları və başqa normativ
hüquqi aktları bu Konstitusiyaya zidd olmayan hissədə
öz qüvvəsini saxlayır.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
21 oktyabr 2005-ci il tarixli 1034-IIKQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 10, maddə
906)
2.
2 oktyabr 2006-cı il tarixli 127-IIIKQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 10,
maddə 834)
3.
30 sentyabr 2010-cu il tarixli 1060-IIIKQD nömrəli
Azərbaycan Respublikasının Konstitusiyasına Qanunu (Azərbaycan qəzeti 22 oktyabr
2010-cu il, ¹ 252, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010-cu il, ¹ 11, maddə 920)
4.
15 noyabr 2011-ci il tarixli 227-IVKQD nömrəli
Azərbaycan Respublikasının Konstitusiya Qanunu (Respublika qəzeti 20 dekabr 2011-ci
il, ¹ 275, Azərbaycan
qəzeti 22 dekabr 2011-ci il, ¹ 283, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə
1083)
5.
24 aprel 2018-ci il tarixli 1069-VKQD
nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu (Azərbaycan qəzeti, 18 may 2018-ci
il, ¹ 111,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹5, maddə 858)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 30 sentyabr 2010-cu il
tarixli 1060-IIIKQD
nömrəli Azərbaycan Respublikasının
Konstitusiyasına Qanunu (Azərbaycan
qəzeti 22 oktyabr 2010-cu il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 11, maddə
920) ilə Preambulanın birinci abzasında və 1-ci
maddənin II hissəsində hər iki halda 1921-ci il sözlərindən sonra tarixli sözü əlavə edilmişdir.
[2] 15 noyabr
2011-ci
il tarixli 227-IVKQD
nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu (Respublika
qəzeti 20 dekabr 2011-ci il, ¹ 275, Azərbaycan qəzeti 22 dekabr 2011-ci il, ¹ 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹
12, maddə 1083) ilə 5-ci maddənin II hissəsinin 9-cu
bəndindən və 43-cü maddənin II hissəsindən Naxçıvan Muxtar
Respublikasının İqtisad Məhkəməsi,
sözləri çıxarılmışdır.
[3] 2
oktyabr 2006-cı il tarixli 127-IIIKQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 10, maddə 834) ilə 5-ci maddənin II hissəsinə 10-cu bənd
əlavə edilmişdir və 10-19-cu bəndlər müvafiq
olaraq 11-20-ci bəndlər hesab edilmişdir.
[4] 30 sentyabr 2010-cu il
tarixli 1060-IIIKQD
nömrəli Azərbaycan Respublikasının
Konstitusiyasına Qanunu (Azərbaycan
qəzeti 22 oktyabr 2010-cu il, ¹ 252) ilə 5-ci bəndin II
hissəsinə 11-12-ci bəndlər əlavə edilmişdir,
11-20-ci bəndlər müvafiq olaraq 13-22-ci bəndlər hesab
edilmişdir.
[5] 30 sentyabr 2010-cu il
tarixli 1060-IIIKQD
nömrəli Azərbaycan Respublikasının
Konstitusiyasına Qanunu (Azərbaycan
qəzeti 22 oktyabr 2010-cu il, ¹ 252) ilə 21-ci bəndə
yeni redaksiya verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi.
fəxri
adları təsis edir və fəxri adlarla təltif edir
[6] 24
aprel 2018-ci il tarixli 1069-VKQD nömrəli
Azərbaycan Respublikasının Konstitusiya Qanunu (Azərbaycan
qəzeti, 18 may 2018-ci il, ¹ 111,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹5, maddə 858) ilə 8-ci
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Maddə 8.
Naxçıvan Muxtar Respublikasında
vətəndaşların səsvermə hüququ
Naxçıvan Muxtar
Respublikasının ərazisində daimi yaşayan
Azərbaycan Respublikasının vətəndaşları
seçmək və seçilmək hüququna malikdirlər.
Məhkəmələr
tərəfindən fəaliyyət qabiliyyətsizliyi
təsdiq olunmuş şəxslərin seçkilərdə
iştirak etmək hüququ yoxdur.
Hərbi qulluqçuların,
hakimlərin, dövlət məmurlarının, din
xadimlərinin, məhkəmənin qanuni qüvvəyə
minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş
şəxslərin, bu Konstitusiyada və qanunda
nəzərdə tutulan digər şəxslərin
seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla
bilər.
[7] 24
aprel 2018-ci il tarixli 1069-VKQD nömrəli
Azərbaycan Respublikasının Konstitusiya Qanunu (Azərbaycan
qəzeti, 18 may 2018-ci il, ¹ 111,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹5, maddə 858) ilə 15-ci
maddənin I hissəsində yaşı
25-dən aşağı olmayan sözləri seçkilərdə iştirak
etmək hüququna malik olan sözləri ilə
əvəz edilmişdir.
[8] 30 sentyabr 2010-cu il
tarixli 1060-IIIKQD
nömrəli Azərbaycan Respublikasının
Konstitusiyasına Qanunu (Azərbaycan
qəzeti 22 oktyabr 2010-cu il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 11, maddə 920)
ilə 18-ci maddəyə yeni məzmunda IV hissə
əlavə edilmişdir.
[9] 30 sentyabr 2010-cu il
tarixli 1060-IIIKQD
nömrəli Azərbaycan Respublikasının
Konstitusiyasına Qanunu (Azərbaycan
qəzeti 22 oktyabr 2010-cu il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 11, maddə
920) ilə 19-cu maddənin I hissəsinə yeni məzmunda
4-cü bənd əlavə edilmişdir, 4-cü bənd
müvafiq olaraq 5-ci bənd hesab edilmişdir.
[10] 24
aprel 2018-ci il tarixli 1069-VKQD nömrəli
Azərbaycan Respublikasının Konstitusiya Qanunu (Azərbaycan
qəzeti, 18 may 2018-ci il, ¹ 111,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹5, maddə 858) ilə 19-cu
maddənin I hissəsinin birinci bəndinin 5-ci
yarımbəndinin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz
edilmişdir və həmin bəndə yeni məzmunda 6-cı
və 7-ci yarımbəndlər əlavə edilmişdir.
[11] 30 sentyabr 2010-cu il
tarixli 1060-IIIKQD
nömrəli Azərbaycan Respublikasının
Konstitusiyasına Qanunu (Azərbaycan
qəzeti 22 oktyabr 2010-cu il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 11, maddə
920) ilə 22-ci maddədə daimi
və başqa komissiyaları sözləri komitələr və komissiyalar
sözləri ilə əvəz edilmişdir.
[12] 2 oktyabr 2006-cı il
tarixli 127-IIIKQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 10, maddə 834) ilə 24-cü
maddənin I hissəsinə 3-cü bənd əlavə
edilmişdir və 3-9-cu bəndlər müvafiq olaraq 4-10-cu
bəndlər hesab edilmişdir.
[13] 2 oktyabr 2006-cı
il tarixli 127-IIIKQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 10, maddə 834) ilə 25-ci
maddənin I hissəsinə 7-ci bənd əlavə
edilmişdir və 7-8-ci bəndlər müvafiq olaraq 8-9-cu
bəndlər hesab edilmişdir.
[14] 30 sentyabr 2010-cu
il tarixli 1060-IIIKQD
nömrəli Azərbaycan Respublikasının
Konstitusiyasına Qanunu (Azərbaycan
qəzeti 22 oktyabr 2010-cu il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 11, maddə
920) ilə 25-ci maddədə I hissəyə 8-ci bənd
əlavə edilmişdir, 8-9-cu bəndlər müvafiq olaraq
9-10-cu bəndlər hesab edilmişdir.
[15] 30
sentyabr 2010-cu il tarixli 1060-IIIKQD
nömrəli Azərbaycan Respublikasının
Konstitusiyasına Qanunu (Azərbaycan
qəzeti 22 oktyabr 2010-cu il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 11, maddə
920) ilə 25-ci maddədə 2 hissə yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi.
Bu maddədə
göstərilən məsələlərə dair
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
qərarlar qəbul edir.
[16] 30 sentyabr 2010-cu il
tarixli 1060-IIIKQD
nömrəli Azərbaycan Respublikasının
Konstitusiyasına Qanunu (Azərbaycan
qəzeti 22 oktyabr 2010-cu il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 11, maddə
920) ilə 26-cı maddədə I hissədə Baş nazirinə
sözlərindən sonra və
sözü vergül işarəsi ilə əvəz
edilmişdir, Ali
Məhkəməsinə sözlərindən sonra və Naxçıvan Muxtar
Respublikasının Prokurorluğuna sözləri
əlavə olunmuşdur.
[17] 30 sentyabr 2010-cu il
tarixli 1060-IIIKQD
nömrəli Azərbaycan Respublikasının
Konstitusiyasına Qanunu (Azərbaycan
qəzeti 22 oktyabr 2010-cu il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 11, maddə
920) ilə 26-cı maddədə II hissədə Ali
Məhkəməsinin sözlərindən sonra və Naxçıvan Muxtar
Respublikası Prokurorluğunun sözləri əlavə
olunmuşdur.
[18] 30 sentyabr 2010-cu il
tarixli 1060-IIIKQD
nömrəli Azərbaycan Respublikasının
Konstitusiyasına Qanunu (Azərbaycan
qəzeti 22 oktyabr 2010-cu il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 11, maddə
920) ilə 26-cı
maddənin IV hissədə Baş
nazirinin sözlərindən sonra və sözü vergül işarəsi ilə
əvəz edilmişdir, Ali
Məhkəməsinin sözlərindən sonra və Naxçıvan Muxtar
Respublikası Prokurorluğunun sözləri əlavə
olunmuşdur.
[19] 30 sentyabr 2010-cu il
tarixli 1060-IIIKQD
nömrəli Azərbaycan Respublikasının Konstitusiyasına
Qanunu (Azərbaycan qəzeti 22
oktyabr 2010-cu il, ¹ 252, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 11, maddə 920) ilə 26-cı maddənin V hissədə
Ali Məhkəməsi
sözlərindən sonra və
Naxçıvan Muxtar Respublikasının Prokurorluğu
sözləri əlavə olunmuşdur.
[20] 30 sentyabr 2010-cu il
tarixli 1060-IIIKQD
nömrəli Azərbaycan Respublikasının
Konstitusiyasına Qanunu (Azərbaycan
qəzeti 22 oktyabr 2010-cu il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 11, maddə
920) ilə 26-cı
maddəyə VI hissə əlavə olunmuşdur.
[21] 24
aprel 2018-ci il tarixli 1069-VKQD nömrəli
Azərbaycan Respublikasının Konstitusiya Qanunu (Azərbaycan
qəzeti, 18 may 2018-ci il, ¹ 111,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹5, maddə 858) ilə 29-cu
maddənin II hissəsindən Yaşı
otuzdan aşağı olmayan, sözləri
çıxarılmışdır.
[22] 24
aprel 2018-ci il tarixli 1069-VKQD nömrəli
Azərbaycan Respublikasının Konstitusiya Qanunu (Azərbaycan
qəzeti, 18 may 2018-ci il, ¹ 111,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹5, maddə 858) ilə 41-ci
maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
I. Naxçıvan Muxtar
Respublikasının Baş naziri vəzifəsinə
yaşı 30-dan aşağı olmayan, ali təhsilli,
seçkilərdə iştirak etmək hüququna malik,
başqa dövlət qarşısında öhdəliyi
olmayan Azərbaycan Respublikasının vətəndaşı
təyin edilir.
II. Naxçıvan Muxtar
Respublikası Baş nazirinin müavini, nazir, digər
mərkəzi icra hakimiyyəti orqanının rəhbəri
vəzifəsinə yaşı 25-dən aşağı
olmayan, seçkilərdə iştirak etmək hüququna
malik, ali təhsilli, başqa dövlət qarşısında
öhdəliyi olmayan Azərbaycan Respublikasının
vətəndaşı təyin edilir.
[23] 24
aprel 2018-ci il tarixli 1069-VKQD nömrəli
Azərbaycan Respublikasının Konstitusiya Qanunu (Azərbaycan
qəzeti, 18 may 2018-ci il, ¹ 111,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹5, maddə 858) ilə 43-cü
maddənin III hissəsində Azərbaycan
Respublikasının Konstitusiyası sözləri Konstitusiya sözü ilə
əvəz edilmişdir.
[24] 30 sentyabr 2010-cu il
tarixli 1060-IIIKQD
nömrəli Azərbaycan Respublikasının
Konstitusiyasına Qanunu (Azərbaycan
qəzeti 22 oktyabr 2010-cu il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 11, maddə
920) ilə 43-cü maddədə IV hissədə Ədalət mühakiməsinin
həyata keçirilməsində sözləri Cinayət məhkəmə
icraatında sözləri ilə əvəz edilmişdir.
[25] 30 sentyabr 2010-cu il
tarixli 1060-IIIKQD
nömrəli Azərbaycan Respublikasının
Konstitusiyasına Qanunu (Azərbaycan
qəzeti 22 oktyabr 2010-cu il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 11, maddə
920) ilə 43-cü maddəyə VII hissə əlavə
olunmuşdur.
[26] 30 sentyabr 2010-cu il
tarixli 1060-IIIKQD
nömrəli Azərbaycan Respublikasının
Konstitusiyasına Qanunu (Azərbaycan
qəzeti 22 oktyabr 2010-cu il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 11, maddə
920) ilə 44-cü
maddədə I hissənin birinci cümləsində ümumi sözündən
sonra və
ixtisaslaşdırılmış sözü əlavə
olunmuşdur, cümlənin sonuna ; o, Naxçıvan Muxtar Respublikasının
ərazisində apelyasiya qaydasında ədalət
mühakiməsini həyata keçirir sözləri
əlavə edilmişdir, ikinci cümlə
çıxarılmışdır.
[27] 21
oktyabr 2005-ci il tarixli 1034-IIKQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 10, maddə
906) ilə Naxçıvan
Muxtar Respublikası Konstitusiyasının 44-cü maddəsinin
III hissəsi VI
hissə hesab edilmişdir, Naxçıvan
Muxtar Respublikası Konstitusiyasının 44-cü
maddəsinə yeni redaksiyada III, IV
və V hissələr əlavə edilmişdir.
15 noyabr
2011-ci
il tarixli 227-IVKQD
nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu (Respublika
qəzeti 20 dekabr 2011-ci il, ¹ 275, Azərbaycan qəzeti 22 dekabr 2011-ci il, ¹ 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹
12, maddə 1083) ilə 44-cü maddənin VI hissəsi yeni
redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
VI. Naxçıvan
Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərini
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin
təklifi ilə Azərbaycan Respublikası Prezidenti təyin
edir.
[28] 30
sentyabr 2010-cu il tarixli 1060-IIIKQD
nömrəli Azərbaycan Respublikasının
Konstitusiyasına Qanunu (Azərbaycan
qəzeti 22 oktyabr 2010-cu il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 11, maddə
920) ilə 44-cü maddəyə VII hissə əlavə
olunmuşdur.
[29] 15 noyabr
2011-ci
il tarixli 227-IVKQD
nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu (Respublika
qəzeti 20 dekabr 2011-ci il, ¹ 275, Azərbaycan qəzeti 22 dekabr 2011-ci il, ¹ 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹
12, maddə 1083) ilə 45-ci maddə yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
Maddə 45.
Naxçıvan Muxtar Respublikasının İqtisad
Məhkəməsi
I.
Naxçıvan Muxtar Respublikası İqtisad
Məhkəməsi iqtisadi mübahisələrə
baxılması üzrə məhkəmə orqanıdır.
II. Naxçıvan Muxtar
Respublikasının İqtisad Məhkəməsi
hakimlərini Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədrinin təklifi ilə Azərbaycan
Respublikasının Prezidenti təyin edir.
[30] 30
sentyabr 2010-cu il tarixli 1060-IIIKQD
nömrəli Azərbaycan Respublikasının
Konstitusiyasına Qanunu (Azərbaycan
qəzeti 22 oktyabr 2010-cu il, ¹ 252, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 11, maddə 920) ilə
46-cı maddədə I hissədə qaydada sözündən sonra və hallarda sözü əlavə edilmişdir, 972-IIIQD nömrəli
sözləri çıxarılmışdır.