Dövlət
orqanlarında dövlət qulluqçusuna dövlət
qulluğunda qulluq stajına görə əlavə haqqın
məbləğlərinin
müəyyənləşdirilməsi Qaydalarının
təsdiq edilməsi barədə[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
Dövlət
qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 22.7-ci
maddəsinin icrasını təmin etmək məqsədi
ilə qərara alıram:
1. Dövlət
orqanlarında dövlət qulluqçusuna dövlət
qulluğunda qulluq stajına görə əlavə haqqın
məbləğlərinin
müəyyənləşdirilməsi Qaydaları təsdiq
edilsin (əlavə olunur).[2]
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli
gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 28 yanvar 2002-ci il
¹ 665
|
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 nömrəli
Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR |
Dövlət orqanlarında dövlət
qulluqçusuna dövlət qulluğunda qulluq stajına
görə əlavə haqqın məbləğlərinin
müəyyənləşdirilməsi
QAYDALARI[3]
1. Bu
Qaydalar Dövlət qulluğu haqqında Azərbaycan
Respublikası Qanununa əsasən hazırlanmışdır
və dövlət orqanlarında
dövlət qulluqçularına dövlət
qulluğunda qulluq stajına
görə əlavə haqqın ödənilməsi
şərtlərini müəyyən edir.
2.
Dövlət qulluqçusuna dövlət
qulluğunda qulluq stajına
görə xidmətin ikinci ilindən başlayaraq
əlavə haqq verilir.[4]
3.
Dövlət qulluqçusuna vəzifədə qulluq
stajına görə əlavə haqq aylıq dövlət
qulluğunda maaşına
nisbətən faizlə müəyyən edilir və hər
ay ödənilir.
4.
Dövlət qulluqçusuna xidmətin ikinci ilindən
başlayaraq dövlət qulluğunda
qulluq stajına görə qulluq stajının
müddətindən asılı olaraq aşağıdakı
qaydada hər ay əlavə haqq ödənilir:[5]
Qulluq stajı (il) |
Aylıq
vəzifə maaşına əlavə haqq (faizlə) |
1 ildən 5
ilədək |
5 |
5 ildən 10
ilədək |
10 |
10 ildən 15
ilədək |
20 |
15 ildən
yuxarı |
30 |
5.
Dövlət qulluqçusuna dövlət
qulluğunda qulluq stajına
görə əlavə haqq qulluq keçdiyi dövlət orqanı
üçün dövlət büdcəsində
nəzərdə tutulmuş əmək haqqı fondu
hesabına verilir.[6]
6.
Dövlət qulluqçularına qulluq stajına görə
aylıq vəzifə maaşına müəyyən
edilmiş əlavələrin ödənilməsi
məqsədi ilə hər il növbəti il
üçün təsdiq olunan dövlət
büdcəsində bu orqanlarda dövlət
qulluqçuları üçün müəyyən
olunmuş aylıq əmək haqqı fondunun (vəzifə
maaşına əlavələr istisna olunmaqla) 2 misli
həcmində əlavə vəsaitlər nəzərdə
tutulur.
7.
Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq
stajı hesablanarkən aşağıdakı dövrlər
nəzərə alınır:
dövlət
qulluqçusunun tutduğu vəzifədə qulluq stajı;
dövlət
qulluqçusu digər dövlət qulluğu
vəzifəsinə keçirildikdə və qəbul
edildikdə əvvəlki dövlət qulluğu
vəzifəsindəki qulluq stajı;
məhkəmə
və ya müvafiq səlahiyyətli orqan tərəfindən
müəyyən edilmiş dövlət qulluqçusunun
məcburi işburaxma dövrü;
dövlət
qulluğu vəzifəsində staj və sınaq
müddəti;[7]
dövlət
qulluğu vəzifəsinin və əmək haqqının
saxlanılması şərti ilə dövlət
qulluqçusunun dövlət qulluğundan
ayrıldığı müddət;
əmək
qabiliyyətinin müvəqqəti itirildiyi müddət;
ödənişli
məzuniyyət dövrləri.
Bu
bənddə nəzərdə tutulmayan digər
fasilələr dövlət qulluğunda qulluq stajı
hesablanarkən nəzərə alınmır.
8.
Dövlət qulluqçusunun qulluq stajının
hesablanması onun qulluq etdiyi dövlət orqanı
tərəfindən həyata keçirilir.
9.
Dövlət qulluqçusunun qulluq stajı
müəyyənləşdirilərkən onun Dövlət
qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu
qüvvəyə minənədək qanunvericilik, icra və
məhkəmə hakimiyyəti orqanlarında (o
cümlədən Azərbaycan Respublikasının ərazisindən
kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət,
sovet və partiya orqanlarında iş müddəti də daxil
edilir.[8]
10.
Dövlət qulluğunda qulluq stajı haqqında
sənəd dövlət qulluqçusunun əmək
kitabçası hesab edilir.
11.
Bu Qaydaların 7-ci və 9-cu bəndlərinin tətbiqi
zamanı yaranmış fikir ayrılığı
Azərbaycan Respublikasının Dövlət Qulluğunu
İdarəetmə Şurası tərəfindən aradan
qaldırılır.
12.
Dövlət qulluqçusuna qulluq stajına görə
verilən əlavə haqq orta əmək haqqı
hesablanarkən nəzərə alınır.
13.
Dövlət qulluqçusu daha yüksək
dərəcəli dövlət qulluğu vəzifəsinə
təyin edilərkən əvvəlki vəzifəsində
qulluq stajına görə əlavə haqq verilmir.[9]
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 4 avqust 2003-cü il tarixli 912
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 8,
maddə 441)
2. 3
avqust 2004-cü il tarixli 105 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti 10 avqust 2004-cü il, ¹ 184,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü
il, ¹ 08, maddə 613)
3. 23 mart 2005-ci il tarixli 214 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005-ci il, ¹ 3, maddə 172)
4. 24
iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
(Azərbaycan qəzeti, 26 iyun 2009-cu il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 06, maddə
419)
FƏRMANA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 8,
maddə 441) ilə Fərmanın adında və 1-ci
bəndində "İcra
hakimiyyəti" sözləri "Dövlət" sözü ilə əvəz edilmişdir.
[2] 24 iyun 2009-cu il
tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
qəzeti, 26 iyun 2009-cu il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 06, maddə
419) ilə Fərmanın adında və 1-ci
bəndində vəzifədə
sözü dövlət
qulluğunda sözləri ilə əvəz edilmişdir.
[3] 4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 8,
maddə 441) ilə İcra hakimiyyəti orqanlarında
dövlət qulluqçusuna vəzifədə qulluq
stajına görə əlavə haqqın
məbləğlərinin
müəyyənləşdirilməsi qaydalarının adında və 1-ci
bəndində "İcra hakimiyyəti"
sözləri "Dövlət"
sözü ilə əvəz edilmişdir.
24 iyun 2009-cu il
tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
qəzeti, 26 iyun 2009-cu il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 06, maddə
419) ilə Dövlət orqanlarında dövlət
qulluqçusuna vəzifədə qulluq stajına görə
əlavə haqqın məbləğlərinin
müəyyənləşdirilməsi Qaydalarının
adında, 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci
bəndlərdə vəzifədə
sözü dövlət
qulluğunda sözləri ilə əvəz edilmişdir.
[4] 23
mart 2005-ci il tarixli 214 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 3, maddə
172) ilə İcra hakimiyyəti orqanlarında
dövlət qulluqçusuna vəzifədə qulluq
stajına görə əlavə haqqın
məbləğlərinin
müəyyənləşdirilməsi qaydalarının 2-ci bəndində
"və həmin haqq hər
iki ildən bir artırılır" sözləri çıxarılmışdır.
[5] 3 avqust 2004-cü il tarixli 105 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti 10 avqust
2004-cü il, ¹ 184, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 08, maddə 613) ilə 4-cü
bəndindəki cədvəl yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
[6] 24 iyun 2009-cu il
tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
qəzeti, 26 iyun 2009-cu il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 06, maddə
419) ilə Dövlət orqanlarında dövlət
qulluqçusuna vəzifədə qulluq stajına görə
əlavə haqqın məbləğlərinin
müəyyənləşdirilməsi Qaydalarının 5-ci
bənddə işlədiyi
sözü qulluq keçdiyi
sözləri ilə əvəz edilmişdir.
[7] 24 iyun 2009-cu il
tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
qəzeti, 26 iyun 2009-cu il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 06, maddə
419) ilə Dövlət orqanlarında dövlət
qulluqçusuna vəzifədə qulluq stajına görə
əlavə haqqın məbləğlərinin
müəyyənləşdirilməsi Qaydalarının 7-ci
bəndin beşinci abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
dövlət
qulluğu vəzifəsinə qəbul edilmiş dövlət
qulluqçusunun həmin vəzifədə sınaq
müddəti;
[8] 4
avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 8, maddə
441) ilə İcra hakimiyyəti orqanlarında
dövlət qulluqçusuna vəzifədə qulluq
stajına görə əlavə haqqın
məbləğlərinin
müəyyənləşdirilməsi qaydalarının 9-cu bəndində "işlədiyi dövr
nəzərə alınır" sözləri "habelə 1991-ci il oktyabrın
18-dək dövlət, sovet və partiya orqanlarında iş
müddəti də daxil edilir" sözləri ilə
əvəz edilmişdir.
[9] 4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 8,
maddə 441) ilə İcra hakimiyyəti orqanlarında
dövlət qulluqçusuna vəzifədə qulluq
stajına görə əlavə haqqın
məbləğlərinin
müəyyənləşdirilməsi qaydalarının 13-cü bənd çıxarılmışdır.