"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 28-ci maddəsinə əsasən, birinci-beşinci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlannın yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatına uyğun olan dövlət qulluğu vəzifələri müsahibə əsasında tutulur.
Vəzifələrin müvafiq altqrupu üzrə sertifikat əldə edən şəxs sertifikatda qeyd olunan vəzifə və qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibənin keçirilməsi haqqında elanda namizədin iddia etdiyi vəzifə üzrə aşağıdakı məlumatlar yerləşdirilir:
Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradır. Müsahibə komissiyası üç nəfərdən ibarət tərkibdə, Mərkəzin bir nümayəndəsi və bir müstəqil ekspert daxil edilməklə formalaşdırılır. Müsahibə, namizədin razılığı ilə videoçəkiliş aparılmaqla, ictiamiyyət, kütləvi infirmasiya vasitələri nümayəndələrinin və digər müşahidəçilərin (olduğu halda) iştirakı ilə keçirilir. Müsahibələrin keçirildiyi yer və vaxt barədə məlumat namizədlərə müsahibənin keçirilməsinə ən azı 5 gün qalmış Mərkəzin portalı və dövlət orqanınm internet saytı vasitəsilə verilir. Müsahibə hər bir namizədlə fərdi qaydada və ən azı 20 dəqiqə aparılır.
Müsahibədə iştirak etmiş namizədin vakant vəzifəyə uyğunluğu "bilik səviyyəsi", "peşə hazırlığı", "ümumi dünyagörüşü" və "vakant vəzifə üçün zəruri olan keyfiyyətlər" kimi meyarlar əsasında qiymətləndirilir. Hər bir qiymət-ləndirmə meyarı üçün ən yüksək bal 5, ən aşağı bal ilə 2-dir. Müsahibədən 16 və daha çox bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur və müsahibənin nəticələri Mərkəzin portalında və dövlət orqanının internet səhifəsində yerləşdirilir. Müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant vəzifəyə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqim olunur. Vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılırlar. Bu müddətdə həmin dövlət orqanında analoji vəzifə olduqda, namizədlər onların razılığı ilə həmin vəzifəyə təyin edilirlər.
Namizəd müsahibənin nəticəsindən inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Inzibati qaydada mərkəzi icra hakimiyyəti orqanlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən şikayətlər həmin mərkəzi icra hakimiyyəti orqanlarında yaradılmış apellyasiya şuralarına, məhkəmə hakimiyyəti orqanlarının və Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının aparatında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən şikayətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yaradılmış Apelyasiya Şurasına, Apelyasiya Şurası yaradılmayan digər dövlət orqanlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən şikayətlər Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına verilə bilər. Dövlət qulluğuna qəbul qaydaları ilə bağlı əlavə məlumat almaq üçün Azərbaycan Respublikasmm Dövlət İmtahan Mərkəzinə müraciət edə bilərsiniz.
Ünvan: AZ1138, Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M 1653 (DİM-in çağrı mərkəzi)
E-mail: [email protected]
Veb sayt: www.dim.gov.az