Dövlət qulluğuna qəbul ilə bağlı nələri bilməlisiniz? Əl kitabçasını endirərək oxuya bilərsiniz.

Dövlət qulluqçularının maaş artımı ilə bağlı

2019-06-19

“Dövlət qulluqçularının maaş artımı ilə bağlı imzalanmış sərəncam digərləri kimi ictimaiyyətə açıqlanmır”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında parlamentin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili deyib. O bildirib ki, dövlət qulluqçularının maaşlarının artırılması sistemi digər maaş artımı ilə bağlı sərəncamlardan fərqlənir:

“İctimaiyyətə açıqlanan sərəncamlardan fərqli olaraq dövlət qulluqçularının maaş artımı başqa bir sxemlə verilir. Bu səbəbdən də, digər sərəncamlar kimi ictimaiyyətə bu formada açıqlanmır və dərc olunan sərəncamların içində yer almır. Həmin sistem mürəkkəb prosesdir, çünki orada tarif cədvəlləri var. Onların maaşları bir çox amil və kriteriyalardan asılıdır. Ona görə, həmin sənəd daxili sənəd sayılır.

Ancaq sosial paketdə dövlət qulluqçularının maaşlarının da 50% artımı ilə bağlı sərəncam var”. 

Günel Hacı

Qeydiyyatdan keç
elektron xidmətlər
anroid app
Maaş kalkulyatoru

- Müsabiqə nədir?

Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Dövlət İmtahan Mərkəzi (DİM) inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Sertifikatın qüvvədəolma müddəti beş ildir. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.

- Ümumi müsahibə nədir?

Ümumi müsahibə - dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslərin iştirakını nəzərdə tutan müsahibə növüdür. Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.

- Daxili müsahibə nədir?

Daxili müsahibə-inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçəninzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının iştirakını nəzərdə tutan müsahibə növüdür. Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar. Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.

Copy Right © 2017

www.dovletqullugu.com saytı rəsmi sayt deyil və DİM - ilə heçbir əlaqəsi yoxdur. Dövlət qulluğuna hazırlaşan namizədlərə köməklik məqsədi ilə açılmışdır.

Yandex.Metrica