Dövlət qulluğuna qəbul ilə bağlı nələri bilməlisiniz? Əl kitabçasını endirərək oxuya bilərsiniz.
Dövlət qulluğuna qəbul

Dövlət qulluğuna qəbul

Dövlət qulluğuna qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra - Mərkəz) dövlət qulluğuna qəbul prosesində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.


Test imtahanının təşkili

Dövlət qulluğuna qəbulun test imtahanı mərhələsi Mər-kəz tərəfindən inzibati vəzi-fələrin təsnifat toplusuna uyğun olaraq, birinci-beşinci kateqoriya dövlət orqanlarında (ali kateqoriya dövlət orqanları və yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatına uyğun olan vəzifələr üzrə həyata keçirilir. Test imtahanı inzibati dövlət qulluğu vəzifələrinin növləri üzrə aşağıdakı qruplara uyğun keçirilir:

  • 1. A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:
    • - AA qrupu;
    • - AB qrupu;
    • - AC qrupu.
  • 2. B növü - inzibati icraçı vəzifələr üzrə:
    • - BA qrupu;
    • - BB qrupu.
Test imtahanı mərhələsində namizədlərə qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar təqdim olunur. Test tapşırıqlarının məzmunu, növü, ümumi sayı, sahələr və çətinlik dərəcəsi vəzifə altqruplarına uyğun olaraq müxtəlif olur və Mərkəz tərəfindən müəyyən edilir. Test imtahanı proqramları Mərkəzin internet portalında (bundan sonra - portal) yerləşdirilir. Test imtahanı Mərkəzin qərarı ilə kağız daşıyıcılarda və ya kompyuter vasitəsilə aparılır.


Test imtahanında iştirak

Test imtahanında iştirak etmək üçün namizədlər Mərkəzin portalı vasitəsilə onlayn qeydiyyatdan keçir. Portal vasitəsilə ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və namizədin hüquq və vəzifələrinin əks olunduğu yaddaş kitabçası göndərilir. İmtahanın keçiriləcəyi yer və vaxt haqqında məlumat test imtahanına ən azı 5 gün qalmış Mərkəzin portalında yerləşdirilir. Bununla yanaşı, namizəd test imtahanında iştirakla bağlı məlumatı özündə əks etdirən imtahana buraxılış vərəqəsini portal vasitəsilə çap edərək əldə edir. Namizəd imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini gətirir. İnzibati vəzifələrin qrupları, alt qrupları, hər alt qrup üzrə keçid balları aşağıdakı cədvəldə göstərilmişdi r: (Cədvəl 1)

Vəzifə

qrupu

Vəzifə

altqrupu

Altqrupa daxil olan vəzifələr

Keçid

balı

(faizlə)

АА

АА1

inzibati vəzifələrin 1-ci təsnifatı üzrə:

dövlət orqanlarında aparat rəhbəri

85

АА2

inzibati vəzifələrin 2-ci təsnifatı üzrə:

dövlət orqanlarında aparat rəhbəri;

dövlət orqanlarında aparat rəhbərinin müavini və

şöbə müdiri;

mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri;

fondların icraçı direktoru və direktoru

80

АА3

inzibati vəzifələrin 3-cü təsnifatı üzrə:

şöbə müdirinin müavini;

dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi;

dövlət orqanlarında aparat rəhbəri;

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi;

TarifŞurasının katibi

75

АА4

inzibati vəzifələrin 3-cü təsnifatı üzrə:

mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müavinləri;

fondların icraçı direk torununvə direktorunun m üavini; dövlət orqanlarında aparat rəhbərinin müavini

70

АБ

АВ1

inzib ati vəzifələrin 4-cü təsnifatı üzrə:

şöbə müdiri; sektor müdiri; regional bölmənin rəhbəri

85

АВ2

inzib ati vəzifələrin 4-cü təsnifatı üzrə:

şöbə müdirinin müavini; dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi; regional bölmənin rəhbərinin müavini

80

АВ3

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

sektor müdiri; şöbə müdiri

75

АВ4

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

şöbə müdirinin müavini

70

АС

АС1

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

yerli bölmənin rəhbəri; mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərləri

80

АС2

inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

şöbə müdiri; sektor müdiri; yerli bölmənin rəhbəri

75

АС3

inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

yerli bölmələrin rəhbərlərinin müavini; şöbə müdirinin müavini; mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri

70

АС4

inzibati vəzifələrin 7-ci təsnifatı üzrə:

sektor müdiri;

65

БА

ВА1

inzibat i vəzifələrin 4-cü təsnifatı üzrə:

baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi

85

ВА2

inzibati vəzifələrin 4-cü təsnifatı üzrə:

aparıcı məsləhətçi; məsl əhətçi

80

ВА3

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi

75

ВА4

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi

70

ВВ

ВВ1

inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi

80

ВВ2

inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

aparıcı məsləhətçi; məsl əhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi

75

ВВ3

inzibati vəzifələrin 7-ci təsnifatı üzrə:

baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi

70

ВВ4

inzibati vəzifələrin 7-ci təsnifatı üzrə:

aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi

65


Test imtahanında iştirak üçün ödəniş

Dövlət qulluğuna qəbul zamanı test mərhələsində iştirak ödənişli əsaslarla həyata keçirilir. Azərbaycan Respublikasının Tarif Şurasının 2017-ci il 23 may tarixli 5 nömrəli qərarına əsasən vəzifələr üzrə test imtahanında 1 iştirak üçün aşağıdakı qiymətlər müəyyənləşdirilmişdir: (Cədvəl 2)

Vəzifə qrupları

Tarif (ƏDV-siz, manat)

AA vəzifə qrupu

110

AB vəzifə qrupu

100

AC vəzifə qrupu

90

BA vəzifə qrupu

80

BB vəzifə qrupu

70


Test imtahanrnrn qiymətləndirilməsi

Test imtahanlarında vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal Mərkəz tərəfindən müəyyən edilir. Vəzifə altqrupları üzrə test imtahanından keçid balları Cədvəl 1-də öz əksini tapmışdır.

Test imtahanınm nəticələri haqqında məlumat Mərkəzin portalında yerləşdirilir. Namizəd test imtahanmrn nəticələri ilə razı olmadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apellyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan məhkəməyə müraciət edə bilər.


Sertifikatın əldə olunması

Test imtahanından müvəffəqiyyətlə keçən şəxsə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Sertifikatlar altqruplara daxil olan inzibati vəzifələrə uyğun olaraq təqdim olunur. Sertifikatın qüvvədəolma müddəti 5 ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər. Sertifikatı əldə etmək üçün namizəd imtahan nəticələri elan olunduqdan 10 iş günü müddətində Mərkəzin portalından onlayn qeydiyyatdan keçir və namizədə təqdim olunan müraciət formasını doldurur. Namizədin forma vasitəsilə təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

  • - ali təhsil haqqında sənədin surəti;
  • - əmək kitabçasının surəti (olduğu halda)

Sertifikatı əldə etmiş şəxs qrup və altqruplara aid vəzifələr üzrə müsahibədə iştirak etmək hüququ əldə edir.


Müsahibə mərhələsi

Dövlət orqanında vakant inzibati vəzifə yarandığı gündən 1 ay müddətində həmin vakant inzibati vəzifə tutulması üçün müsahibəyə çıxarılır. Vakant inzibati vəzifənin tutulması üçün müsahibə elanları, vakant vəzifə üzrə vəzifə təlimatı və müsahibə proqramları Mərkəzin internet portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdirilir. Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət başa çatdıqdan sonra müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) Mərkəzin portalında və dövlət orqanınm internet saytında yerləşdirilir.

Qeydiyyatdan keç
elektron xidmətlər
anroid app
Maaş kalkulyatoru

- Müsabiqə nədir?

Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Dövlət İmtahan Mərkəzi (DİM) inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Sertifikatın qüvvədəolma müddəti beş ildir. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.

- Ümumi müsahibə nədir?

Ümumi müsahibə - dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslərin iştirakını nəzərdə tutan müsahibə növüdür. Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.

- Daxili müsahibə nədir?

Daxili müsahibə-inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçəninzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının iştirakını nəzərdə tutan müsahibə növüdür. Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar. Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.

Copy Right © 2017

www.dovletqullugu.com saytı rəsmi sayt deyil və DİM - ilə heçbir əlaqəsi yoxdur. Dövlət qulluğuna hazırlaşan namizədlərə köməklik məqsədi ilə açılmışdır.

Yandex.Metrica