Dövlət
qulluğu vəzifələri üzrə test imtahanından
keçmək barədə Sertifikatın Formasının təsdiq
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
Dövlət
qulluğu haqqında Azərbaycan Respublikasının
Qanunun-da dəyişikliklər edilməsi barədə Azərbaycan
Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli
Qanununun tətbiqi və Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin
yaradılması haqqında Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında
dəyişikliklər edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1008
nömrəli
Fərmanının 1.1.6-cı yarımbəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
Dövlət
qulluğu vəzifələri üzrə test imtahanından
keçmək barədə Sertifikatın Forması təsdiq
edilsin (əlavə olunur).
Azərbaycan
Respublikasının Baş naziri
Artur Rasi-zadə
Bakı şəhəri, 10 mart 2017-ci il
¹ 87
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart
tarixli 87 nömrəli qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Dövlət
qulluğu vəzifələri üzrə test imtahanından
keçmək barədə
1. Dövlət
qulluğu haqqında Azərbaycan Respublikası Qanununun
28.3-cü maddəsinə əsasən test imtahanından
müəyyən edilmiş keçid balını toplayan
şəxsə Azərbaycan Respublikasının Dövlət
İmtahan Mərkəzi (bundan sonra Mərkəz) tərəfindən
inzibati və yardımçı vəzifələrin təsnifat
toplusuna uyğun olaraq dövlət qulluğunun müvafiq vəzifəsi
üzrə test imtahanından keçdiyini təsdiq edən
Sertifikat (bundan sonra Sertifikat) verilir. Şəxs dövlət
qulluğu vəzifələri üzrə bir neçə
Sertifikat ala bilər.
2. Sertifikatın
verilməsi üçün inzibati və yardımçı
vəzifələr A, B, C və D növləri üzrə
aşağıdakı qruplara bölünür:
2.1. A növü - inzibati
rəhbər (idarəetmə) vəzifələr üzrə:
2.1.1. AA qrupu;
2.1.2. AB qrupu;
2.1.3. AC qrupu;
2.2. B növü - inzibati
icraçı vəzifələr üzrə:
2.2.1. BA qrupu;
2.2.2. BB qrupu;
2.3. C növü -
yardımçı kargüzarlıq vəzifələri
üzrə:
2.3.1. CA qrupu;
2.4. D növü -
yardımçı texniki vəzifələr üzrə:
2.4.1. DA qrupu.
3. A, B, C və D
növünə daxil olan qruplar inzibati və
yardımçı vəzifələrin təsnifatına
uyğun olaraq, bu Formanın əlavəsində göstərilən
altqruplara bölünür. Sertifikatlar altqruplara daxil olan vəzifələrə
uyğun olaraq verilir.
4. Vəzifələrin
müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs
Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə
həmin altqrupun aid olduğu qrup daxilində daha
aşağı altqruplara uyğun olan vəzifə üzrə
keçirilən müsahibələrdə iştirak edə
bilər.
5. Sertifikat xüsusi
mühafizə nişanları olan blankda tərtib edilir. Blank A
4 Formatdadır.
6. Sertifikatda
aşağıdakılar göstərilir:
6.1. Sertifikatın
yuxarı hissəsində Mərkəzin loqotipinin rəngli təsviri;
6.2. loqotipin altında
birinci sətirdə Azərbaycan Respublikasının Dövlət
İmtahan Mərkəzi, ikinci sətirdə Dövlət
qulluğu vəzifəsi üzrə test imtahanını
keçməyi təsdiq edən sözləri,
üçüncü sətirdə Sertifikat sözü;
6.3. Sertifikat
sözünün qarşısında Sertifikatın qeydiyyat
nömrəsi;
6.4. Sertifikat sahibinin
Fərdi İdentifikasiya Nömrəsi, soyadı, adı və
atasının adı;
6.5. imtahan nəticələri
(sualların sayı, toplanması mümkün olan maksimal bal,
imtahanda toplanılan bal və imtahan nəticələrinə
dair digər məlumatlar);
6.6. Sertifikatın
müsahibədə iştirak etmək hüququ verdiyi vəzifə
(növü, təsnifatı, qrupu və altqrupu);
6.7.
aşağıdakı məzmunda Qeyd:
Qeyd. Bu Sertifikat qanunvericiliklə və vəzifə
təlimatları ilə müəyyən edilmiş tələb
və şərtlərə cavab verən Azərbaycan
Respublikasının vətəndaşına Dövlət
qulluğu vəzifələri üzrə test imtahanından
keçmək barədə Sertifikatın Formasının təsdiq
edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 10 mart tarixli 87 nömrəli qərarında
nəzərdə tutulmuş qrup və altqruplara aid vəzifələr
üzrə müsahibədə iştirak etmək hüququ
verir.;
6.8. Sertifikatın
verilməsi barədə Mərkəzin qərarı (qərarın
nömrəsi, tarixi və Sertifikatın etibarlılıq
müddəti);
6.9. Mərkəzin
Direktorlar Şurasının sədrinin adı, soyadı,
imzası və möhür.
7. Sertifikat
blankının nümunəsi Mərkəz tərəfindən
müəyyən edilir.
8. Sertifikat namizəddə
saxlanılır. Sertifikat yalnız şəxsiyyəti təsdiq
edən sənədlə birgə təqdim edildikdə
etibarlıdır.
9. Sertifikat əvvəlki
nömrəsi saxlanılmaqla aşağıdakı hallarda dəyişdirilə
bilər:
9.1. namizədin
soyadı, adı, atasının adı dəyişdikdə;
9.2. Sertifikatda
yazılan məlumatlarda yanlışlıq və ya səhv
aşkar edildikdə;
9.3. Sertifikat
yararsız hala düşdükdə.
10. Sertifikat itirildikdə
onun dublikatı verilir.
11. Mərkəz
dövlət qulluğu vəzifələri üzrə verdiyi
sertifikatların uçotunu aparır.
|
Dövlət qulluğu vəzifələri üzrə
test imtahanından keçmək barədə Sertifikatın Formasına
əlavə |
Dövlət qulluğu vəzifələri üzrə
Sertifikatın
verilməsi üçün inzibati və yardımçı
vəzifələrin növləri, qrupları və alt
qrupları
Vəzifə növü |
Vəzifə qrupu |
Vəzifə altqrupu |
Altqrupa daxil olan vəzifələr |
1 |
2 |
3 |
4 |
A |
AA |
AA1 |
inzibati vəzifələrin 1-ci təsnifatı üzrə: dövlət orqanlarında aparat rəhbəri |
AA2 |
inzibati vəzifələrin 2-ci təsnifatı üzrə: dövlət orqanlarında aparat rəhbəri; dövlət orqanlarında aparat rəhbərinin
müavini və şöbə müdiri; yerli icra hakimiyyəti
başçısının birinci müavini, müavini; mərkəzi
icra hakimiyyəti orqanlarının yanında yaradılan
dövlət agentliklərinin və dövlət xidmətlərinin
rəhbərləri; fondların icraçı direktoru və
direktoru |
||
AA3 |
inzibati vəzifələrin 3-cü təsnifatı
üzrə: şöbə müdirinin müavini; dövlət orqanı rəhbərinin
müşaviri, köməkçisi; dövlət orqanlarında aparat rəhbəri;
Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiyanın katibi, Tarif Şurasının
katibi |
||
AA4 |
inzibati vəzifələrin 3-cü təsnifatı
üzrə: mərkəzi
icra hakimiyyəti orqanlarının yanında yaradılan
dövlət agentlikləri və dövlət xidmətləri
rəhbərlərinin müavinləri; fondların icraçı direktorunun və
direktorunun müavini; dövlət orqanlarında aparat rəhbərinin
müavini |
||
AB |
AB1 |
inzibati vəzifələrin 4-cü təsnifatı
üzrə: şöbə müdiri; sektor müdiri; regional bölmənin rəhbəri |
|
AB2 |
inzibati vəzifələrin 4-cü təsnifatı
üzrə: şöbə müdirinin müavini; dövlət orqanı rəhbərinin
müşaviri, köməkçisi; regional bölmənin rəhbərinin
müavini; yerli icra hakimiyyəti
başçısının birinci müavini, müavini |
||
AB3 |
inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:
sektor müdiri; şöbə müdiri |
||
AB4 |
inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:
şöbə müdirinin müavini |
||
AC |
AC1 |
inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:
yerli bölmənin rəhbəri; mərkəzi icra hakimiyyəti
orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərləri
|
|
AC2 |
inzibati vəzifələrin 6-cı təsnifatı
üzrə: şöbə müdiri; sektor müdiri; yerli bölmənin rəhbəri |
||
AC3 |
inzibati vəzifələrin 6-cı təsnifatı
üzrə: yerli bölmələrin rəhbərlərinin
müavini; şöbə müdirinin müavini; mərkəzi
icra hakimiyyəti orqanlarının yanında, tabeliyində
olan orqanların rəhbərlərinin müavinləri |
||
AC4 |
inzibati vəzifələrin 7-ci təsnifatı üzrə:
sektor müdiri; yerli icra
hakimiyyəti başçısının inzibati ərazi
dairəsi üzrə və sahə inzibati ərazi dairəsi
üzrə nümayəndəsi, onun müavini; dövlət orqanı rəhbərinin
köməkçisi |
||
B |
BA |
BA1 |
inzibati vəzifələrin 4-cü təsnifatı
üzrə: baş məsləhətçi;
baş mühasib; böyük məsləhətçi |
BA2 |
inzibati vəzifələrin 4-cü təsnifatı
üzrə: aparıcı məsləhətçi;
məsləhətçi |
||
BA3 |
inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:
baş məsləhətçi;
baş mühasib; böyük məsləhətçi |
||
BA4 |
inzibati vəzifələrin 5-ci təsnifatı
üzrə: aparıcı məsləhətçi;
məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının
katibi |
||
BB |
BB1 |
inzibati vəzifələrin 6-cı təsnifatı
üzrə: baş məsləhətçi;
baş mühasib; böyük məsləhətçi |
|
BB2 |
inzibati vəzifələrin 6-cı təsnifatı
üzrə: aparıcı məsləhətçi;
məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının
katibi |
||
BB3 |
inzibati vəzifələrin 7-ci təsnifatı üzrə:
baş məsləhətçi;
baş mühasib; böyük məsləhətçi |
||
BB4 |
inzibati vəzifələrin 7-ci təsnifatı
üzrə: aparıcı məsləhətçi;
məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının
katibi |
||
C |
CA |
CA1 |
yardımçı vəzifələrin 1-ci təsnifatına
aid kargüzarlıq tipli vəzifələr (katibə, kargüzar və s.) |
CA2 |
yardımçı vəzifələrin 2-ci təsnifatına
aid kargüzarlıq tipli vəzifələr (katibə, kargüzar və s.) |
||
CA3 |
yardımçı vəzifələrin 3-cü təsnifatına
aid kargüzarlıq tipli vəzifələr (katibə, kargüzar və s.) |
||
CA4 |
yardımçı vəzifələrin 4-cü təsnifatına
aid kargüzarlıq tipli vəzifələr (katibə, kargüzar və s.) |
||
D |
DA |
DA1 |
yardımçı vəzifələrin 1-ci təsnifatına
aid texniki vəzifələr
(sürücü, liftçi və s.) |
DA2 |
yardımçı vəzifələrin 2-ci təsnifatına
aid texniki vəzifələr
(sürücü, liftçi və s.) |
||
DA3 |
yardımçı vəzifələrin 3-cü təsnifatına
aid texniki vəzifələr (sürücü,
liftçi və s.) |
||
DA4 |
yardımçı vəzifələrin 4-cü təsnifatına
aid texniki vəzifələr
(sürücü, liftçi və s.) |